Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Leyla Yunusova Azərbaycan dövlətinə necə xəyanət edib?

Leyla Yunusova Azərbaycan dövlətinə necə xəyanət edib?

14.05.2014 [08:52]

Yaxud bir daha Barseqyanların gəlininin Şuşa xəyanətindəki rolu barədə...
İllərdir ki, “vətəndaş cəmiyyəti” adı altında pərdələnərək Azərbaycana qarşı xəyanətkar fəaliyyət aparan, ermənilərin, o cümlədən, başqa xarici anti-azərbaycançı mərkəzlərin sifarişləri ilə milli maraqlarımıza zidd mövqe nümayiş etdirən “beşinci kolon”un nümayəndələri artıq Azərbaycan cəmiyyətinin qarşısında ifşa olunurlar. Uzun illərdir analoji fəaliyyətlə məşğul olan Yunusovlar ailəsi kimi...
Xəbər verildiyi kimi, ermənilərlə işbirliyində günahlandırılan və istintaqı davam edən Rauf Mirqədirovun işi üzrə ifadə verməkdən yayınan bu ailənin “QHT-şnik” üzvləri aprelin 28-də ölkəni tərk etməyə cəhd göstəriblər. Baxmayaraq ki, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusovaya Baş Prokurorluq tərəfindən yuxarıda adıçəkilən iş üzrə aparılan istintaqa ifadə verəcəyi ilə bağlı xəbərdarlıq edilibmiş, amma Yunusovlar 2 saat ərzində 5 illik yaşama vizası əldə edərək ölkədən qaçmaq istəyiblər.
Maraqlıdır ki, aeroportda saxlanılan zaman, eləcə də, Baş Prokurorluğa ifadə vermək üçün dəvət ediləndə L.Yunusova yenidən öz “siyasi aktyorluğunu” işə salmışdı. Öz ətrafında siyasi şou yaratmağa çalışan bu şəxs sonradan KİV-lərə verdiyi müsahibələrdə də bildirmişdi ki, o, sakit şəkildə gedib ifadə vermək niyyətində olmayıb və başqa ölkələrin səfirliklərinin nümayəndələrinin “iştirakı ilə” ölkədən qaçmaq şousu yaratmaqda məqsədi də elə süni hay-küy salmaq olub.
Vurğulamaq lazımdır ki, özünü “sülhyaratma missiyasının”, “xalq diplomatiyasının” nümayəndəsi kimi qələmə verməyə çalışan Yunusovların əsl məqsədləri hər zaman ermənilərə xidmət olub. Əsil-köklə bağlı olduqları ermənilərlə şərikli layihələr həyata keçirməkdən usanmayan Yunusovların bütün karyeraları bu cür xəyanətlərlə zəngindir.
Jurnalist Eynulla Fətullayevin “Leyla və Arif Yunusların məxfi dosyesi” araşdırmasında da Leyla Yunusova, onun əri, Arşalyus Barseqyanın oğlu Arif Yunusov və Arifin qardaşı Ramiz Yunusovun bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qarşı tutduqları xəyanətkar mövqedən söhbət açılır. Xatırladaq ki, hələ bir müddət əvvəl L.Yunusova erməni KİV-lərinə müsahibəsində özünün alman, ərinin anasının isə erməni əsilli olduğunu etiraf etmişdi. Hətta bildirmişdi ki, guya onun qızı nənəsinin erməni olması faktından qorxur və bunu gizlədir. Amma L.Yunusova görəsən niyə deməmişdi ki, onun ərinin anası da daxil olmaqla minlərlə erməni bu gün Azərbaycanda yaşayır, amma Arif Yunusovun qan qohumu olan ermənilər azərbaycanlıları bir nəfər kimi öz dədə-baba yurdlarından qovub didərgin salıblar.
