Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vaşinqton çətin sınaq qarşısında...

Vaşinqton çətin sınaq qarşısında...

05.04.2024 [10:15]

Ştatlar müstəqillik axtarır, xarici siyasət kursu isə fiaskonun eşiyində...

ABŞ  yeni “aura” əldə etmək üçün yeni planlar qurur

XX əsrin son onilliyində SSRİ-nin dağılması ilə özünü dünyada tək güc sayan ABŞ çətin “imtahan” qarşısındadır. Son 30 ildə “nəzarətə” götürdüyü, demokratiya pərdəsi altında faktiki işğalçılıq planı həyata keçirdiyi ərazilərlə bağlı çətinliklərlə üzləşən Vaşinqton daxili arenada da mühüm kataklizmlər yaşayır. Məsələn, bir zamanların ABŞ üçün ən populyar mövzusu olan “Böyük Orta Doğu” planı günümüzdə Vaşinqtonun “qarınaltı yükü”nə çevrilib. “Monolit ştatlar” mifi isə dağılmadaqda davam edir...

Daxili parçalanma ehtimalı güclənir...

İlk olaraq daxili vəziyyətə nəzər salaq: son üç ayda müşahidə olunanlar  ABŞ-ın dövlətçilik “təməlləri”nin laxladığını deməyə əsas verir. Bu ilin əvvəlində Birləşmiş Ştatlarda Kosntitusiya Məhkəməsinin qərarı heçə sayıldı - Texas qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa edilən tikanlı məftilli divarı sökmək qərarını icra etmədi. Beləliklə, ştat mərkəzi hakimiyyətə - Vaşinqtona tabesizlik nümayiş etdirdi. Hətta könüllülərdən ibarət qruplar yaradaraq, Meksika sərhədinin qorunması işinə başlanıldı. Bu, hər an fürsət gözləyən “Texit tərəfdarları”nı yenidən hərəkətə gətirdi və Texasın onsuz da illərdir ki, təxirə saldığı müstəqillik planlarını yenidən canlandırdı. Ən maraqlı hal isə Texasın bu addımının 25 ştat tərəfindən dəstəklənməsi oldu - “domino effekti” yaradan üsyan xüsusilə Kaliforniya və Floridada daha çox nəzərə çarpdı. ABŞ-ın intellektual resurslarının, İT korporasiyalarının, bir sözlə Amerika cəmiyyətinin qaymaqlarının cəmləşdiyi Kaliforniyanın Vaşintona qarşı çıxması ehtimalı yarandı.

Texası anlamaq olar: 1845-ci ilin 29 dekabrında rəsmən Birləşmiş Ştatlara birləşən Texas ABŞ-ın tərkibinə birbaşa İttifaqın bərabər hüquqlu üzvü kimi qəbul edilmiş ilk və indiyə qədər yeganə beynəlxalq səviyyədə tanınmış müstəqil dövlətdir. Bundan başqa, Texas müstəqil ştat olaraq ABŞ-a daxil olduğundan, bu ştat müstəqillik məsələsi ilə bağlı ümumxalq referendumu keçirmək hüququna malikdir. Həmçinin, Texas bayrağı-federal ilə eyni səviyyədə bayraq dirəyində olmaq hüququna malik olan yeganə ştat sayılır.

ABŞ ştatlarının mərkəzi hakimiyyətdən ayrılmasını şərtləndirən situasiya necə yaranıb? Xüsusilə son illərdə, ABŞ-ın xarici siyasət kursu bölgələrdə açıq etirazlarla qarşılanır. Büdcədən sosial istiqamətinə yönələndirilməsi mümkün olan milyardların Orta Şərq, Asiya, Afrika və ya hazırda Ukraynaya transfer edilməsi ABŞ vətəndaşlarını razı salmır. Bunun nəticəsidir ki, Konqres son zamanlarda xarici yardımların azaldılması məsələsini gündəmə gətirir. Təbii ki, bu da ABŞ-ın adıçəkilən bölgələrdəki nüfuzuna böyük təsir göstərir. Başqa sözlə, daxili çəkişmələrin miqyasını azaltmaq, parçalanmanın qarşısını almaq üçün mərkəzi hakimiyyət geri çəkilməyə məhkumdur. Bu isə rəsmi Vaşinqtonun siyasi-iqtisadi aurasına təsir göstərir. Beləliklə, ABŞ indiki mərhələdə daha az “xərc tələb edən”, əksinə gəlir gətirmək imkanına malik regionlara meyl göstərir.

