Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv /          YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti görüşlər keçirilib

         YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti görüşlər keçirilib

15.10.2026 [17:12]

 

 

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir.

Oktyabrın 15-də   Yuxarı Ağasıbəyli kənd, Aşağı Ağasıbəyli kənd, Lək və Sarıqaya kəndləri üzrə ərazi partiya təşkilatlarında görüşlər keçirilib.

Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələdə dövlətçilik, milli həmrəylik, təhlükəsizlik, iqtisadi inkişaf və Böyük Qayıdış prosesinin davam etdirilməsi əsas istiqamətlər sırasındadır. Bildirib ki, VIII Qurultayda səslənən fikirlər, qarşıya qoyulan məqsəd və hədəflər yeni dövrün çağırışlarına əsaslanır. Bu baxımdan qurultay ölkəmizin iqtisadi, sosial inkişafının daha da sürətləndirilməsi ilə yanaşı partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə əsasən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Daha sonra görüşlərdə çıxış  edən partiya üzvləri  möhtərəm Prezidentimizin Qurultaydakı proqram xarakterli nitqinin hər bir partiya üzvü üçün bir yol xəritəsi, gələcək fəaliyyət proqramı olduğunu vurğulayıb və bu nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31