Azərbaycan səhiyyəsində yeni islahatlar mərhələsi
21.10.2026 [11:07]
Sosial dövlət olan Azərbaycanda səhiyyənin inkişafı davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixində imzaladığı fərman və sərəncamlarla bu sahədə islahatların yeni mərhələsinə start verilib.
Yeni mərhələdə qarşıya səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması kimi mühüm hədəflər qoyulub. Hədəflənən nəticələrə çatmaq üçün ölkəmizin reallıqlarına və müasir çağırışlara uyğun struktur dəyişikliklərinin edilməsi və kadr islahatlarının aparılması nəzərdə tutulur.
Yeni mərhələyə keçidi təmin edəcək möhkəm baza
Təbii ki, zəruri infrastruktur, kadr bazası və hüquqi-təşkilati çərçivələr olmadan səhiyyə sahəsində islahatların yeni mərhələsinə keçidi təmin etmək də mümkün olmazdı. Əvvəlki illərdə reallaşdırılan islahatlar çərçivəsində səhiyyə
sistemində qazanılan böyük uğurlar bu sahədə yeni mərhələyə keçid üçün münbit zəmin qismində çıxış edir. Son 23 ildə Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə böyük inkişaf yolu keçib. Azərbaycanda dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla səhiyyə sisteminin inkişafını şərtləndirən möhkəm hüquqi baza yaradılıb, müxtəlif illəri əhatə edən Dövlət proqramları qəbul edilib.
Paralel şəkildə, respublikamızda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlər sırasında ölkə üzrə yeni müasir xəstəxanaların tikilməsini, mövcud səhiyyə müəssisələrinin əsaslı şəkildə yenidən qurulmasını, kadr hazırlığına diqqətin artırılmasını xüsusi qeyd edə bilərik. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 23 ildə respublikamızda 800-ə yaxın tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Azərbaycanın regionlarında istifadəyə verilən yeni və əsaslı təmir olunmuş tibb müəssisələri əhalinin tibbi xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, Qobustan 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün köhnə xəstəxananın yerində 60 çarpayılıq müasir bina inşa olunub. Xəstəxanada laboratoriya, dializ, mama və təcili yardım şöbələri yaradılıb. Sumqayıt 2 saylı Şəhər Xəstəxanası 2019-2022-ci illərdə tikilib, bu tibb ocağı geniş şöbə və laboratoriyalarla təmin edilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanası 2016-2023-cü illərdə inşa olunub, altı mərtəbədən ibarət kompleksdir. Burada müxtəlif ixtisaslaşdırılmış şöbələr fəaliyyət göstərir. 145 çarpayılıq Qazax Rayon Mərkəzi Xəstəxanası 22 min kvadratmetr sahədə tikilərək müasir avadanlıqla təmin edilib. Abşeron Rayon Mərkəzi Xəstəxanası 2021-ci ildə istifadəyə verilib. Bu tibb müəssisəsi 150 çarpayılıq kompleksdir və yüksək səviyyəli laboratoriya ilə seçilir. Bakıda modul tipli ilk xəstəxana kompleksi isə pandemiya dövründə inşa edilib və əhəmiyyətli səhiyyə ehtiyaclarını qarşılayıb.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə də səhiyyə müəssisələrinin inşası diqqət mərkəzində saxlanılır. Belə ki, 4,5 hektar ərazidə 180 çarpayılıq Füzuli, 210 çarpayılıq Ağdam, 150 çarpayılıq Cəbrayıl rayon mərkəzi xəstəxanaları inşa edilir. Qubadlı və Cəbrayılda modulyar xəstəxanaların tikintisi planşaşdırılır. 90 çarpayılıq Şuşa Mərkəzi Rayon Xəstəxanasının tibbi avadanlıqlarla təchizatı gücləndirilib.
Azərbaycanın səhiyyə sistemində həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri nəticəsində həm regionlarda, həm də paytaxtda tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Yeni xəstəxanaların istifadəyə verilməsi və mövcud olanların bərpası əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirib, müasir tibbi avadanlıqlarla təminat gücləndirilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun qurulması sosial siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində də strateji rol oynayır.
