Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib

05.04.2024 [14:46]

Azərbaycan Prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir ki, Bakı şəhəri Qaradağ rayonunun və Salyan rayonunun inzibati ərazilərində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 4312,56 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.

 İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31