Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransada 17 oktyabr aksiyasından sonra təhlükəsizlik tədbirləri tənqid olunur

Fransada 17 oktyabr aksiyasından sonra təhlükəsizlik tədbirləri tənqid olunur

19.10.2026 [14:08]

Fransanın bir sıra şəhərlərində 17 oktyabr aksiyası zamanı baş verən dağıntılar, qarətlər və hüquq-mühafizə orqanları ilə toqquşmalardan sonra hökumət ciddi təzyiqlərlə üzləşib. Daxili işlər naziri Loran Nünezi istefaya çağıran səslər də artıb.

AZƏRTAC xəbər verir ki, Limoj şəhərində meriya yandırılıb, Marsel və Lildə bələdiyyə binalarına hücum edilib, Bordoda prefektin iqamətgahı dağıdılıb. Parisdə və digər şəhərlərdə isə mağazalar talan edilib, avtomobillər və ticarət obyektləri yandırılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisələrlə əlaqədar təxminən 2400 nəfər saxlanılıb, 1000-ə yaxın polis və jandarm əməkdaşı xəsarət alıb, onlardan yeddisinin vəziyyəti ağırdır. Muluzda bir yeniyetmənin gözünü itirməsi və Parisdə bir aksiya iştirakçısının başından yaralanması ilə bağlı araşdırmalar aparılır.

Müxalifət nümayəndələri hökuməti təhlükəsizlik tədbirlərini düzgün planlaşdırmamaqda və dağıdıcıların sayını lazımi səviyyədə qiymətləndirməməkdə ittiham ediblər. Marsel və Limoj şəhərlərinin merləri də təhlükəsizlik qüvvələrinin sayının yetərsiz olduğunu bildirərək, hökumətdən izahat tələb ediblər.

Daxili işlər naziri Loran Nünez isə təhlükəsizlik qüvvələrinin sayının kifayət etdiyini, lakin ayrı-ayrı qruplar şəklində hərəkət edən dağıdıcıların gözləniləndən çox olduğunu bildirib. Polis həmkarlar ittifaqları da şəxsi heyətin sayının və sursat təminatının hadisələrin miqyasına uyğun olmadığını vurğulayıblar.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqatçısı Sebastiyən Roşe hesab edir ki, hökumət təhlükəsizlik qurumlarından daxil olan məlumatları düzgün təhlil etməmiş və aksiyaların miqyasını lazımi səviyyədə proqnozlaşdırmamış ola bilər.

Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive zorakılıq hallarını araşdırmaq üçün parlament komissiyasının yaradılmasını təklif edəcəyini açıqlayıb. Prezident Emmanuel Makron isə hökumətdən baş verənlərdən nəticə çıxarmağı, təhlükəsizlik tədbirlərindəki nöqsanları araşdırmağı və oxşar hadisələrin təkrarlanmasının qarşısını almağı tələb edib.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31