Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 1992-ci ilin 24 oktyabrı...

1992-ci ilin 24 oktyabrı...

22.10.2026 [11:40]

Ermənilər Vaşinqtonda, AXC-Müsavat hakimiyyəti Naxçıvanda Azərbaycana qarşı “sui-qəsd” hazırlayırdı...

1992-ci ilin oktyabrında ABŞ Konqresi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş dövlətlərə yardım üçün “Azadlığa Dəstək Aktı” (“Freedom Support Act”) adlı sənəd qəbul etdi. Azadlığa Dəstək Qanununun əsas müddəaları ikitərəfli iqtisadi yardım, biznesin inkişafı, demokratiya korpusu kimi məqamları özündə birləşdirirdi. Aktın Azərbaycanla bağlı olan 907-ci düzəlişində bildirilirdi ki, “Dəyişdirilmiş düzəlişləri əvvəllər nəzərdən keçirilməmiş daha çox Şərqi Avropa ölkəsini əhatə etmək üçün genişləndirir və Azərbaycana yardımı Ermənistana və Dağlıq Qarabağa qarşı təcavüzü dayandırana qədər məhdudlaşdırır”.

Bu isə o demək idi ki, təcavüzə, işğala məruz qalan Azərbaycana qarşı növbəti ədalətsizlik baş verirdi...

Beləliklə, bu Akt 1992-ci ilin oktyabrında qəbul edilər-edilməz ABŞ-ın Azərbaycana yardımı məhdudlaşdırıldı. Məsələnin mahiyyətinə keçməmişdən öncə, vurğulayaq ki, Azadlığa Dəstək Aktı üçün qanunvericilik prosesi qanun layihəsinin 3 iyun 1991-ci ildə Nümayəndələr Palatasında H.R. 2508 kimi təqdim edilməsi ilə başlamışdı. Qanun layihəsi 26 avqust 1992-ci ildə Nümayəndələr Palatasında müzakirəyə çıxarıldı və bu, Palatada məsələ ilə bağlı yeganə müzakirə və baxış oldu. 1992-ci ilin yayının sonlarında düzəlişlər Senatdan keçdi və 1 oktyabr 1992-ci ildə Azadlığa Dəstək Aktı Senatın müzakirəsinə çıxarıldı, qəbul edildi. Bir neçə gün sonra, 3 oktyabr 1992-ci ildə qanun layihəsi Nümayəndələr Palatasının müzakirəsinə çıxarıldı və qəbul edildi. Prezident Corc H.W. Buş 24 oktyabrda 102-511 saylı Dövlət Qanununu imzaladı.

Bütün bu incəlikləri sadalamaqda məqsədimiz var - bu Aktda Azərbaycana yardımın məhdudlaşdırılması o dövrdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün böyük zərbə idi. Aktın müzakirəsi, ayrı-ayrı qanunvericilik prosedurlarından keçməsi isə aylarla davam etmişdi. Amma həmin dövrdə  hakimiyyətdə olan AXC-Müsavat cütlüyü nəinki bu sənədin Azərbaycanla bağlı məhdudlaşdırılmasına müdaxilə etmşdi, hətta bundan xəbərsiz idilər...

Bir arayış verək - 907-ci düzəlişin qəbulundan cəmisi 2 gün əvvəl, oktyabrın 22-də ABŞ-ın ölkəmizdəki səfiri ilə o dövrün prezidenti Əbülfəz Elçibəyə arasında görüş olmuşdu. Saatyarımdan artıq davam edən görüşdən sonra səfir jurnalistlərə bildirmişdi ki, “Az da olsa hər şeydən danışa bildik”. Maraqlıdır ki, cəmisi 2 gündən sonra qəbul olunacaq qərardan xəbərsiz olan Azərbaycan hakimiyyəti bu mövzuda səfirlə bir kəlmə belə kəsməmişdi. Arxivlərdə, xüsusilə o dövrün Ali Sovetin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin  oktyabr, noyabr, dekabr aylarının buraxılışlarında bir cümlə də olsun 907-ci düzəlişlə bağlı nə bir fikir, nə bir etiraz yox idi, sanki belə bir şey baş verməmişdi. Axı, bu necə ola bilərdi? Ölkəmizə qarşı böyük bir ədalətsizlik baş verir, ABŞ-dakı erməmi lobbisi, xüsusilə Amerika Erməni Milli Komitəsi (ANKA) bunu özünün ən böyük qələbəsi elan edir, amma Azərbaycanın bundan xəbəri olmur. Nə diplomatik xətlərlə, nə təhlükəsizlik xətti ilə, nə də ki... Bəli, acı da olsa vəziyyət bu qədər acınacaqlı idi. 

