Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Ermənipərəst Leyla Yunusovanın “hərəkat” planları nəyə xidmət edir?

Ermənipərəst Leyla Yunusovanın “hərəkat” planları nəyə xidmət edir?

12.06.2014 [09:27]

Yaxud, erməni lobbisinin pulu və dəstəyi ilə Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərən radikal düşərgə yenə də fiaskoya məhkumdur
Anti-azərbaycançı mərkəzlərin ölkəmizdəki buyruq qulları zaman-zaman gündəmə gəlmək üçün bütün vasitələrə əl atırlar. Bir müddət öncə siyasi şoular düzənləyən, xalqımıza və dövlətimizə qarşı xəyanətini bu şouların arxasında gizləməyə çalışan Leyla Yunusova isə xüsusilə “fərqlənir”. Xatırladaq ki, ermənilərlə işbirliyində təqsirləndirilərək şübhəli şəxs qismində saxlanılan Rauf Mirqədirovun işi ilə bağlı istintaqa ifadə verməkdən yayınmağa çalışan L.Yunusova buna nail ola bilməyəndə fərqli yollara əl atdı. Amma bütün cəhdləri boşa çıxdı və Azərbaycan cəmiyyəti növbəti dəfə Leyla Yunusova və onun xəyanətkar ailəsinin əməllərinin canlı şahidinə çevrildi.
Onu da vurğulamaq yerinə düşər ki, antimilli dairələrin yardımları ilə ölkəni tərk etməyə çalışan L.Yunusovanın “oxu daşa dəyəndən” sonra, o, yenidən “fəaliyyətə” başlamaq niyyətinə düşüb. Daha doğrusu, özünü “hüquq müdafiəçisi” adlandıran, ancaq ermənilərdən başqa bir kimsənin hüquqlarını müdafiə etməyən L.Yunusova öz siyasi “reputasiyasın”da “yeniliklə”rə imza atmağı planlaşdırıb. Belə ki, radikal düşərgənin gündə bir “şura” təsisi etməsindən vəcdə gələrək o da yeni bir “hərəkat” yaratmaq eşqində olduğunu dilə gətirib. Yəni, L.Yunusova yenidən “siyasi məhbus” adı altında alverə başlamağa niyyətlənib. Sadəcə, bu dəfə özünə başqa bir ad düşünüb... Səbəb?
Leyla Yunusova ifşa edilən “ermənipərəstliyini” “hərəkat” vasitəsilə ört-basdır etməyə çalışır
Əslində, illərdir ki, bir sıra cinayətlər törədərək həbs edilən, qanun qarşısında cəzasını çəkən şəxsləri “siyasi məhbus” adlandıraraq bu mövhumu özünün alver predmetinə çevirən, bu yolla külli-miqdarda pul toplayan, xarici ölkələrdə villalar alan, xarici banklarda yüz minlərlə dolları yatırı olan Yunusovların bu “hərəkat oyununun” arxasında bir sıra incəliklər yatır. İlk növbədə, qeyd etmək lazımdır ki, L.Yunusovanın təşkilatının xarici kəşfiyyat orqanlarının əsas donos mənbəyi olması faktı aşkar şəkildə ortaya çıxıb. Nəticə etibarı ilə bu təşkilatın ermənilərin aktiv “QHT-ləri” ilə dost münasibətdə olması L.Yunusovanın kimliyini ortaya qoyan faktora çevrilib.
Bu səbəblərdən də həm radikal müxalifət düşərgəsini, həm də L.Yunusova kimi öz ölkəsinə, xalqına qarşı kinlə silahlanan, düşmən mövqedə olan və QHT pərdəsi altında gizlənənləri maliyyələşdirən xarici anti-azərbaycançı mərkəzlər L.Yunusovaya başqa “ad” altında fəaliyyət göstərməyi tapşırıblar. Lakin ad dəyişsə də xarakter və koordinatlar dəyişmir...
Bundan başqa hər zaman “siyasi məhbus” adı altında bazar açan L.Yunusovanın oxu yenə daşa dəyib. Onun pul alıb “siyasi məhbus” elan etdiklərinin yenidən həbsdə qalması pul verən insanları hiddətləndirib. L.Yunusova isə yalanının faş olduğunu görərək guya “hərəkat” yaratdığını deyir, pul aldığı insanları sakitləşdirməyə çalışır. Axı, L.Yunusovanın yalanının ömrü cəmisi 40 gün sürüb...
Hər zaman maliyyə mənbəyi axtarışında olan radikal müxalifət indi də Leyla Yunusovanı maliyyələşdirən antimilli mərkəzlərə xidmət etməyə səfərbər olunub
Deyəsən, L.Yunusovanın təzə cilddə meydana “girməyə” cəhd göstərməsi radikal müxalifət düşərgəsinin də “ürəyincə” olub. Belə ki, siyasi palitrada heç bir fəaliyyəti ilə yadda qalmayan, başı yalnız partiyadaxili çəkişmələrə qarışan radikal müxalifət təşkilatları L.Yunusovanın vasitəsilə özlərinə təzə “pul mənbələri” axtarmaqdadırlar. Ermənilərin maraqlarına xidmət etməsi birmənalı şəkildə ortada olan L.Yunusovanın radikal düşərgə tərəfindən “bəh-bəh”lə dəstəklənməsi məhz bu fakta söykənir. Heç şübhəsiz, fəaliyyətsizliyi ilə xarici anti-azərbaycançı mərkəzlərin ümidlərini doğrultmayan radikal müxalifət partiyaları L.Yunusovanın erməni lobbisindən aldığı ianələrə şərik olmaq eşqinə düşüb. Elə