Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Polşa Ukraynada NATO-nun birgə missiyasının yaradıldığını elan edib

Polşa Ukraynada NATO-nun birgə missiyasının yaradıldığını elan edib

05.04.2024 [10:56]

NATO ölkələri Ukraynada birgə missiya yaratmaq qərarına gəliblər. "Yeni Azərbaycan" RİA Novosti-yə istinadən  xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Biz Ukraynada  NATO missiyası yaratmaq qərarına gəldik”, deyə o, müttəfiq ölkələrin birbaşa münaqişəyə girmədiyini qeyd edib.

Nazirin sözlərinə görə, missiya sayəsində Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda əsgəri Polşa ərazisində təlim keçəcək. “Biz NATO-nun koordinasiya, təlim və planlaşdırma imkanlarından Ukraynanı daha koordinasiyalı şəkildə dəstəkləmək üçün istifadə edə biləcəyik”, - deyə Sikorski izah edib.

Qeyd edək ki, bundan əvvəl Radoslav Sikorski bəyan edib ki, Polşa Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləməyəcək. Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, NATO-da Avropa İttifaqı və BMT-də olduğu kimi, Mərkəzi və Şərqi Avropa ölkələri rəhbər vəzifələrdə kifayət qədər təmsil olunmur.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31