Məsələ ilə bağlı həmin dövrün Azərbaycan hakimiyyətinin nümayəndələrinə müraciət etdik. 1992-ci ilin oktyabrında Azərbaycanın dövlət katibi işləmiş Pənah Hüseyn öncə 1992-ci ilin dekabr ayında 907-ci düzəlişlə bağlı müraciətin edildiiyni bildirdi. O qeyd etdi ki, belə bir müraciət edilib və orada bu addımın düzgün olmadığı vurğulanıb: “Məncə o Mili Məclisin (Ali Sovetin) müraciətidir. Siz “Azərbaycan” qəzetinə baxsanız, orada var”.

Pənah Hüseynin diqqətinə çatdırdıq ki, Azərbaycan qəzetinin 3 aylıq (oktyabr, noyabr, dekabr) aylarının buraxılışlarına tam baxılıb, amma orada belə bir müraciət yer almır, dərc edilməyib. Pənah Hüseyn qeyd etdi ki, bəlkə də Milli Məclisin (Ali Sovetin) müraciəti olmayıb, başqa xətlə müraciət edilib, onun yadında dəqiq deyil.

Pənah Hüseyn bildirdi ki, 1993-cü ilin yanvar ayında prezident Elçibəyin bir müraciəti var və orada da deyəsən buna etiraz yer alır. Pənah Hüseyn bu məsələyə operativ reaksiya verilməməsinin səbəbini 907-ci düzəlişin qəfildən oratya çıxması ilə əlaqələndirib. Onun sözlərinə görə, ANKA bunu özünün ən böyük nailiyyəti kimi qeyd etmişdi.

Pənah Hüseynə xatırlatdıq ki, 2 gün əvvəl, 22 oktyabrda prezident Elçibəylə ABŞ-ın ölkəmizdəki səfiri arasında görüş olub, görüşdə də bununla bağlı niyə bir müzakirə aparılmayıb. Pənah bəy bildirdi ki, “Mən indi o dövrü xatırlayıram döyüş əməliyyatları gedirdi. 907-ci düzəlişin qəbul edilməsi bizim üçün gözlənilməz idi. Qərar qəbul olunan gündə bizim xəbərimiz yox idi, o qərarın qəbulunda iştirak etmiş bəzi konqresmenlərin də xatirələrində var ki, bu olduqca tez baş verib, bu 1 günün içində qəbul edilib”.

Bəli, Azərbaycan haqqında verilən olduqca ədalətsiz bir qərar və bu qərardan xəbərsiz Azərbaycan hakimiyyəti. Həmin dövrün mənzərəsini bundan yaxşı təsvir edəcək ştrixlər tapmaq mümkün deyil.

Azərbaycana qarşı beynəlxlaq səviyyədə edilən bu haqsızlığa qarşı çıxmaq əvəzinə AXC-Müsavat hakimiyyəti  ölkədə Heydər Əliyevə qarşı kampaniya yürüdür, qəribə də olsa müba?izə aparırdı. Gəlin bir arayış da verək - 1992-ci ilin oktyabrına, Bakıdan 10 min kilometrə qədər uzaq olan Vaşinqtonda onilliklər boyu ölkəmizin əleyhinə işləyəcək qərarın verildiyi dövrə bir də başqa prizmadan baxaq. Bir tərəfdə erməni lobbisinin açıq dəstəyi və təzyiqi ilə Azərbaycana qarşı kampaniya başladılıb, digər tərəfdə isə...

Digər tərəf, yəni, AXC-Müsavat cütlüyü o dövrdə elə dünya erməniliyinin əlinə işləyirdi desək, yanılmarıq. 1980-ci illərin sonundan başlayaraq Azərbaycanın başına gətirilən faciələrin xronologiyasına diqqət yetirsək, bunu aydın görmək mümkündür. 1980-ci illərin sonunda Heydər Əliyevi Siyasi Büro üzvlüyündən uzaqlaşdırmaq üçün canfəşanlıq edən erməni lobbisi anlayırdı ki, Azərbaycana qarşı işğal siyasətinin uğurla nəticələnməsinə yalnız Heydər Əliyev mane ola bilər. Başa düşürdülər ki, Heydər Əliyev siyasi proseslərin mərkəzində yer aldığı zaman ermənilər öz məqsədlərinə çata bilməyəcəklər - bunun üçün də keçmiş İttifaq daxilində bütün güclərini Heydər Əliyevə qarşı birləşdirmişdilər.

1992-ci ilin oktyabrında da eyni proses gedirdi, sadəcə bu dəfə proseslərin mərkəzində AXC-Müsavat hakimiyyəti yer alırdı. Onlar Heydər Əliyevin nüfuzuna qısqanclıqla  yanaşır, hər vəchlə onu respublikada  baş verən  siyasi proseslərdən  təcrid etməyə cəhd göstərirdilər. Bunun nəticəsi idi ki, Xalq Cəbhəsinin  silahlı qüvvələri 1992-ci il oktyabrın  24-də  Naxçıvanda çevriliş  etməyə, Heydər Əliyevi tutduğu  vəzifədən devirməyə cəhd  göstərdilər. O dövrü  Heydər Əliyev belə xatırlayırdı: “1992-ci ilin oktyabr ayında, biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman bəziləri bunu da bizə  çox gördülər, Naxçıvanda dövlət çevrilişi  etmək istədilər. Xalq Cəbhəsinin böyük bir  silahlı dəstəsi Daxili İşlər Nazirliyini  zəbt etdi, televiziyanı zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki, xalq bizimlə idi.

