Azərbaycanda dini tolerantlıq tarixi ənənə və müasirlik prizmasında
22.04.2014 [09:14]
1952-ci ildə alman mənşəli ABŞ antropoloqları A.Krober və K.Klukhon mədəniyyətlər və sivilizasiyaları bir-birindən ayırmağın yanlış olduğu ideyasını irəli sürdülər. Bu, XIX əsrdən başlayaraq Qərb ictimai təfəkkürünə hakim kəsilmiş mədəniyyətlərlə sivilizasiyaların qarşıdurması ideyasından imtina etmək demək idi. Həmin dövrdə bu ideya dəyişikliyinin dünya geosiyasətini hansı istiqamətə aparacağı məlum deyildi. Keçən əsrin 80-ci illərində ABŞ-ın tanınmış sosioloqlarından olan Samuel Hantinqton isə belə bir tezis irəli sürdü: sivilizasiyalar çoxdur və onların birgə mövcud olması yolu tapılmalıdır. S.Hantinqtonun özünün gəldiyi nəticə isə xeyli dərəcədə düşündürücü idi - “sivilizasiyaların toqquşması qaçılmazdır”. Geosiyasətdə bu cür ideya dəyişikliyi demək olar ki, bütün Qərb nəzəriyyələrində yerini aldı. Bu proses filosofların gəldiyi yeni qənaətlərlə sanki özünə daha çox tərəfdar toplayırdı. Belə ki, yeni dünya nizamında Şərq üçün bir nizamsızlıq özünü büruzə verdi. Ən əsası İslam dininin hakim olduğu ölkələrdə baş verən proseslər onu göstərdi ki, sivilizasion dəyişikliklər, seçimlər, təsirlər ötüb keçmir, daima öz təsir dairəsini genişləndirir, həmçinin, hətta dövlətlərin daxili-xarici siyasətini müəyyənləşdirir. Bu gün Türkiyənin Avropa İttifaqına qəbul edilməməsi, yalnız strateji partnyor kimi baxılması, Suriya konflikti, İranın nüvə silahına sahib olmasına münasibət, Myanma hadisələri və s. göstərdi ki, böyük güclər, yeni dünya nizamında sivilizasion yanaşmaya daha çox üstünlük verirlər və sözün əsl mənasında “sivilizasiyaların toqquşması” getdikcə özünün kulminasiya nöqtəsinə addımlayır. Maraqlıdır ki, liberal-demokrat Avropada belə neofaşist meyillər, dini ekstremizm artmaqda davam edir. Xüsusilə, Avropada İslamofobiyanın güclənməsi, sıradan bir müsəlmana potensial terrorçu kimi baxılması onu göstərir ki, Avropa cəmiyyəti liberal dəyərlərə bağlı olsa da, dini-mədəni amillərdə emosiyalara qapılır. Və ya mövcud stereotiplər onları bu reaksiyaya vadar edir.
