Naxçıvan Muxtar Respublikasında Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilib
12.09.2013 [09:16]
Stansiyada il ərzində 60 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq, bu da muxtar respublikanın enerjiyə tələbatının 15-17 faizini ödəyəcək
Naxçıvan Muxtar Respublikasında elektroenergetika sisteminin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istismara verilir. Hazırda muxtar respublikada 6 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirərək deyib: “Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır”.
AzərTAc xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq sentyabrın 9-da Şərur rayonunda inşa olunan Arpaçay Su Elektrik Stansiyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov bildirib ki, son 10 ildə muxtar respublikada Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan su elektrik stansiyası, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, Naxçıvan Modul Elektrik Stansiyası və Biləv Su Elektrik Stansiyası tikilərək istifadəyə verilib. Bu gün isə Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər muxtar respublikanın elektrik enerjisi ilə təminatında, enerji ixracının daha da artırılmasında mühüm rol oynayacaq. Yasin Səfərov muxtar respublikada energetikanın inkişafına göstərilən qayğıya görə kollektiv adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Arpaçay Su Elektrik Stansiyasının istifadəyə verilməsinin energetika sahəsində mühüm hadisə olduğunu bildirib, bu münasibətlə energetikləri və muxtar respublika sakinlərini təbrik edərək deyib: “Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Yüksək texniki tələblərə cavab verən və keyfiyyətlə inşa olunan su elektrik stansiyası bu gün muxtar respublika energetiklərinin istifadəsinə verilir”.
Ali Məclisin Sədri deyib: “Arpaçay Su Elektrik Stansiyasının işə salınması muxtar respublikanın enerji təminatının ödənilməsində mühüm rol oynamaqla yanaşı, ixtisaslı energetiklərin formalaşmasına da öz töhfəsini verəcəkdir. Burada çalışanlar ixtisaslı kadr kimi yetişəcəklər. Stansiyada il ərzində 60 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq, bu hesaba muxtar respublikanın enerjiyə tələbatının 15-17 faizi ödəniləcəkdir. Bu da muxtar respublika əhalisinin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında, enerji ixracının artırılmasında mühüm rol oynayacaqdır”.
Ali Məclisin Sədri muxtar respublikada su elektrik stansiyalarının tikintisinin bundan sonra da davam etdiriləcəyini bildirərək deyib: “Hazırda muxtar respublikada Ordubad və “Arpaçay-2” Su Elektrik stansiyalarının tikintisi aparılır. Bu stansiyalar istismara verildikdən sonra muxtar respublikanın enerjiyə olan tələbatının əsas hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir. Bu da muxtar respublikanın energetika sisteminin imkanlarının genişlənməsinə, ucuz elektrik enerjisi istehsalının artırılmasına və vəsaitə qənaət olunmasına imkan verəcəkdir. Əldə olunan vəsait energetika sahəsinin maddi-texniki bazasının gücləndirilməsinə, bu sahədə çalışanların rifah halının yaxşılaşdırılmasına sərf ediləcəkdir”.
Ali Məclisin Sədri daha sonra deyib: “Hər bir ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün dünya ölkələrində ərzaq və enerji təhlükəsizliyi üzrə proqramlar qəbul olunaraq icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin olunan ölkələrin iqtisadiyyatı isə sabit və davamlı inkişaf edir. Azərbaycan Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Ali Məclisin Sədri elektrik enerjisindən qənaətlə istifadənin vacibliyinə diqqəti çəkərək deyib: “Elektrik enerjisindən istifadə zamanı qənaət prinsipinə əməl etmədən bu sahədə inkişafa nail olmaq mümkün deyildir. Ona görə də muxtar respublika energetikləri bunu daim diqqət mərkəzində saxlamalı, enerjidən istifadə zamanı israfçılığın qarşısı alınmalıdır. Son illər həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada enerji itkisi xeyli azaldılmışdır. Bu işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur. Məqsəd enerji itkisinin 3-4 faizə endirilməsinə nail olmaqdan ibarətdir”.
Ali Məclisin Sədri muxtar respublika energetiklərinin öz üzərlərində işləyərək bilik və bacarıqlarını artıracaqlarına, energetika sisteminin qorunmasına və bu sahənin səmərəli işlədilməsinə töhfələrini verəcəklərinə əminliyini bildirib, stansiyanın tikintisində əməyi olanlara təşəkkür edib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Diametri 3,9 metr olan tunelin uzunluğu isə 1100 metrdir. Tuneldən suyu turbinlərə ötürmək üçün 145 metr uzunluğunda yüksəktəzyiqli boru xətti çəkilib, 45 metr dərinliyi olan havaboşaldıcı inşa edilib. Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi yaradılıb.
Ali Məclisin Sədri Vasif Talıbov stansiyanın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olub, stansiyanı işə salıb.
Bildirilib ki, mərkəzdə su elektrik stansiyasının idarə olunması üçün lazımi avadanlıqlar və kompyuter dəstləri, eləcə də nəzarət-mühafizə sistemləri quraşdırılıb. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə saxlamağa imkan verir. Mərkəzdə elektrik enerjisinin istehsalı zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması üçün də lazımi şərait var. Stansiya binasında Avstriyanın “Andritz” şirkətinin istehsalı olan 7,75 meqavat gücə malik 2 ədəd və gücü 5 meqavat olan 1 ədəd Françesktipli turbin quraşdırılıb və onlara üfüqi şəkildə bağlanmış müvafiq güclü generatorlar qoşulub. Bütün emal prosesi avtomatlaşdırılmış şəkildə həyata keçirilir.
İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün 30 meqavoltamper gücə malik transformator yarımstansiyası qurulub, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilib.
Arpaçay Su Elektrik Stansiyası mühüm infrastruktur layihəsi kimi muxtar respublikanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. İqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın istifadəyə verilməsi ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 60 faizi su elektrik stansiyaları hesabına ödəniləcək.
Stansiya ilə tanışlıqdan sonra energetiklərlə görüşən Ali Məclisin Sədri deyib ki, bu gün energetika iqtisadiyyatın aparıcı sahələrindən biridir. Muxtar respublikamızda bu sahənin inkişafına xüsusi diqqət yetirilir, yeni su elektrik stansiyaları tikilərək istifadəyə verilir. Eyni zamanda, istilik elektrik stansiyalarının gücündən də səmərəli istifadə olunur, Günəş batareyaları ilə işləyən elektrik stansiyalarının yaradılması üzərində işlər aparılır. Bütün bunlar muxtar respublikanın davamlı inkişafına, enerji təhlükəsizliyinin təmin olunmasına, iqtisadiyyata investisiya qoyuluşunun artırılmasına səbəb olub. Qeyd edilib ki, energetika sahəsində ixtisaslı kadrların hazırlanması vacib məsələdir. Hazırda Naxçıvan Dövlət Universitetində bu sahə üzrə müvafiq ixtisas açılıb. Energetiklər yaradılan şəraitdən səmərəli istifadə etməli, ixtisaslı mütəxəssis kimi yetişməli, qurulanlar qorunmalı və onlardan səmərəli istifadə edilməlidir.
Su elektrik stansiyasının ərazisində də geniş abadlıq işləri aparılıb, müasir avtomobil yolu çəkilib, işıqlandırma sistemi quraşdırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