Mən o vaxt hər bir  rabitədən məhrum olduğum üçün  bir  çox vətənpərvər insanlar avtomobillərlə dərhal şəhərin  məhəllələrinə, ətraf  kəndlərə, başqa  kəndlərə gedərək, insanları Ali Məclisin qarşısına dəvət  edirdilər.  Bir neçə saat  içərisində Naxçıvanın  20 minə qədər qeyrətli, namuslu kişiləri, qadınları, gəncləri, ağsaqqalları  toplaşdılar və sinələrini irəliyə  verib Naxçıvanın o vaxtkı  Ali Məclisini və Heydər Əliyevi  müdafiə etdilər”.

1992-ci ilin oktyabrında Vaşinqtonda ermənilər Azərbaycanın gələcəyinə sui-qəsd hazırlayrdılar, Naxçıvanda isə AXC-Müsavat hakimiyyəti bu xalqın və dövlətin gələcəyinə qarşı sui-qəsd planlaşdırırdı.

Proseslərin inkişafı göstərdi ki, həqiqətən də AXC-Müsavat hakimiyyətinin nə yuxarı, nə də aşağı eşalonlarının nümayəndələri ölkəmizə qarşı edilən bu haqsızlıqdan xəbər tutmayıblar. Hətta sonradan xəbər tutmuşdularsa da, bunu xalqdan gizlədirdilər, millətin və dövlətin taleyi ilə oynayırdılar. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti ilk dəfə “Azadlığa dəstək aktı” adlı sənədə 907-ci düzəlişdən ABŞ səfiri Riçard Maylsın 4 fevral 1993-cü il tarixində Naxçıvan Muxtar Respublikasına səfəri və muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşündən sonra xəbər tutulmuşdu. O zaman Heydər Əliyev ABŞ Prezidenti Bill Klintona yazdığı məktubda blokada vəziyyətində olan Naxçıvana humanitar yardım göstərilməsini xahiş etmişdi. Səfir R.Mayls isə Naxçıvana gedərək Heydər Əliyevlə yardımın hansı marşrutla və necə çatdırılması barədə müzakirə aparmışdı. Çünki qeyd etdiyimiz kimi, 907-ci düzəliş yardımla əlaqədar ciddi məhdudiyyət yaradırdı. Buna baxmayaraq, ABŞ hökuməti muxtar respublikaya 1993-cü ilin martında 1 milyon dollar dəyərində ilk humanitar yardım göndərmişdi. Göstərilən yardımdan əlavə, Birləşmiş Ştatların bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri Naxçıvana gələrək vəziyyətlə yerində tanış olmuşdular. Eyni zamanda, Heydər Əliyevin aktiv diplomatik təmasları nəticəsində digər dövlətlərin hökumətləri də öz nümayəndələrini vəziyyətlə tanış olmaq üçün Naxçıvana göndərmişdilər. Muxtar respublikaya yardım göstərən ilk beynəlxalq təsisatlar isə BMT-nin müvafiq qurumları idi.

Sonrakı proses aydındır - 907-ci düzəlişin qəbul olunması nəticəsində yeni müstəqillik qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan Respublikası səkkiz il ərzində ABŞ yardımından məhrum oldu. 1996-cı ildə senator Con Porterin təklifi ilə hazırlanan “Porter əlavəsi” qanun layihəsində 1997-ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə “Dağlıq Qarabağ” ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu - ermənilər bu yolla da öz məkrlərini həyata keçirməyə çalışırdılar. Heydər Əliyev o zaman ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi çağıraraq ona bu məsələyə görə ciddi narahat olduğunu bildirmişdi və nəticədə Porter əlavəsinə dəyişiklik edilərək “Dağlıq Qarabağ”ı Azərbaycandan ayrı, müstəqil tərəf kimi göstərən ifadə dəyişdirildi. Heydər Əliyev 907-ci əlavənin ləğvinin zəruriliyini prezident Klinton və ABŞ Konqresinin üzvlərilə görüşlərdə onların diqqətinə çatdırdı.

Nəhayət, 907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün imkan 11 sentyabr 2001-ci il hadisələrindən sonra yarandı. ABŞ prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verdi. 2003-2004-cü illər üçün də eyni addımlar atıldı.

Beləliklə, bu gün Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində tam ləğv olunmasının bir addımlığında dayanan 907-ci düzəliş AXC-Müsavat hakimiyyətinin dünya erməniliyinə ən böyük “töhfələrindən” biri kimi tarixə yazıldı...

P. İSMAYILOV

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31