Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Kamran Eyyubov: İlk Avropa Oyunları ölkəmizdə turizmin inkişafına da əsaslı zəmin yaradacaq

Kamran Eyyubov: İlk Avropa Oyunları ölkəmizdə turizmin inkişafına da əsaslı zəmin yaradacaq

22.05.2015 [09:23]

“Bakı-2015” birinci Avropa Oyunları ilə Azərbaycan bütün dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə, böyük irs qoyacaq”. Bunu qəzetimizə açıqlamasında fəal gənc Kamran Eyyubov deyib. O, ilk Avropa Oyunlarının Azərbaycanda həm idmanın, həm cəmiyyətin, həm də iqtisadiyyatın inkişafına böyük təsir edəcəyini bildirib: “Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın, iqtisadiyyatın və turizmin inkişafına, ölkəmizin dünyada tanınmasına, etibarlı imic qazanmasına, mədəniyyətimizin dünyaya nümayiş olunmasına, ölkəmizin böyük təcrübə qazanmasına və bir çox digər sahələrdə əhəmiyyətli inkişafa nail olmağa şərait yaradacaq. Bilirsiniz ki, inkişaf etmiş, dünyanın nəhəng dövlətləri belə möhtəşəm Oyunların təşkilinə uzun illər hazırlıq görürlər. Azərbaycanda isə hazırlıq işləri qısa zamanda elə sürətlə aparıldı ki, bütün dünya buna heyranlığını gizlədə bilmədi”.
Kamran Eyyubov, həmçinin, ilk Avropa Oyunlarının ölkəmizdə turizmin inkişafına zəmin yaradacağını da bildirib: “Dünyanın yüzlərlə televiziyası Oyunları canlı yayımlayacaq və milyonlarla insan Azərbaycan haqqında məlumatlanacaq, ölkəmizin mədəni irsinin şahidi olacaq. Bütün bunlar biz gəncləri qürurlandırır və sevindirir”.

Paylaş:
Baxılıb: 1750 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31