Bu gün Azərbaycan səhiyyəsi xidmət səviyyəsinin keyfiyyəti və tibb müəssisələrinin sayının görə, regionda liderdir. Ölkələrin rəsmi statistikalarına nəzər saldıqda görürük ki, 2021-ci ildə Azərbaycanda 518, Gürcüstanda 268, Ermənistanda isə 122 xəstəxana olub. Həmin il üzrə xəstəxanalarda çarpayı sayı Azərbaycanda 44,5 min, Gürcüstanda 20,8 min, Ermənistanda isə 12,7 min təşkil edib. Bütün ixtisaslardan olan həkimlərin sayına gəldikdə 2021-ci ildə Azərbaycanda 31 min 800, Gürcüstanda 22 min 500, Ermənistanda isə 14 548 kadr olub.
Yeni növ koronavirus pandemiyasının çətin sınağından uğurla çıxması Azərbaycan səhiyyəsinin yüksək inkişaf səviyyəsinə çatmasının əyani göstəricisidir. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya dövründə Azərbaycanın nümunəsini beynəlxalq səviyyədə ən yaxşılardan biri kimi dəyərləndirib.
Səhiyyə idarəçiliyi müasir tələblərə uyğunlaşdırılır
Beləliklə, ölkəmizdə səhiyyə sahəsində islahatların yeni mərhələsi əvvəlki illərdə əldə olunan uğurların davamı kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı müvafiq ?ərmanla səhiyyə sistemimizin inkişafının indiki mərhələsinə adekvat struktur dəyişikliyinin edilməsi nəzərdə tutulur. Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Həmçinin dövlət başçısının ?ərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb. Prezidentin digər sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.
Ölkə Prezidentinin imzaladığı bu ?ərman səhiyyə idarəçiliyində yeni mərhələ, vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək addım kimi qiymətləndirilməlidir. Bu struktur islahatlarının son hədəfi səhiyyə siyasətində dağınıqlığı aradan qaldırmaq və vahid strateji koordinasiya yaratmaqdır. Yeni mərhələdə əsas diqqət xəstəxanalarda tibbi xidmətlərin əlçatanlığına, müalicə keyfiyyətinin yüksəlməsinə, şəffaflığa və vətəndaş məmnunluğuna yönəldiləcək. Səhiyyə sistemi hər bir dövlətin, o cümlədən Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, insanların həyat keyfiyyətinə, sosial rifahına və gələcəyə inamına birbaşa təsir göstərir. Azərbaycan hökumətinin də bu istiqamətdə həyata keçirdiyi islahatların başlıca məqsədi yalnız tibb müəssisələrinin fəaliyyətini təşkil etmək deyil, həm də vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək, maliyyə resurslarından səmərəli istifadə etmək və səhiyyə idarəçiliyini müasir tələblərə uyğunlaşdırmaqdır.
TƏBİB keçid dövrünün missiyasını uğurla tamamladı - yeni mərhələnin yeni vəzifələri
Zamanında TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid dövrünün qaçılmaz və uğurlu bir mərhələsi idi. 2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub. Lakin səhiyyə sistemi inkişaf etdikcə onun idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi, kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti yaranır. Bu baxımdan, yeni fərman səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçidi təmin edəcək.
TƏBİB-ın Səhiyyə Nazirliyinə birləşdirilməsi isə keçid dövrünün başa çatması və artıq daha qlobal, vahid və mərkəzləşdirilmiş idarəetmə mərhələsinə keçiddir. Səhiyyə Nazirliyinə birləşdirilən TƏBİB dövlət tibb müəssisələrini sovet dövründən qalan köhnə modeldən çıxarıb icbari tibbi sığortanın yeni maliyyələşmə sisteminə çevik şəkildə uyğunlaşdırmaq üçün yaradılmışdı. Ayrıca, operativ bir idarəetmə strukturuna ehtiyac var idi. Hədəf dövlət xəstəxanalarının menecmentini gücləndirmək, xidmət standartlarını sürətlə qaldırmaq və özəl tibb sektoru ilə rəqabətədavamlı etmək idi. Keçid dövrünün yaratdığı böyük idarəetmə yükünü və maliyyə mexanizmlərini operativ tənzimləmək üçün xəstəxanaların birbaşa xəstəxana idarəçiliyi ilə məşğul olan bir quruma (TƏBİB-ə) həvalə edilməsi o dövr üçün ən düzgün taktiki addım idi. TƏBİB missiyasını tamamladı -indi isə keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə çevrilir. Dəyişiklik edilməsində məqsəd tibbi sığorta sisteminin daha da təkmilləşdirilməsi və daha çevik, vətəndaş yönümlü modelə keçidi təmin etməkdir.
