Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə İrana xilasedici qruplar göndərib

Türkiyə İrana xilasedici qruplar göndərib

19.05.2024 [23:11]

Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecə görmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) paylaşımında bildirilib.

Məlumatda qeyd olunub ki, İran tərəfinin dəstək xahişi AFAD-a Türkiyə Xarici İşlər Nazirliyinin kanalları ilə daxil olub.

Qəza bölgəsinə Türkiyənin Van və Ərzurum vilayətlərindən 32 xilasedici ilə 6 nəqliyyat vasitəsi göndərilib. Həmçinin, Ankara, Diyarbəkir və Konya vilayətlərindən də ümumilikdə 45 xilasedici hazır vəziyyətə gətirilib.

AFAD rəhbərliyi İrandakı hadisələri diqqət mərkəzində saxladığını vurğulayıb.

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30