Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı Türk dünyası üçün çox önəmlidir

Bakı Türk dünyası üçün çox önəmlidir

15.09.2022 [10:53]

Türkiyəli millət vəkili: Bakının qurtuluşunda Kazan türklərinin lideri Sədri Maksudi Arsalın da xidmətləri var

“Osmanlı ordusunun generalı,  Nuri Paşanın komandanlığı ilə  Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğaldan azad etdiyi gün - 15 sentyabr 1918-ci il, türklük tarixinin ən şərəfli səhifələrindən biridir”.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın Bakının işğaldan azad olunmasınun 104-cü ildönümü ilə  bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetilə bölüşərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ümumlikdə türk dövlətlərinin yerləşdiyi coğrafiyada çox əhəmiyyətli bir mövqe tutduğu üçün 104 il öncə Qafqazda qurulan ingilis-rus-erməni ittifaqı Bakının işğalı üçün məkrli plan qursa da, çox gərgin mübarizə və ağır itkilər nəticəsində bu planın qarşısı alınıb: “Azərbaycan sıradan bir ölkə deyil. Azərbaycanın geopolitik, coğrafi mövqeyi, tarixi keçmişi, qoruduğu mənəvi dəyərləri həqiqətən bu məkanın qədim bir xalqa məxsus olduğunun isbatıdır. Mən dəfərlərlə Azərbaycana getdim və buna özüm də şahid oldum. Xəritəyə baxdığmızda da Azərbaycanın türk dünyası üçün nə qədər əhəmiyyətli olduğunu görürük. Təbii ki, bunu 1918-ci ildə  müstəqillik üçün mücadilə edən bir xalqı cənubdan işğalına məruz qoymaq istəyən fürsətcil ingilislər də, şimaldan Azərbaycan torpaqlarında gözü olan xəyanətkar ermənilər də, ermənilərə dəstək verən ruslar da görürdü. Və həqiqətən də  Osmanlı tarixində əhəmiyyətli rol oynamış hərbçi, siyasi xadim Ənvər Paşanın dahiyanə bir planı ilə, qardaşı Nuri Paşaya verdiyi təlimatla, Qafqazda yeni bir ordu qurdurmaqla bu məkrli planın qarşısı alındı. Bu qısa bir tarix olsa da çox qürurvericidir.

Baxmayaraq ki, Osmanlı dövləti I Dünya müharibəsindən yeni çıxmışdı, hər tərəfdən hücumlara məruz qalmışdı, amma buna rəğmən ondan kömək istəyən qaim-qardaşının çağırışına biganə qalmadı. Hazırda sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığının kökləri də məhz elə bu əzmli davranışlara, sağlam münasibətlərə söykənir”.

Kamil Aydın Bakının qurtuluşunda Kazan Türklərinin lideri Sədri Maksudi Arsalın da müstəsna rolunun olduğunu vurğulayaraq, bu vacib amildən nədənsə çox az danışıldığını qeyd edib: “Nuri Paşanın Qafqaza səfərindən öncə,  Kazan Türklərinin lideri Sədri Maksudi Arsal Osmanlının Moskvadakı səfiri Kamal Qalib Bəyin qəbulunda olaraq Bakının çətin günlər yaşadığını bildirib. Bakının türk dünyası üçün çox önəmli bir yer olduğunu qeyd eləyən Arsal “Bakı Türküstanın qapısıdır, əgər bolşeviklərin, daşnakların və qərbin birgə planı nəticəsində Bakı işğal olunarsa, bizim bütün türk dünyası ilə əlaqəmiz kəsilər” deyib və bu vəziyyətin Ənvər Paşaya təcili olaraq çatdırılmasını rica edib. Kamal Qalib Bəy də qısa zamanda bu məsələ ilə bağlı Ənvər Paşaya məlumat verib. Məhz Kazan Milli Məclisinin sədri Sədri Maksudi bəyin verdiyi bu məlumat sayəsində də Cənubi Azərbaycanda ingilislər, Şimali Azərbaycanda  ermənilər və ruslar məğlubiyyətə uğrayıb. Məncə, Bakı qələbəsində Sədri Maksudi Arsal ehtiramla yad edilməlidir, onun müdrikliyi, strateji addımı xüsusilə qeyd olunmalıdır”.

Bu kimi incəliklərin gələcək nəslə çatdırılmasının vacibliyini qeyd edən millət vəkili  Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində önəmli rol oynayan Şuşa Bəyannaməsinin 100 il öncə imzalanan Qars müqaviləsi ilə eyni tarixə düşməsini təsadüfi hesab etmir: “Yəni, 100 il öncə olduğu kimi yenə də Azərbaycanla Türkiyə arasında ortaq müdafiə sistemi qurulur. Azərbaycana dəyən bir zərbə Türkiyəyə dəymiş hesab edilir və ya əksinə. Bu, NATO-ya üzv ölkələrin müdafiə paktında, 5-ci maddədə də yer alır. Amma çox təəssüf ki, NATO bunu Türkiyə üçün tətbiq etmir. Suriya sərhədlərindən Türkiyəyə terror hücumları ediləndə ABŞ Türkiyə ilə deyil, PKK ilə əməkdaşlığa önəm verdi. Bu məsələni vurğulamaqda məqsədim odur ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin kökü  sağlam olduğu üçün qalibiyyət örnəyimiz olan Bakı zəfəri bu günümüzdə də Qarabağ zəfəri ilə nəticələnib”.

Kamil Aydın sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatı da şiddətlə qınadığını bildirib: “Şəhidlər verdik, bununla əlaqədar Azərbaycan xalqının başı sağolsun, deyirəm. Yenə də mətanətli Azərbaycan ordusu bu hücumlara yetərincə cavab verdi. Ermənistan fərqində olmalıdır ki, bu cür davranışları ilə əllərində olan torpaqlarını da itirir. Çox təəssüf ki,  Ermənistan hələ də lobbilərinin fitvalarına uyur. Necə ki, Yunanıstan Türkiyəyə qarşı təxribatlar törədir və hər dəfə də uduzur, eləcə də Ermənistan bunu Azərbaycana qarşı edir. Daha Qarabağdan zərrə qədər torpağın Ermənistan tərəfindən tutulması mümkün deyil, bunu bütün dünya öyrəndi, amma hələ də daşnaklar, erməni tərəfdarı olan lobbilər anlamırlar. Amma Türkiyə də, Azərbaycan da bunu anlatmaqda davam edəcək. Biz var qüvvəmizlə can Azərbaycanın yanındayıq”.

Sevil Hilalqızı Ünal,

Ankara

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31