Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Ağdaş rayon təşkilatında VIII Qurultayın nəticələrinə həsr olunan görüşlər keçirilir

YAP Ağdaş rayon təşkilatında VIII Qurultayın nəticələrinə həsr olunan görüşlər keçirilir

15.10.2026 [17:11]

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr və gələcək fəaliyyət istiqamətləri ilə bağlı YAP Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir.

Bu çərçivədə növbəti görüşlər Ağdaş GEM, SOCAR işçiləri və 18№li Yol istismarı MMC ərazi partiya təşkilatlarında təşkil olunub.

Tədbirlər başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov  və təşkilatın ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VIII Qurultayda etdiyi çıxışın əsas məqamları barədə iştirakçılara ətraflı məlumat veriblər. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu yeni tarixi şəraitdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib, ölkə qarşısında duran mühüm strateji vəzifələrdən danışılıb.

Tədbirlərdə iştirak edən ərazi partiya təşkilatlarının sədrləri və  partiya fəalları Prezident İlham Əliyevin qurultaydakı çıxışında diqqətə çatdırılan məsələlərə münasibətlərini bildirərək öz fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu mərhələdə əldə edilmiş uğurların qorunub saxlanılması, iqtisadiyyatın və müdafiə imkanlarının daha da inkişaf etdirilməsi, milli həmrəyliyin gücləndirilməsi və ölkənin davamlı tərəqqisinin təmin olunması əsas prioritetlərdəndir. Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin mahiyyətinin daha dərindən anlaşılması baxımından mühüm rol oynayır.

Görüşlər zamanı, eyni zamanda, partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzvlərin ictimai-siyasi həyatda iştirakının və fəallığının artırılması, eləcə də müəyyən edilmiş məqsəd və vəzifələrin yerli təşkilatlar səviyyəsində ardıcıl şəkildə həyata keçirilməsi məsələləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31