Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

27.09.2026 [23:11]

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, eləcə də yaralanaraq sağlamlığını itirən soydaşlarımızın Vətənə şərəfli xidmətlərindən qürurla bəhs ediblər.

Tariximizə qızıl hərflərlə yazılmış şanlı Zəfərin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi birliyi və fədakarlığı, eləcə də qəhrəman oğullarımızın nümayiş etdirdiyi igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.

Mərasimlərdə Vətən müharibəsi, eləcə də postmüharibə dövründə ordumuz tərəfindən həyata keçirilmiş digər uğurlu əməliyyatların regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi qeyd edilib.

Silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, şəhid ailələrini ziyarət edib, şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.

Şəxsi heyət üçün təşkil edilmiş hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlərdə döyüş iştirakçıları xatirələrini bölüşüb, Vətən müharibəsi haqqında sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçuların təşəbbüsü ilə ağacəkmə aksiyaları həyata keçirilib.

Qeyd edək ki, eyni zamanda, Anım Günü münasibətilə 27 sentyabr saat 12:00-da Azərbaycan Ordusunun bütün şəxsi heyəti tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30