Yunusovlar üçbucağı və ya xəyanət “halqası”
Məqalədə göstərilir ki, 1990-cı illərdə Azərbaycanı “vəhşilikdə”, xalqımızı ermənilərə qarşı “təmizləmə” aparmaqda ittiham edən Barseqyan-Yunusovlar 1992-ci ildə Ə.Elçibəyin hakimiyyəti dövründə yeni licimdə zühur etdilər. Belə ki, ermənilərin çömçəsi rolunu böyük məharətlə ifa edən bu ailənin nümayəndələri artıq dövlət rəhbərliyində təmsil olunurdular. Arif Yunusov Prezident Aparatının baş analitiki, Ramiz Yunusov öz “hamisi” İsa Qəmbərin köməyi ilə Milli Məclisin işlər idarəsinin rəhbəri, ən nəhayət Barseqyanların gəlini Leyla Yunusova isə Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinin rəhbəri oldu. Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin dövrdə hakimiyyət olimpinin zirvəsini ələ keçirmiş İsa Qəmbər məhz Arif Yunusovun qardaşı Ramiz Yunusovun xahişi ilə Leyla Yunusovaya polkovnik hərbi rütbəsi verib.
Məqalədə bildirilir ki, L.Yunusova Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərdikdən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi.
Şuşanın döyüşsüz təslim edildiyi günlərdə militarist-polkovnik L.Yunusovanın “şəxsi döyüşçü”ləri Bakının mərkəzində, MUM-la üzbəüzdəki mənzilləri bir-birinin ardınca ələ keçirməyə başlamışdılar. Bununla da icra, qanunverici, hətta hərbi-siyasi hakimiyyət qollarında strateji postları ələ keçirən korrupsioner Yunuslar-Barseqyanlar klanının nümayəndələri üçün daha geniş hüdudlar, daha geniş fəaliyyət məkanları açılırdı. 1918-ci ildə olduğu kimi, ermənilər onda da Bakının mərkəzini, erməni kilsəsinin həndəvərini belə ələ keçirmişdi...
Bildirilir ki, 1992-ci ildə baş verən Şuşa xəyanəti zamanı da, ondan sonrakı dövrdə də L.Yunusova bir dəfə də olsun Azərbaycan ordusu komandirlərinin xəyanətkarlığı, qədim Şuşanın qapılarını ermənilərin üzünə açması barədə bir kəlmə danışmadı. Əksinə, Yunusovanın hüquq müdafiəçisi kimi bütün sonrakı fəaliyyəti ermənilərə Şuşaya aparan cığır və yolları minalardan təmizləmiş şəxslərin adlarını Azərbaycan cəmiyyətindən gizlətməyə həsr olundu. Qeyd olunur ki, L.Yunusova kor-koranə Şuşanın komendantını müdafiə edirdi, komandir Elbrus Orucova sevgisinin həddi-hüdudu yox idi, Baş Qərargah rəisi postuna oturdulmuş agent Şahin Musayevin cinayətləri haqda kəlmə də kəsməyərək susurdu. Beləliklə, L.Yunusovanın Müdafiə Nazirliyində işə başladığı 5-ci gündə Şuşa təslim olub süqut etdi. Bu qədər təsadüf ola bilərmi?
Vaxtilə Azərbaycan xalqını “barbar” adlandıran L.Yunusova artıq polkovnik kimi Qarabağdakı erməni əhalisinin tamamilə, son nəfərinə qədər məhv edilməsini tələb edirdi. Yeni “libasda” o, ermənilərin deportasiyasında israr edirdi. Amma az sonra, yəni, 1994-cü ildə Müdafiə Nazirliyindən qovulduqdan sonra “dost erməni xalqı” ilə barışığın vacibliyi haqda danışmağa başladı.
Məqalədə bildirilir ki, L.Yunusova müdafiə nazirinin hamının tanıdığı müavini Vahid Musayevin bilavasitə nəzarəti altında idi. Söhbət Rusiya hərbi kəşfiyyatına - Baş Kəşfiyyat İdarəsinə (QRU) birbaşa bağlı olan general V.Musayevdən gedir. L.Yunusovanı nazirliyə məhz o, işə götürmüş, bu sosdem xanımı analitik informasiya xidmətinə rəhbər təyin etməzdən əvvəl onunla uzun-uzadı söhbət etmişdi: “Şuşanın ermənilərə qansız-qadasız və satqıncasına təslim edilməsi xəbərinin Azərbaycan xalqına necə çatdırılmasının, buna necə izah verməyin yolunu Yunusovanın qulağına məhz Musayev pıçıldamışdı. Yunusova da bacardığı kimi izah eləmişdi”...
