Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Manatın məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq

Manatın məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq

14.09.2024 [10:39]

“The Economist Group” Azərbaycanda güclü maliyyə sabitliyinin olduğunu bildirir

“The Economist Group”da araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (ETU) bu günlərdə açıqladığı məlumatda Azərbaycanın maliyyə sabitliyi ilə bağlı müsbət məqamlar yer alıb. Tədqiqat qrupu, ölkəmizin maliyyə dayanıqlılığının möhkəmlənməsində suveren yığım mənbələrinin artmasını, tədiyyə balansını cari vəziyyətinin əlverişliliyini əsas amillərdən biri kimi xarakterizə edir. Proqnozda Azərbaycan manatının sabitliyinə də diqqət yetirilir və qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına nisbətdə sabit məzənnə rejimi tətbiq edir. Manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir. EIU hesab edir ki, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsini sabit saxlamaqdır. Bu isə manatın məzənnəsinin 2029-cu ilə kimi sabit qalmasına səbəb olacaq.

Hökumətin proqnozları necədir?

Azərbaycan hökumətinin 2024-cü il və qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozlarında da manatın məzənnəsinin indiki indeks üzrə sabit qalacağına dair rəylər yer alır. Sənəddə qeyd edilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcəkdir. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.

Qeyd edək ki, Azərbaycanda manatın məzənnəsini bir neçə iqtisadi faktorlar müəyyən edir. Tədiyyə balansının cari vəziyyəti pisləşdiyi halda, manat üçün ciddi risklər meydana çıxır. Azərbaycanın 2024-cü ilin birinci yarısı üzrə tədiyyə balansının vəziyyəti olduqca qənaətbəxş olub, tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti təxminən 5 milyard dollar təşkil edib. 2024-2025-ci illərdə Azərbaycanın tədiy?ə balansının cari hesabının orta illik profisitinin 7,5 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır. Bu amil manatın xarici valyutalara nisbətdə dayanıqlılığı üçün mühüm faktor kimi əhəmiyyət kəsb edir.

Eləcə də manatın məzənnəsinə təsir edən amillər sırasında neftin satış qiymətinin təsiri də əsaslı rol oynayır. Hazırda dünya birjalarında “Brend və “WTI” markalı xam neftin 1 barrelinin qiyməti 70-75 dollar arasındadır. Beynəlxalq enerji institutlarının, reytinq agentliklərinin proqnozlarına görə, neftin 2024-cü ildə orta optimal qiyməti 70 dollardan aşağı gözlənilmir. Bəzi tədqiqat mərkəzləri qiymətlərin 80-85 dollar civarında olacağını proqnozlaşdırır.

Neftin qiyməti 40 dollardan aşağı düşsə, manata təzyiqlər ola bilər...

Ona görə də hazırki optimist ssenari manatın məzənnəsinin dayanıqlılığı üçün güclü əsaslar yaradır. Neftin satış qiyməti 40 dollara enəcəyi təqdirdə manata təzyiq yükü yarana bilər. Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bəyan edib ki, Azərbaycanın tədiyyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 40-45 ABŞ dolları olmalıdır. Yəni, neftin qiyməti 40 dollardan aşağı düşməlidir ki, valyuta bazarında gərginlik baş versin və dolların məzənnəsinin yüksəlməsi, manata təzyiqlərin artması tendensiyası yaransın. Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlıq yoxdur və manatın sabitliyini təhdid edəcək amillər sıfır səviyyəsindədir.

Manatın məzənnəsini nizamlayan ən əsaslı faktorlardan biri də ixrac-idxalın balansıdır. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 26,9 milyard dollar təşkil edib ki, onun 16,1 milyard dolları ixrac, 10,7 milyard dolları idxaldır. Xarici ticarətdə 5,3 milyard dollar müsbət saldo qeydə alınıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 5,3 milyard dollar çoxdur. Bu amil də ölkədə dollar ehtiyatının olmasından xəbər verir. Eləcə də bankların dollar likvidliyi hədsiz dərcədə son illərdə böyüyüb. Bu amil də təsdiqləyir ki, ölkəmizin valyuta bazarı profisitli tədiyyə balansı şəraitində fəaliyyət göstərir və tədiyyə balansının mövcud vəziyyəti dollar-manat münasibətlərində sabitliyi, valyuta tələbinin artıqlaması ilə ödənilməsini nizamlayır.

Manatın sabit məzənnəsinin qorunması üçün ölkənin iqtisadi blokunun, ələlxsus da Mərkəzi Bankın güclü təsiredici və tənzimləyici prioritetləri mövcuddur. Yeri gəlmişkən, 2023-cü il ərzində manatın nominal effektiv məzənnəsi 19.3 faiz, real effektiv məzənnəsi isə 5.1 faiz möhkəmlənib. 2024-cü ilin birinci yarısında isə bu rəqəm 14 faizə yaxın olub. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib. Ümumilikdə, hazırda Dövlət Neft Fondu və Mərkəzi Bankla birlikdə Azərbaycanın 7müəyyənləşməsində iqtisadi amillərlə yanaşı, Mərkəzi Bankın sərt nəzarətedici funksiyası da mühüm rol oynayır. Dollara tələb artdıqda manata olan təzyiqləri nəzərə alaraq MB bəzi məhdudlaşdırıcı alətlərdən istifadə edir, banklarda dollar satışının limitlə aparılmasına çalışır və s. Hələlik bu istiqamətdə məhdudlaşdırıcı elementlər müşahidə edilmir. Ancaq Mərkəzi Bank uzaqgörənlik edərək bəzi tədbirləri də yaddan çıxarmır. Son aylarda dollar tələbinin artmasından qayğılanaraq öz monetar funksiyasını gücləndirib. Belə ki, MB tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib və fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının pul köçürmələrində bəzi məhdudiyyətlər qoyulub. Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından asılı olmayaraq, aylıq limit 20 min dollar ekvivalentinədək  müəyyən edilib. Ticarətlə məşğul olan bazar iştirakçıları üçün illik müvafiq normalar müəyyənləşdirilib.

“Fitch Ratings”: Manatın sabitliyi maliyyə dayanıqlılığını təmin edir

Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq re?ti?? təşkilatı bir müddət əvvəl açıqladığı proqnoz-hesabatda Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondlara malik olduğunu bildirib. Təşkilat hesab edir ki, Azərbaycanın milli valyutasının sabitliyi maliyyə dayanıqlılığını təmin edir. “Fitch”in proqnozlarına görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq və bu, həm də bəzi dairələrdə yayılan devalvasiya söhbətlərinin gerçəklikdən uzaq olmasını əsaslandırır. Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq.

“Fitch Ratings”, həmçinin Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini “BBB-” səviyyəsində təsdiqləyib ki, bu da  ölkəmizin tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər də ölkəmizin reytinq üzrə proqnozunun sabitliyini şərtləndirir və neft gəlirlərinin azalması fonunda belə Azərbaycanın cari balansının qənaətbəxş səviyyədə saxlanılmasını göstərir. Bu o deməkdir ki, “Fitch” Azərbaycanın maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin təsiredici rolunu mühüm amil hesab edir və iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun yeni artım mənbələrinin səfərbər olunması istiqamətində yürüdülən siyasəti təqdir edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

İqtisadiyyat

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31