Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər davam edir

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər davam edir

15.10.2026 [17:15]



Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir.

Bakıxanov qəsəbəsi, “S.Mehmandarov küçəsi 4” (Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi), Bakıxanov qəsəbəsi, “S.Qocayev küçəsi 301” (4 saylı Rabitə Xidmətlər Mərkəzi), Zabrat qəsəbəsi, “18 Oktyabr küçəsi” (Neftmaştəmir zavodu) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə dövlət başçısının çıxışında diqqətə çatdırılan əsas məsələlər, Azərbaycanın özünəməxsus inkişaf strategiyası, eləcə də ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə qazandığı mühüm nailiyyətlər geniş müzakirə edilib. Vurğulanıb ki, dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkənin inkişaf hədəflərinin təşviqi istiqamətində partiya üzvlərinin fəallığı mühüm əhəmiyyət kəsb edir.

Çıxış edənlər YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da fəal möqeyə sahib olacaqlarını bəyan ediblər.

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31