İslahatların əsas strateji hədəfləri
Dövlət başçısının fərmanına əsasən, səhiyyə sistemində struktur islahatlarının aparılması özündə bir sıra strateji hədəfləri ehtiva edir. Beləliklə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi üzrə aparılmış səhiyyə islahatının əsas strateji hədəfləri aşağıdakılardır:
1. Vahid strateji idarəetmənin formalaşdırılması - səhiyyə sisteminin inkişafı üzrə vahid strateji yanaşmanın tətbiqi və idarəetmədə koordinasiyanın gücləndirilməsi.
2. İdarəetmədə məsuliyyət və hesabatlılığın artırılması - səhiyyə sisteminin fəaliyyət nəticələrinə görə vahid məsuliyyət mexanizminin formalaşdırılması.
3. İdarəetmə proseslərinin optimallaşdırılması - təkrarlanan funksiyaların aradan qaldırılması, bürokratik prosedurların azaldılması və qərarların qəbulunun sürətləndirilməsi.
4. Tibbi xidmətlərin keyfiyyətinə vahid yanaşma - bütün dövlət tibb müəssisələrində vahid keyfiyyət standartlarının və nəticəyönümlü qiymətləndirmə mexanizmlərinin tətbiqi
5. Əhalinin sağlamlıq göstəricilərinin daha yaxşılaşdırılması - səhiyyə sisteminin fəaliyyətinin əhalinin sağlamlıq nəticələrinə əsaslanan yanaşma üzərində qurulması.
6. Səhiyyədə rəqəmsal inteqrasiyanın gücləndirilməsi - mövcud informasiya sistemlərinin inteqrasiyası, məlumat mübadiləsinin təkmilləşdirilməsi və rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi.
7. Səhiyyə islahatlarında vahid yanaşmanın təmin edilməsi - müxtəlif istiqamətlər üzrə həyata keçirilən islahatların qarşılıqlı və əlaqələndirilmiş şəkildə icrası.
8. Tibbi təhsillə səhiyyə sisteminin ehtiyaclarının uzlaşdırılması - tibb kadrlarının hazırlanması və peşəkar inkişafının ölkənin real səhiyyə ehtiyaclarına uyğunlaşdırılması.
Gözlənilən əsas nəticə daha çevik, koordinasiyalı, maliyyə baxımından dayanıqlı və vətəndaş məmnunluğuna yönəlmiş vahid səhiyyə idarəetmə modelinin formalaşdırılmasıdır.
Mütəxəssislər nə deyirlər?
Öz növbəsində mütəxəssislər, səhiyyə işçiləri ölkəmizdə islahatların yeni mərhələsinə keçid edilməsini, ümumiyyətlə islahatların qayəsini müsbət dəyərləndirirlər. “Əslində, bu prosesin əsas fəlsəfəsi illər əvvəl müəyyən edilmiş strateji istiqamətlə bağlıdır. İcbari tibbi sığorta sisteminə keçid dövründə TƏBİB-in yaradılması həmin mərhələnin obyektiv zərurətlərindən irəli gəlirdi. Çünki uzun illər sovet idarəetmə modelindən miras qalmış səhiyyə strukturlarının mövcud təşkilati və maliyyə mexanizmləri icbari tibbi sığortanın tələb etdiyi çevik, operativ və nəticəyönümlü idarəetmə prinsiplərinə tam uyğun deyildi. Xəstəxanaların yeni maliyyələşmə sisteminə uyğunlaşdırılması, tibbi xidmətlərin təşkili, idarəetmə mexanizmlərinin yenilənməsi və gündəlik fəaliyyətin operativ tənzimlənməsi üçün ayrıca bir qurumun yaradılması zərurəti meydana çıxmışdı. TƏBİB məhz bu tarixi keçid mərhələsinin tələblərinə cavab vermək məqsədilə formalaşdırılmışdı və ötən dövrdə səhiyyə sisteminin yeni modelə uyğunlaşdırılmasında mühüm rol oynadı”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. Bu gün baş verən dəyişiklikləri əvvəlki qərarlardan