/ / Sahibə Qafarova: Serj Sarkisyan AŞ PA tribunasından beynəlxalq ictimaiyyəti ələ saldığını göstərdi
Sahibə Qafarova: Serj Sarkisyan AŞ PA tribunasından beynəlxalq ictimaiyyəti ələ saldığını göstərdi
05.10.2013 [11:23]
“Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini öz məntiqinə uyğun qeyri-obyektiv və əsassız şəkildə təhrif edərək beynəlxalq ictimaiyyəti ələ saldığını göstərdi. Bu, hər şeydən əvvəl beynəlxalq ictimaiyyətə qarşı böyük hörmətsizlikdir”. Bu fikirləri AŞPA-nın sessiyasında çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib. Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin humanitar problemləri ilə bağlı hesabatın müzakirəsində çıxış edən Sahibə Qafarova deyib ki, Ermənistanın dövlət başçısının beynəlxalq hüquqa bu cür qeyri-ciddi münasibəti, əslində münaqişənin bu günə qədər niyə həll olunmadığını açıq şəkildə göstərir. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş sənədlərin inkarı Ermənistan dövlətinin sülhə əngəl olma manevrləri ucbatından münaqişənin hələ də həll olunmamış qalmasının və bütün beynəlxalq çağırışlara baxmayaraq, İrəvan hakimiyyətinin konstruktiv mövqeyə gəlməkdən yayınmağının daha bir sübutudur.
Müzakirə olunan məsələnin aktuallığından da danışan Sahibə Qafarova deyib ki, bu iclasda yenidən bu məsələyə toxunmaqla beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan dövlətinin törətdiyi vəhşiliklərə yönəltmək gələcəkdə belə halların qarşısının alınmasında və Avropada yenidən təkrar olunmamısı üçün faydalı ola bilər: “Münaqişələr çox ciddi humanitar bəlalara və uzun illər aradan qaldırılması mümkün olmayan fəsadlara gətirib çıxarır. Biz Ermənistan dövləti tərəfindən məcburi münaqişəyə cəlb olunmuş və torpaqlarının 20 faizi işğal olunmuş bir dövlətin vətəndaşları kimi bunu bir çoxlarından yaxşı başa düşürük. Çünki bu münaqişənin çox ağır nəticələrini hələ də yaşamaqdayıq. Mən Dağlıq Qarabağ münaqişəsində əsir düşmüş, girov götürülmüş vətəndaşlarımız barədə ümumi məlumat vermək istərdim. 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir. Eyni zamanda, 177 nəfər uşaq (64 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Həmçinin, 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Şahid ifadələri və müvafiq ekspertiza tədbirləri təsdiq edir ki, 300 nəfərdən artıq azərbaycanlı erməni əsirliyində müxtəlif işgəncələrə məruz qalmış və vəhşicəsinə qətlə yetirilmişdir. Əlbəttə ki, bütün bunlar kifayət qədər böyük rəqəmlərdir. Bunun nə demək olduğunu bir fakt kifayət qədər açıq şəkildə izah edir. Avropa üzrə qeydə alınmış itkin vətəndaşların ümumi sayının təxminən 20 faizə qədəri azərbaycanlılardır və onlar Ermənistan dövlətində işgəncələrə məruz qalmış və bəziləri bəlkə də hələ də bu işgəncələri yaşayırlar”.
Millət vəkili Sahibə Qafarova deyib ki, eyni zamanda, əsirlikdən və girovluqdan azad edilmiş insanların cəmiyyətə inteqrasiyası da çox ağrılı bir problemdir. Həmin insanlar əsirlikdə yaşadıqları ağır şəraitin və üzləşdikləri işgəncələrin izlərini uzun illər öz üzərlərindən ata bilmirlər. Ona görə də, düşünürəm ki, bu insanların əsirlikdən sonrakı həyatını qurmağa kömək etdiyimiz qədər onlar əsirlikdə keçirdikləri günlərdə ən azından müəyyən şəraitlə təmin olunmalıdır: “Əlbəttə, bu gün Ermənistanla Azərbaycan arasında atəşkəs imzalanmışdır. Lakin bu atəşkəs münaqişənin tam həlli demək deyil. Bu gün də ermənilərin dinc sakinlərə atəş açması, erməni kəşfiyyatçılarının törətdikləri təxribatlar nəticəsində Azərbaycanın müharibə qurbanlarının sayı durmadan artmaqdadır”.
Sahibə Qafarova bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı, işğalçı siyasətinə əsl hüquqi qiymət verməyə çağırıb.
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