Dini dözümlülük və ya tolerantlıq elə bir dəyərdir ki, bu dəyərin süni yaradılması prosesi olduqca böyük, həllolunmaz problemlərlə qarşılaşır. Dini dözümlülük, multikulturalizm əsasən xalqın psixoloji durumundan, insanların psixoloji portretindən asılı olmaqla böyük tarixi inkişaf prosesinin təsiri nəticəsində oturuşmuş, formalaşmışdır. Bu gün dünyanın ən demokratik ölkələrində belə dini dözümlülük istənilən səviyyədə deyil. Psixoanalitiklər bununla bağlı qeyd edirlər ki, insanlar yaşadığı, böyüdüyü coğrafi şəraitə, sosial mühitə, torpağa xüsusi bağlıdırlar və bunu “coğrafi determinizm” də adlandırırlar. Bu gün tam səmimiyyətlə demək olar ki, Azərbaycanda yüksək səviyyəli dini tolerantlıq, multikulturalizm vardır. Bunu bir sıra amillərlə bağlamaq olar. Öncə Azərbaycanda vahid xalqın, millətin formalaşması prosesində daim qonşularla yaxşı münasibəti, mədəni mübadiləni, həmçinin, “sığınacaq” funksiyasını, adaptiv cəmiyyəti misal göstərmək olar. Azərbaycanda qədim tarixi dinlərin birgə mövcudluğunun qorunduğu, mehriban olduğu danılmaz bir həqiqətdir. Azərbaycanda dinlərin mehriban, sülh şəraitində mövcud olması, insanların artıq dini amilləri deyil, insanlığı, qardaşlığı üstün tutması xalqın psixoloji portretini formalaşdırmışdır. Uzun bir tarixi dövr ərzində əldə olunmuş bu keyfiyyətlər günümüzdə də öz mahiyyətini qoruyub saxlamışdır. Azərbaycan dövləti günümüzdə də dini tolerantlığın nümunəvi modelidir. Azərbaycanın din tarixinə qısaca nəzər salınsa və hazırkı dini durum təhlil edilsə bu qədim torpaqda tarixən şamanlıq, atəşpərəstlik, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlərin yanaşı mövcüd olduğunu və bu dinlərin Azərbaycan xalqının tolerantlıq keyfiyyətinin formalaşmasında kifayət qədər təsiri olduğunu görməmək mümkün deyil. Bu gün Azərbaycan Respublikasında din-dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 7-ci maddəsində göstərilir: “Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Konstitusiyanın 18-ci maddəsində isə qeyd olunur: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığı prinsipini əks etdirir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır”.
Bu və ya digər prinsiplər işin hüquqi tərəfidir. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada İslam məzhəblərarası ziddiyyətləri nəzərəçarpacaq halda olmamışdır.
Eyni zamanda, Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, burada yəhudi və İslam inanclı insanlar bir-biri ilə doğma, mehriban şəkildə yaşayırlar. Azərbaycan insanı başqa irqdən, dindən olanlara qarşı açıqdır. İrqi, dini diskriminasiya bu xalqın psixologiyasına yaddır. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları, pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunur. Ölkədə, xüsusilə Bakıda müsəlmanların və digər dindən olan şəxslərin bir qismi İsa peyğəmbərin doğum günündə kilsəni hörmət məqsədi ilə ziyarət edirlər. Bu onu göstərir ki, Azərbaycanda insanlıq, qardaşlıq amili hər şeyin fövqündədir. Azərbaycanda xristianlara qarşı heç bir diskriminasiya yoxdur. Əksinə münasibətlər olduqca yaxşı, xoşagələndir.
Bir sözlə, tarixi reallıq və ənənələri nəzərə almaqla Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının bir sabitlik adasına çevirə bilmişdir. Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilmişdir. Dünya meridianlarında ölkəmiz sivilizasiyalararası toqquşma deyil, əksinə onların harmoniyada və əməkdaşlıqda olduqları bir coğrafi məkan kimi tanınmaqdadır. Bu reallıqdan sevinənlər də, onu həzm etməyən bədxahlar da var. İkincilər ölkəmizin ən dəyərli sərvəti olan milli barışıq, sabitlik və dini tolerantlığın hər vəchlə pozulmasında maraqlıdırlar. Elə bu məqsədlə də ölkəmizdə ənənəvi olmayan dini cərəyan və sektaların yayılmasında maraqlı tərəf kimi çıxış edirlər. Ona görə də, ölkəmizin ən dəyərli sərvətləri olan siyasi sabitliyi, iqtisadi inkişafı, multikulturalizmi və dini tolerantlığı qoruyub saxlamaq və sonrakı nəsillərə ərməğan etmək zərurəti bu gün həmişəkindən daha aktualdır.
Eltun İbrahimov
Azərbaycan Gənc Diplomatlar
Birliyinin Baş katibi
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