imtina və ya geriyə dönüş kimi deyil, əksinə, başlanmış islahatların daha geniş və strateji müstəviyə keçirilməsi kimi dəyərləndirən deputat deyib: “Səhiyyə siyasəti yalnız dövlət xəstəxanalarının idarə olunmasından ibarət deyil. Müasir səhiyyə sistemi dövlətə məxsus tibb müəssisələri ilə yanaşı, müxtəlif dövlət qurumlarının tabeliyində fəaliyyət göstərən tibbi xidmət strukturlarını, özəl tibb müəssisələrini və ümumilikdə ölkədə səhiyyə xidməti göstərən bütün subyektləri əhatə edən vahid siyasət, koordinasiya və tənzimləmə mexanizminə əsaslanmalıdır. Bu baxımdan Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsini yalnız inzibati tabelik dəyişikliyi kimi deyil, bütün səhiyyə sisteminin vahid strateji baxış əsasında əlaqələndirilməsi istiqamətində atılan addım kimi görürəm. Burada söhbət
bütün tibb müəssisələrinin birbaşa inzibati idarəetməsinin eyni quruma verilməsindən deyil, onların fəaliyyətini tənzimləyən ümumi prinsiplərin, keyfiyyət standartlarının, hüquqi təminatların və səhiyyə siyasətinin vahid mərkəzdən koordinasiya olunmasından gedir”.
Rəşad Mahmudov qeyd edib ki, belə bir yanaşmada dövlət və özəl tibb müəssisələrinin hüquqlarının qorunması, onların fəaliyyətinə bərabər və şəffaf yanaşmanın təmin edilməsi, tibbi xidmətin keyfiyyətinə nəzarət, resurslardan səmərəli istifadə və vətəndaşların tibbi xidmətlərə əlçatanlığı əsas prioritetlər olmalıdır. “Keçid dövrünün idarəetmə mexanizmləri ilə oturuşmuş və dayanıqlı səhiyyə sisteminin idarəetmə prinsipləri eyni ola bilməz. Birinci mərhələdə əsas məqsəd mövcud sistemi dəyişikliklərə hazırlamaq və yeni maliyyələşmə modelini işlək vəziyyətə gətirmək idisə, növbəti mərhələdə əsas vəzifə formalaşmış mexanizmləri ümumi səhiyyə siyasəti çərçivəsində birləşdirmək, koordinasiyanı gücləndirmək və sistemin bütövlüyünü təmin etməkdir. Bu mənada, bugünkü dəyişiklikləri dövlətin səhiyyə siyasətində ardıcıllığın ifadəsi və mərhələli islahat məntiqinin davamı kimi qiymətləndirirəm. Əlbəttə, istənilən struktur islahatının real nəticəsi yalnız idarəetmə sxeminin dəyişməsi ilə deyil, vətəndaşın gündəlik həyatında hiss etdiyi müsbət dəyişikliklərlə ölçülməlidir. Əgər bu proses tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə, əlçatanlığın artmasına, dövlət və özəl sektor arasında daha sağlam əməkdaşlığın qurulmasına, tibb işçilərinin fəaliyyət şəraitinin yaxşılaşdırılmasına və bütövlükdə səhiyyə sisteminin daha şəffaf və səmərəli işləməsinə xidmət edəcəksə, o zaman islahatın əsas məqsədinə nail olunduğunu söyləmək mümkün olacaq. Mənim düşüncəmə görə, burada ən mühüm məqam ondan ibarətdir ki, səhiyyə siyasətinin mərkəzində ayrı-ayrı qurumlar deyil, insan və onun sağlamlığı dayanmalıdır. Dövlətin səhiyyə sahəsində həyata keçirdiyi mərhələli dəyişikliklərin də son məqsədi məhz hər bir vətəndaşın keyfiyyətli, əlçatan və etibarlı tibbi xidmətlə təmin olunduğu müasir, vahid və dayanıqlı səhiyyə sisteminin formalaşdırılmasıdır”, - deyə MM-in Səhiyyə komitəsi sədrinin müavini vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42