bu səbəbdəndir ki, həmin partiyaların nəzarətində olan mətbu orqanlar vaxtaşırı L.Yunusovanın “təqsirsizliyi”ni, onun “Vətən sevgisini” təbliğ etməyə çalışırlar. Bir sözlə, hər zaman antimilli qüvvələrin sifarişlərini yerinə yetirən radikal düşərgənin bu dəfə də analoji mərkəzlərdən “Yunusovanı müdafiə edin!” əmri almasını da proqnozlaşdırmaq mümkündür. Çünki radikal düşərgə L.Yunusovanın, o cümlədən, onun həyat yoldaşı Arif Yunusovun kimliyini bilir. Və görünən odur ki, dağıdıcı düşərgə hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının və dövlətinin maraqlarını öz şəxsi mənfəətləri qarşılığında qurban verir.
Yunusovlar ailəsinin bütün fəaliyyəti ermənilərə xidmətə həsr olunub
Qeyd olunduğu kimi, hələ 1990-cı illərdə Azərbaycanın milli maraqlarını satışa çıxaran, ermənilərin açıq dəstəkçisi kimi çıxış edən Leyla-Arif Yunusov cütlüyü həmin dövrdə Azərbaycan dövlətinin “məsum ermənilərə qarşı təmizləmə siyasəti həyata keçir”diyini bildirirdi. Hətta bu tezis əsasında xarici dövlətlərdə mətbuat konfransları düzənləyən, o dövrün reallıqlarını təhrif edərək hadisələri ermənilərin xeyrinə yönləndirməklə təbliğat aparan cütlük sonradan, 1992-ci ildən AXC-”Müsavat” hakimiyyətində təmsil olunmağa nail oldular. Arif Yunusov Prezident Aparatının baş analitiki, Leyla Yunusova isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri “təyin olundular”. Erməni ailəsində böyüyüb tərbiyə almış Seyfulla Yunusovla erməni Arşalyus Arsenovna Barseqyanın övladı olan Arif Yunusov hətta Prezident Aparatının baş analitiki kimi “qohumları”, yəni, ermənilərlə üçüncü dövlətin ərazilərində görüşürdü. Azərbaycanın milli maraqlarını heçə sayan, dövləti xaosa sürükləyən, müstəqilliyimizi təhlükə altına atan AXC-”Müsavat” hakimiyyətinin “irəli çəkdiyi” bu erməniəsilli analitikin erməni təəssübü çəkməsi onun həyatının bütün dövrlərində özünü aşkar şəkildə büruzə verib. Bu şəxsin Larisa Baqdasaryanla, Janna Krikorova ilə olan “isti münasibətləri”, Ermənistandakı, o cümlədən, Moskvadakı erməni mənbələrindən hesabına köçürülən on minlərlə pullar bu insanın hansı “yuvanın quşu” olduğunu ortaya qoyur.
Leyla Yunusovanın fəaliyyətinə gəldikdə isə, burada hər şey açıq-aşkar ortadadır. Onun Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinin rəhbəri olduğu dövrə “təsadüf” edən proseslər nəticəsində əsas strateji nöqtələr ermənilər tərəfindən işğal olundu, Azərbaycanın silahlı birləşmələrinin gizli əməliyyatları iflasa uğradı. Məsələn, L.Yunusovanın Azərbaycan qoşunlarının Mardakertdə yerləşmə planını televiziya vasitəsilə elan etməsinin ardından cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi. 1994-cü ildə MN-dən qovulduqdan sonra isə L.Yunusova “vətəndaş cəmiyyətinin nümayəndəsi” kimi ermənilərə xidmət göstərməyə başladı. Yunusovların Bakıda yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrildi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar. Verilən xəbərlər və arayışlar isə birmənalı şəkildə Barseqyan-Yunusovların qohumları olan ermənilərin maraqlarına xidmət göstərirdi...
Azərbaycan xalqının milli maraqlarını satanlar məhvə məhkumdurlar
Bəli, L.Yunusova indi də öz erməni qohumlarına yeni bir cilddə - “hərəkat” başçısı qismində qulluq göstərməyə cəhd edir. Amma onun bu cəhdi də baş tutmayacaq. Çünki hər zaman ayıq-sayıqlığı ilə seçilən, düşmənlərinin planlarını fiaskoya uğradan Azərbaycan xalqı L.Yunusova və onun başına cəm olmuş radikal müxalifət rəhbərlərinin kimliyini bilir. Bu həmin qüvvələrdir ki, 21 il öncə Azərbaycanın müstəqilliyini təhlükə qarşısına gətirib çıxarmışdılar. Həmin radikal müxalifət partiyalarının səyi ilə o dövrdə Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında dayanmışdı. Bu gün “vətəndaş həmrəyliyindən” dəm vuranlar bir zamanlar vətəndaşları qarşı-qarşıya qoyanlardır. Bu dəfə də onların planları “suya düşür”. Azərbaycan xalqı 1993-cü ildən bu yana əldə etdiyi həmrəyliyini hər zaman nümayiş etdirir və L.Yunusova və ətrafındakıların bu həmrəyliyə xələl gətirməsinə imkan vermir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30