Lakin 1993-cü ilin yanvarında baş hərbi analitik və informator kimi L.Yunusovanın taleyi tükdən asılı idi. Çünki alabəzək hərbi səhra geyimindəki bu militarist qadının əsas himayədarı Vətənə xəyanət və bir sıra Azərbaycan şəhər və kəndlərinin ermənilərə təslim etmək ittihamlarından xilas olmaq üçün Rusiyaya qaçmışdı. L.Yunusova yaranmış bu qeyri-müəyyən vəziyyətdən yaxa qurtarmaq, daha doğrusu, şəraitdən sui-istifadə etmək istədi. Öz xəyanətkar fəaliyyətini Xarici İşlər Nazirliyində davam etdirmək istəsə də o zamankı nazir Tofiq Qasımovun israrlarına baxmayaraq Ə.Elçibəyin razılığı olmadı və beləliklə L.Yunusova oyundankənar vəziyyətə düşdü.
Leyla Yunusovanın “vətəndaş cəmiyyəti” xarici “vətəndaşların” oylağına çevrilir
Bildirilir ki, Yunusovlar ailəsinin üzvləri Prezident Aparatı, Milli Məclis və Müdafiə Nazirliyindəki işlərindən qovulduqdan sonra anti-azərbaycançı fəaliyyətlərini daha da gücləndirdilər. Leyla Yunusova maliyyə mənbələri kifayət qədər şübhəli olan ABŞ Sülh Fondunun dəstəyi ilə özünə “Azərbaycanın Sülh və Demokratiya İnstitutu” adlı təşkilat yaratdı. E.Fətullayevin məqaləsində göstərilir ki, bu “dünyaya sülh” layihəsi yeni siyasi dividendlər və maddi qazanc vəd edirdi... Yunusovların Bakıda yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrilmişdi. Burada daha kimlər yox idi ki?! Almaniya səfirliyinin əməkdaşı Jasper Vik, amerikalılar Nikolas və Put Danilofflar, ABŞ səfirliyinin əməkdaşı Devid Kreyk, Vaşinqtondan gələn emissar Maykl Oks, ispaniyalı Luis Qarsiya...
L.Yunusovanın institutunun ofisi Rusiya və Qərb xüsusi xidmət orqanları əməkdaşlarının faktiki olaraq görüş yerinə çevrilmişdi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar.
N.Daniloff isə L.Yunusova ilə xüsusi münasibətlər qurmuşdu. Söhbət UPİ agentliyinin və “U.S. News & World Report” jurnalının Vaşinqton, London, Paris və Moskvadakı müxbirindən gedir. Məlum olduğu kimi, Daniloff 1986-cı il, sentyabrın 2-də SSRİ KQB-si tərəfindən həbs olunaraq casusluqda ittiham olunmuşdu. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu ştatdankənar əməkdaşı yalnız ABŞ hökumətinin məsələyə ən yüksək səviyyədə müdaxiləsindən sonra azad olunaraq Moskvadan deportasiya edilmişdi. N.Daniloff bir neçə ildən sonra Bakıda peyda oldu, Yunusov-Barseqyanlar ailəsinin rezidentlərin görüş yerinə çevrilən mənzilində...
Bildirilir ki, L.Yunusova xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa çox meyilli idi. Türk xüsusi xidmət orqanlarının əməkdaşı, Azərbaycanda diplomatik fəaliyyət adı ilə maskalanan Üfüq Suarın, rusiyalı Mariya Salyenin, həmçinin, Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyən ermənipərəst ictimai fəal Qalina Starovoytovanın əsas informasiya qaynaqları məhz Arif və Leyla Yunusovlar idi. Təsadüfi deyildi ki, L.Yunusova müxalifətçi Vəhdət Partiyasının liderlərindən biri kimi 1997-ci ilin aprelində “Rusiyanın demokratik seçimi” ümumrusiya hərəkatı ilə (ona Yeqor Qaydar başçılıq edirdi) saziş bağlayandan sonra Azərbaycandakı milli azlıqların, ilk növbədə isə Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi öhdəliyini öz üzərinə götürmüşdü.
Bütün bu illər ərzində L.Yunusovanın Debora adlı bir amerikalı qadınla da sıx əlaqələri olub. Həmin bu naməlum Debora Qarabağdakı aktiv döyüş əməliyyatlarının gedişi zamanı 14 dəfə (!) Ermənistan və Qarabağa gəlmişdi...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1517 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30