Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ceyhun Bayramov kambocalı həmkarı ilə ikitərəfli və regional əməkdaşlığı nəzərdən keçirib

Ceyhun Bayramov kambocalı həmkarı ilə ikitərəfli və regional əməkdaşlığı nəzərdən keçirib

25.09.2026 [23:26]

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Kamboca Krallığının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Soxon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin inkişafını nəzərdən keçirərək, yüksəksəviyyəli siyasi dialoqun genişləndirilməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi və beynəlxalq platformalar, xüsusilə Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir P.Soxon qarşıdan gələn AQEM Sammitinə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və tədbirin təşkilində tam uğurlar arzulayıb. Nazirlər, həmçinin minalardan təmizləmə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq davamlı koordinasiya və dialoqun əhəmiyyətini qeyd ediblər.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30