Yaxın Orta Şərq “bataqlığı” ABŞ-a göyə sovrulan milyardlara başa gəlir

Başqa bir misal: Qərb mənbələri etiraf edirlər ki, ötən il HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdəki Amerika hərbi kontingentinin sayının artırılması Vaşinqtonu 2 milyarda yaxın artıq “xərcə” salıb. Ötən ilin sonlarında  Konqres müvafiq vəsait ayırmaq üçün imkanlar axtarırdı və nəticədə qərar qəbul edildi - Pentaqondan qanunvericilərə göndərilmiş sənədə əsasən, 1,6 milyard dollardan artıq vəsait bölgəyə daha çox gəmi, döyüş təyyarəsi və avadanlıq göndərilməsi və onların dörd ay orada saxlanılması xərcləri üçün ayrıldı. Xüsusi qeyd - bu məbləğə ABŞ ordusunun Yəməndəki husilərin mövqelərinə hücum etmək və Qırmızı dənizdəki dronlarını və raketlərini məhv etmək üçün istifadə etdiyi raketlərin dəyəri daxil deyil. 2024-cü illə bağlı hərbi inkişafa yönəlik xərclər proqnozu 2,5 milyarda qədər arta da bilər.

Buna, Ukrayna üçün 100 milyarda yaxın vəsaitin də “gözdən çıxarılması”nı əlavə etsək, yaxın zamanlarda ABŞ-ın iqtisadi potensialının sürətlə uçurumdan üzüaşağı yuvarlanmasının şahidi olacağımızı deməyə əsas yaranır. Ən azından, Qərb mənbələri, xüsusilə KİV bu haqda tez-tez yazır. Suriya, İraq, hətta Liviya və Livanı özünün “poliqonuna” çevirən ABŞ bu bölgələrdə özünün siyasi-ictimai aurasını itirib. Ortadakı qazanc isə elə də diqqətçəkən deyil. Ən azından, artıq həmin region açıq şəkildə ABŞ-ın oranı tərk etməsi tələbini səsləndirir, bəzi hallarda uğura da nail ola bilirlər. Demək ki, ABŞ-ın dayaqları bu regionda artıq laxlamağa başlayıb. Çıxış yolu isə, işğalçı imici fərqli imiclə əvəz etməkdir. Yeni “imic” formalaşdırmaq üçün isə...

Yeni dövr üçün yeni hədəflər...

Birləşmiş Ştatların yeni dövr üçün hədəfinin Mərkəzi Asiya - Cənubi Qafqaz xətti üzrə seçilməsi təsadüfi deyil. Düzdür, bu regionda Yaxın Şərqdə olduğu kimi işğalçı planını açıq şəkildə həyata keçirmək imkanı olmayan Vaşinqton ən azından iqtisadi dividend axtarışındadır. Şərq-Qərb tranzaksiyası üzərində nəzarətçi olmaq üçün dəridən-qabıqdan çıxan ABŞ öz planlarını həyata keçirmək üçün ən ucuz vasitədən istifadə edir - erməni kartı Birləşmiş Ştatlar üçün “rebilitasiya” imkanı kimi görünür. Burada bəzi əsaslar da mövcuddur. O baxımdan ki, erməni lobbisi məsələsi burada da özünü göstərir. ABŞ o günə qalıb ki, bu lobbinin “gücündən” “imicmeyker” statusunda “bəhrələnməyə” çalışır.

ABŞ-ın regiona müdaxilə imkanları üçün səfərbər edilən digər vasitə isə İŞİD və onun yaramaz təbliğatıdır. Şərq-Qərb tranzitinin keçdiyi müsəlman ölkələrini İŞİD-lə “zənginləşdirmək” istəyən ABŞ unudur ki, bura Yaxın Orta Şərq deyil -  başqa sözlə, Mərkəzi Asiya - Cənubi Qafqaz geocoğrafi məkanı fərqli siyasi-hərbi və dini xüsusiyyətləri daşıyır. Əslində, bunu ABŞ hakimiyyəti anlayır - 5 aprel görüşü məhz bu “anlayışın” göstəricisidir. Dini müdaxilə ilə hər hansı bir uğur qazana bilməyəcəyini görən Birləşmiş Ştatlar diqqəti yenə “erməni kartına” yönəldir...

SADİQ

Paylaş:
Baxılıb: 267 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31