Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

21.10.2026 [16:45]

Oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, hökumət rəsmiləri, həmçinin ədəbiyyat nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) XII Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir.

“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil edilən builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Tədbirə ölkəmizin Xalq yazıçı və şairləri, gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa və Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış müəlliflər və alimlər qatılıblar.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzularda kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil olunacaq. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi üçün xüsusi platformalar yaradılıb.

Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.

Sərgiyə giriş ödənişsizdir.

Paylaş:
Baxılıb: 34 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31