Öz liderinə və xalqına xəyanət edən Əli Kərimli indi də tarixi saxtalaşdırmağa çalışır
17.07.2014 [04:38]
Əli Kərimli də daxil olmaqla AXC-“Müsavat” hakimiyyətində təmsil olunanların yarıtmaz, səriştəsiz fəaliyyətləri nəticəsində 1992-93-cü illərdə Azərbaycan dövləti yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi
Ötən əsrin doxsanıncı illərinin əvvəlləri istər xalqımız, istərsə də müstəqilliyini yenidən əldə edən dövlətimiz üçün çox ağır, keşməkeşli bir tarix kimi yadda qalıb. Bu da səbəbsiz deyil. Belə ki, həmin vaxt səriştəsiz, qeyri-peşəkar, dövlət idarəçiliyindən xəbərsiz insanların dövlət strukturlarını zəbt etməsi, ölkədə silah gücünə hakimiyyətə yiyələnməsi xaosa, özbaşınalığa yol açmış, Azərbaycan dövləti yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə baş-başa qalmışdı.
Lakin təəssüflər olsun ki, həmin xaosu yaradanlar, Azərbaycanın suverenliyini təhlükə qarşısına qoyanlar bu gün tarix və xalq qarşısında cavab vermək, öz səhvlərini etiraf edərək üzr istəmək əvəzinə xalqı yenidən aldatmağa cəhd göstərirlər. Məsələn, AXC-”Müsavat” hakimiyyəti dövründə dövlət katibi postunu tutan və həmin vaxt ölkədə vətəndaş müharibəsinin başlanmasına rəvac verənlərdən biri olan Əli Kərimli bir müddət öncə sosial şəbəkələrdə yazdığı statusda 1992-1993-cü illərdə təmsil olunduğu hakimiyyəti fərqli rakursda təqdim etməyə cəhd göstərib. Belə ki, AXC-”Müsavat” hakimiyyətini “aydan arı, sudan duru” kimi qələmə verməyə çalışan Ə.Kərimli hadisələri təhrif edərək yalanlar danışır, bu yalanları isə ictimai rəyə həqiqət kimi sırımaq istəyir. Amma nəzərə alsaq ki, Ə.Kərimlinin təhrif etməyə çalışdığı dövrdən cəmisi 21-22 il keçib, AXCP sədrinin hansısa “uğur qazanacağı” şübhəli görünür. Çünki istər yaşlı, istərsə də orta yaşlı nəslin nümayəndələri həmin illərdə yaşanan dəhşətli olayların şahidi olduqları üçün Ə.Kərimlinin yalanlarına inanılması perspektivi sıfıra bərabərdir...
Əli Kərimli və digərləri milli sərvətləri yağmalamaq üçün yarışa girmişdi
Beləliklə, yuxarıda da vurğuladığımız kimi, 1992-ci ildə zor gücünə, xalqın deyil, silahların iradəsi altında hakimiyyətə gələn təsadüfi şəxslər (AXC-”Müsavat” cütlüyü) qısa müddətdə ölkədə bütün sahələri kompleks şəkildə iflic vəziyyətinə gətirib çıxardılar. Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi, torpaqlarımızın işğalı və buna paralel olaraq daxili separatçı qüvvələrin Azərbaycanı regionlara bölməsi, xanlıqlar yaratmaq istəmələri və yerlərdə hakimiyyəti ələ almaları həm millətin, həm də dövlətin gələcəyini sual altına qoymuşdu.
Həmin dövrdə bütün dövlət qurumlarında yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıdırdılar. Daha dəqiq desək, Ə.Kərimlinin iddia etdiyi kimi həmin dövrdə AXC-”Müsavat” cütlüyü ölkədə hər hansı bir iqtisadi islahat aparmamışdı. Əksinə, ölkədə özbaşınalığa şərait yaradan AXC-”Müsavat” hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti demək olar ki, keçmiş SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə, böyük sənaye komplekslərinə malik Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. Milli sərvətlər, həmçinin, xalqın malı təsadüfən vəzifə əldə etmiş bir qrup tərəfindən talan olunurdu. Mərkəzi hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində yaradılan, əslində isə bir neçə şəxsin korporativ maraqlarının girovuna və icraedicisinə çevrilən başıpozuq silahlı qruplaşmaların hər biri ayrı-ayrılıqda hakimiyyətə iddialarını ortaya qoyurdu. Ölkənin vəzifəli şəxslərinin-millət vəkillərinin, güc nazirlərinin, parlament sədrinin və digər şəxslərin ətrafında silahlı dəstələr gəzirdi. Bu isə vəziyyəti daha da ağırlaşdırır, ölkə vətəndaş müharibəsinə sürüklənirdi.
AXC-“Müsavat” hakimiyyətinin təmsilçiləri Dağlıq Qarabağda döyüşən silahlı dəstələrdən öz mənafeləri üçün istifadə edirdilər
Dağlıq Qarabağ münaqişəsinin adını alver predmetinə çevirən, “özünümüdafiə könüllü batalyonlar” adı altında özünə silahlı dəstələr yaradan, bununla da ölkəni qorxu altında saxlamaq istəyən şəxslər, hətta cəbhədə düşmən qarşısında dayanan əsgərləri də təhdid edir, onları öz maraqlarına xidmət göstərməyə məcbur edirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxarmışdı. Döyüş bölgələrindən gətirdilərək adıçəkilən şəxslərin “təhlükəsizliyini” qoruyan həmin dəstələr, eyni zamanda, hətta paytaxt ərazisində belə özbaşınalıqlarla məşğul olur, kriminal hərəkətlərə yol verir, insanların şəxsi əmlakını talayırdı.
