Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

28.09.2026 [17:31]

Rusiya silahlı qüvvələri Dneprdə biznes mərkəzinə zərbə endirib. Üç nəfərin öldüyü, 12 yaralının olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram”da yazıb.

O qeyd edib: “Rusiyanın Dneprə hücumu nəticəsində üç nəfər həlak olub, 12 yaralı var”.

Dnepropetrovsk Regional Şurasının rəhbəri Nikolay Lukaşuk isə bildirib ki, bir neçə nəfər hələ də zənglərə cavab vermir.

“Rusiyanın hücumu nəticəsində zərər çəkən biznes mərkəzində axtarış-xilasetmə əməliyyatları davam edir. Hazırda dörd nəfərin yaralandığı bildirilir. Xilasedicilər yanan binadan daha 47 nəfəri təxliyə ediblər. Yuxarı mərtəbələrdə olan insanlar yanğınsöndürmə nərdivanı vasitəsilə təxliyə olunur”, - deyə o qeyd edib.

Bütün təcili yardım xidmətləri hadisə yerindədir.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30