Aİ-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələ
22.10.2026 [09:42]
Biznes-forum tərərflər arasında iqtisadi əməkdaşlığın güclənməsində mühüm platformaya çevrilir
Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə həsr edilmiş Biznes-forumda iqtisadi əməkdaşlığın gücləndirilməsi, regional ticarət və investisiyaların təşviqi, nəqliyyat və infrastruktur sahələrində əlaqəliliyin genişləndirilməsi məsələləri müzakirə olunub. Bu tədbir mühüm platforma olmaqla, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının müzakirəsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Yeni hərtərəfli saziş üzrə danışıqlar bərpa edilib
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç bildirib ki, investisiyalar üçün proqnozlaşdırıla bilən şərait və bərabər rəqabət şərtləri Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir. Oktyabrın əvvəllərində Avropa Komissiyası tərəfindən Brüsseldə Avropa İşgüzar Assosiasiyalarının iştirakı ilə təmiz enerji məsələlərinə dair Aİ-Azərbaycan dəyirmi masası təşkil edilib. Tərəflər ikitərəfli münasibətləri müasirləşdirməyə və qüvvədə olan 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməyə yönəlmiş yeni hərtərəfli saziş üzrə danışıqlar rəsmən bərpa edilib. Bu kontekstdə Avropa İttifaqı Nümayəndəliyi və Brüsseldəki Avropa Komissiyası Avropanın özəl investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsinə dəstək göstərilməsi üzərində işləyir.
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır
Səfir vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl keçid və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialından səmərəli istifadə əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.
2026-cı ilin ötən 8 ayı ərzində Azərbaycandan Aİ ölkələrinə 11 milyard 749 milyon 785,11 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz və ya 175 milyon 186,42 min dollar azalma deməkdir. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, həmin dövr rzində Azərbaycan Avropa İttifaqı ölkələrindən 1 milyard 818 milyon 704,34 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,2 faiz və ya 430 milyon 43 min dollar azdır. Bu göstəricilər Azərbaycanın ümumi ixracının 53,86 faizini, ümumi idxalının isə 15,92 faizini təşkil edib.
Mövcud rəqəmlər Azərbaycan-Avropa iqtisadi əlaqələrinin son illərdə daha intensiv xarakter aldığını təsdiqləyir. Tərəflər arasında ticarət əlaqələrinin yüksəlməsində bir çox sazişlər, o cümlədən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin mühüm əhəmiyyəti var. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilməklə yanası, bu qitəyə qeyri-neft-qaz sənayesi məhsullarının - plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium, qara metallar və onlardan hazırlanan məmulatların ixracında rolunu artırıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz nəqliyyat və logistika dəhlizlərini şaxələndirərək Avropa ilə Asiya arasında təhlükəsiz tranzit marşrutlarını təmin edir ki, bu da əmtəə mübadiləsinin böyüməsinə təsir edir. Bir sözlə, regional nəqliyyat xəritəsinin formalaşmasında və beynəlxalq logistik qovşaqların yaradılmasında Azərbaycan həlledici rol oynayaraq yerli istehsalın Avropa bazarlarına çıxış imkanlarını genişləndirir.
Aİ Orta Dəhlizə böyük maraq göstərir
Aİ Orta Dəhlizə böyük maraq göstərir. Azərbaycanın daha vacib rol oynadığı bu marşrutun inkişaf etdirilməsi Aİ ölkələrinə təkcə yükdaşıma potensialının genişləndirilməsi baxımından deyil, həm də regional iqtisadi əlaqələrin gücləndirilməsi və yeni bazarlara çıxış üçün də mühüm əhəmiyyət daşıyır. Ceymstoun Fondunun bu günlərdə dərc edilən “Aİ Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən infrastrukturu dəstəkləyir” adlı analitik məqalədə qeyd olunur ki, Avropa İttifaqı Azərbaycanda nəqliyyat infrastrukturlarının modernləşdirilməsinə, o cümlədən Naxçıvan dəmir yolu və Bakı Limanı da daxil olmaqla mümkün layihələrə böyükhəcmli qrant ayrılacağını açıqlayıb. “Global Gateway” investisiya paketi çərçivəsində Cənubi Qafqazda dövlət və özəl sektorun iştirakı ilə infrastruktur layihələrinə 2 milyard avroyadək sərmayənin cəlb edilməsi planlaşdırılır.
Ümumilikdə, Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində Mərkəzi Asiya-Avropa İttifaqı regionu üçün 12 milyard avro investisiya elan edilib ki, onun 3 milyard avrosu Orta Dəhliz üçün nəzərdə tutulub. Bu, Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz əlaqələrinin gücləndirilməsində və Aİ-nin koordinasiyasını və səylərini artıracaq.
Almaniya Xarici Əlaqələr Şurasının (DGAP) məlumatına görə, Avropa və beynəlxalq maliyyə institutları tərəfindən 2024-2025-ci illərdə Mərkəzi Asiyada davamlı nəqliyyat və əlaqəli infrastrukturun inkişafı üçün vəd edilmiş vəsaitin məbləği 22 milyard avroya çatdırlacaq. Bu göstəricilər Avropa İttifaqının regionda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə və təchizat marşrutlarının şaxələndirilməsinə marağını əks etdirir.
Avropa şirkətləri ölkəmizdəki iqtisadi vəziyyətdən razıdır
Qeyd edək ki, Biznes-forum çərçivəsində 2026-cı ilin yanvar-iyul aylarında Avropa biznes subyektləri arasında aparılmış sorğunun nəticələrinə əsaslanan “Aİ-nin Azərbaycanda Biznes Mühiti Hesabatı 2025-2026” təqdim olunub. Sorğunun nəticələrinə görə, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar biznes üçün əlverişli mühit yaradıb. Bildirilib ki, Avropa şirkətlərinin 57 faizi ölkəmizdəki iqtisadi vəziyyəti qənaətbəxş hesab edir. Ətraf regionlardakı geosiyasi risklər olmasa bu rəqəm daha yüksək ola bilər. Bütün bunlara baxmayaraq, Azərbaycandan enerji resurslarının ixracı etibarlı şəkildə həyata keçirilib və öhdəliklər yerinə yetirilib. Logistika, daşımalar və əlaqələrin səmərəliliyi müsbət xarakterlidir.
Tədbirdə “Azərbaycanda ticarət sektorunun inkişafı: siyasətlər, məhdudiyyətlər və imkanlar” adlı tədqiqat hesabatı da təqdim edilib. Hesabatda ölkəmizin ticarət sektorunun inkişafı, mövcud məhdudiyyətlər və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları əksini tapır. Ümumdünya Ticarət Təşkilatı məsələləri üzrə baş ekspert Marius Bordalba bildirib ki, Azərbaycanın elektron ticarət sektoruna institisional dəstək göstəriləcək. Yeni qanunvericilik təşəbbüsü çərçivəsində bazar iştirakçıları üçün etibarlı tərəfdaş statusunun müəyyənləşdirilməsi, Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) tranzit sisteminin tətbiqi, aksizlər üzrə vergitutmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur. Həmçinin, logistika və sığorta sahəsində dəqiq tənzimləmənin tətbiqi məqsədilə bu sahədə dəyişikliklərin edilməsi təklif olunur.
Ümumilikdə, Ai-Azərbaycan Biznes-forumu dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli müzakirələrin və işgüzar əlaqələrin qurulmasına yönələn platforma kimi əlaqələrin inkişafında yeni imkanlar yaradacaq.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

