Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

28.09.2026 [20:32]

İraq Bağdad beynəlxalq hava limanındakı Amerika Birləşmiş Ştatları (ABŞ) qüvvələrinin əsas qərargahını təhvil alıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu İraqın təhlükəsizliklə bağlı media qurumunun rəhbəri general Səd Məən deyib.

Bildirilib ki, ölkə ərazisində hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğunun xarakterini müəyyənləşdirməkdə əsas söz və yekun qərar artıq İraq hökumətinə məxsusdur.

O vurğulayıb ki, İraqın suverenliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsi, eləcə də təhlükəsizlik məsələlərinin müstəqil şəkildə idarəolunması ölkədə sabitliyin əsas dayaqlarıdır. Onun sözlərinə görə, bu amillər İraqın regional və beynəlxalq əlaqələrinin daha geniş və səmərəli əməkdaşlıq istiqamətində inkişafına imkan yaradır.

Qeyd edək ki, İraqın sentyabrın 30-da İŞİD-lə mübarizədə ölkəyə dəstək verən beynəlxalq koalisiya ilə əməkdaşlığın cari mərhələsini başa çatdırması gözlənilir. Bununla da, xarici hərbi qüvvələrin ölkədəki missiyası sona çatacaq və koalisiyanın bəzi üzv dövlətləri ilə silahlanma proqramlarının dəstəklənməsi, təhlükəsizlik qüvvələrinin təlimi və onların qarşıda duran təhdidlərə hazırlığının artırılması məqsədilə ikitərəfli əməkdaşlığa keçid nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30