Bütün bunlardan sonra Ə.Kərimli hansı mənəvi haqla Dağlıq Qarabağ münaqişəsindən danışır? Axı, Azərbaycanın bu müharibədə uduzmasının, torpaqlarımızın erməni işğalçıları tərəfindən qəsb edilməsinin, işğal edilən ərazilərdə insanların qətlə yetirilməsinin məsuliyyəti elə Ə.Kərimlinin də təmsil olunduğu AXC-“Müsavat” hakimiyyətinin üzərindədir. Başı daxili çəkişmələrə qarışan, şəxsi maraq mübarizəsi aparan bu hakimiyyətin təmsilçiləri öz mənafeləri xatirinə rəhbərlik etdikləri qüvvələri cəbhə bölgəsindən geri çağırırdı və nəticədə də əliyalın xalq erməni silahlıları ilə üz-üzə qalırdı. Yaxud, bu gün Ə.Kərimli hansı haqla “vətənpərvərlikdən” dəm vurur? Axı o zamanlar qorxularından kabinetlərindən bayıra baş çıxarmayan Ə.Kərimlilər bu gün də analoji fəaliyyətdədirlər. Müxalifətdə olduqları dövrdə belə anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirən Ə.Kərimli və digər düşərgə təmsilçiləri 1990-cı illərdən yaranan mərəzlərindən xilas ola bilmirlər. Onlar üçün şəxsi maraq xalq və dövlət mənafeyindən üstdə dayanır...
Ulu öndər Heydər Əliyev Azərbaycanı AXC separatçılarının məkrli niyyətlərindən xilas etdi
Axı Ə.Kərimli nə üçün unudur ki, 1993-cü ilin iyun ayında xalqın, dövlətin gələcəyini təhlükə altına qoyan AXC-“Müsavat” cütlüyünün aparıcı hakimiyyət nümayəndələri pərən-pərən olmuşdular. Yaxud, başqa bir fakt... Ə.Kərimlinin təriflədiyi AXC-“Müsavat” hakimiyyətinin silahlı qüvvələrinə bu gün erməni maşasına çevrilən Əlikrəm Hümbətov, onlara qarşı qiyam qaldıran Surət Hüseynov kimiləri “komandanlıq” edirdilər. Ölkədə separatizm meyilləri körükləndirilirdi. AXC silahlıları Azərbaycanda “müstəqil dövlətlər” yaratdıqlarını elan edirdilər. Sonda isə həmin şəxslər AXC-”Müsavat” hakimiyyətində təmsil olunan vəzifəlilərin özlərinə təhlükə yaratdılar və nəticədə ölkədə vətəndaş müharibəsi başlandı. Məhz belə bir ağır vaxtda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu öndər Heydər Əliyev Gəncəyə gedərək ölkədə stabillik yaratmağa nail oldu. Ümummilli liderimiz həmin ağır günlərdə ölkədə qan tökülməsinin qarşısını alanda bu gün yalanlar ixrac edən əli kərimlilər qorxularından evlərindən bayıra çıxmırdılar... Bəs görəsən, Ə.Kərimli bu ayıbına görə nə üçün xalqdan üzr istəmir? Bu idimi onların “dövlət idarəçiliyi”...
Ulu öndər Heydər Əliyev milli kadr potensialının inkişaf etdirilməsini hər zaman prioritet sayıb
Ə.Kərimlinin növbəti iddiası tələbələrin xaricdə təhsil alması ilə bağlıdır. Amma onun yalanları və qərəzi bu fikirdə də özünü açıq-aşkar büruzə verir. Daha doğrusu, AXCP sədrinin bu istiqamətdəki fikirlərinin də əsassız olduğunu təsdiqləmək üçün sadəcə bir neçə məqamı vurğulamaq yerinə düşər. Məsələn, xatırladaq ki, 1969-cu ilə qədər respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və Azərbaycan keçmiş ittifaq respublikaları arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər Azərbaycandan ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Və məhz Ulu öndər 1969-cu il iyulun 14-də hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi. Həmin vaxt ittifaq respublikalarına təhsil almağa göndərilənlərin, ilk növbədə, ən nüfuzlu ali məktəblərdə yerləşdirilməsinə dair qərar qəbul olundu. Ümummilli lider Heydər Əliyevin bu strategiyası nəticəsində 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə yaxın artdı. Həmin illərdə 3600-dən çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu.
1993-cü ilin iyunundan sonra bu proses yenidən davam etdirildi. Həmin dövrdə ard-arda istər Türkiyədə, istərsə də post-Sovet ölkələrində təhsil almaq üçün azərbaycanlı tələbələrin göndərilməsi ardıcıl xarakter aldı. Eyni zamanda, Ulu öndərin əsasını qoyduğu siyasəti davam etdirən Prezident İlham Əliyev tərəfindən imzalanan “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili” üzrə Dövlət Proqramı bu prosesin proqramlaşdırılması yönündə əsaslı addım sayılır. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi daşıyan bu Dövlət Proqramında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur. Bu proqram sayəsində nəzərdə tutulan müddət ərzində 5 min tələbəyə xaricdə təhsil almaq imkanı yaradılıb və yaradılır.
Bütün bunlardan sonra görəsən, Ə.Kərimli özü danışdığı yalanlara görə az da olsa utanırmı? Çətin... Çünki məhz utanmayanların oynaması adi haldır. Ə.Kərimli isə müxalifətdə olduğu 21 ildə başqalarının havasına oynamaqda nə qədər peşəkar olduğunu nümayiş etdirdi. Onun oynadığı havaların heç birində isə “milli kolorit” yox idi...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

