Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirib

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirib

21.10.2026 [12:35]

2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını salamlayaraq Zirvə Görüşünü açıq elan edib və təşkilatın sədri kimi çıxış edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqil xarici siyasətindən, beynəlxalq münasibətlər sistemində artan rolundan, regional təhlükəsizliyin möhkəmləndirilməsindən və dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyindən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında mühüm körpü rolunu oynayır. Ölkəmizin müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı regional sabitliyin və təhlükəsizlik sisteminin möhkəmlənməsinə töhfə verir.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin suveren bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların yolverilməz olduğunu vurğulayaraq münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinin vacibliyini diqqətə çatdırıb.

Çıxışda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrinə də toxunulub. Prezident xatırladıb ki, uzun illər ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi işğal altında qalıb, bir milyon azərbaycanlı doğma yurdlarından didərgin salınıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin uzun müddət icra edilməməsi beynəlxalq hüququn tətbiqində ciddi problemlərin mövcudluğunu göstərib.

Dövlət başçısı Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini, separatçılığa son qoyulduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müharibədən sonra qisasçılıq siyasəti yürütməyib, əksinə, Ermənistana sülh təklif edib. Bununla yanaşı, sülhün hələ də kövrək olduğunu və onun qorunmasının, möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Prezidentin çıxışında AQEM-in institusional inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri də mühüm yer tutub. Dövlət başçısı bildirib ki, Azərbaycanın təşkilata ikiillik sədrliyi dövründə nəqliyyat əlaqələrinin inkişafı, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib. Həyata keçirilən təşəbbüslər təşkilatın institusional və hüquqi imkanlarının möhkəmlənməsinə, üzvlüyünün genişlənməsinə və dialoq platforması kimi rolunun artmasına xidmət edib.

Zirvə Görüşünün mühüm hadisələrindən biri Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət kimi qəbul edilməsi olub. Bu qərar təşkilatın əhatə dairəsinin genişlənməsini və Asiya ölkələri arasında əməkdaşlığın daha inklüziv xarakter almasını nümayiş etdirib. Eyni zamanda, üzv dövlətlərin dəstəyi ilə Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il – 2026–2028-ci illər üçün uzadılması qərarı qəbul edilib. Bu qərar ölkəmizin beynəlxalq müstəvidə qazandığı etimadın və uğurlu diplomatik fəaliyyətinin göstəricisidir.

Zirvə Görüşünün yekununda qəbul edilən Bakı Bəyannaməsi Asiyada və dünyada təhlükəsizlik, qarşılıqlı etimad və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sənəd kimi çıxış edib. Tədbir çərçivəsində əməkdaşlığın ayrı-ayrı sahələri üzrə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində də razılıqlar əldə olunub.

Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq dialoqun təşviqində, regional və qlobal əməkdaşlığın gücləndirilməsində mühüm tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin çıxışı ölkəmizin milli maraqlara əsaslanan müstəqil siyasətini, beynəlxalq hüquqa münasibətini və dövlətlər arasında qarşılıqlı hörmətə söykənən əməkdaşlığa verdiyi önəmi əks etdirib.

Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinin davam etdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və Asiyada etimad mühitinin möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasətin mühüm nəticələrindən biridir.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı 

Paylaş:
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31