Vətənə xəyanət bağışlanmır
01.08.2014 [09:43]
Leyla Yunus və bu anti-azərbaycançı xanımın həyat yoldaşı Arif Yunusun istintaqa cəlb edilməsi, onların Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunması ortalıqdakı konkret əməli fəaliyyətin, eyni zamanda, törədilən faktiki cinayətlərin məntiqi nəticəsidir.
Başqa gözlənti də yox idi
O mənada yox idi ki, hər iki şəxs ermənipərəst mövqeyini heç bir zaman gizlətməyib. Əksinə, bu mövqeni, bu əməlləri hər zaman açıq şəkildə qabardıblar, öz millətinə, öz dövlətinə qarşı apardıqları destruktiv, cinayətkar fəaliyyətlə utanmazcasına fəxr ediblər. Belə olan halda isə, heç şübhəsiz, dövlət və hüquq-mühafizə orqanları öz tədbirini görməli idi. Və gördü də. Çünki Azərbaycan dövləti Leyla Yunus və onun kimilərin arzuladığı formatda deyil. Çünki bu dövlət üçün hüquqi nihilizm, anarxiya anlayışları, eyni zamanda, hər kəsin ağlı və zehniyyəti kəsən kimi hərəkət etməsi, Cinayət Məcəlləsinin maddələrini ayaq altına alması, dövlət maraqlarını da öz şəxsi maraqları kontekstində görməsi qəbuledilməzdir, keçilməzdir, mümkünsüzdür!
Leyla Yunus və Arif Yunus hüquq müdafiəçisi adı altında maskalanmış, eyni zamanda, cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli olan biriləridir. Belələrindən isə hər şey gözləmək olar. Və ya onların yalnızca Rauf Mirqədirovun işi ilə bağlı şahid qismində istintaqa dəvət edilməsi yetərli oldu ki, bu insanlar öz günahlarını və cinayətlərini ört-basdır etmək üçün önləm alsınlar. Əslində aldılar da. Sadəcə, öz iradələrindən asılı olmayan səbəblər ucbatından plan yarımçıq qaldı. Hüquq-mühafizə orqanları ayıq-sayıq tərpəndilər və xirtdəyinə qədər bataqlığın, qara işlərin içində olan bu ər-arvadın ölkədən qaçışını əngəllədilər. İndi isə prosesin növbəti mərhələsidir. Törədilən cinayətlərin cəza mərhələsi! İfşa mərhələsi! Dövlət və olmayan vicdanları qarşısında cavab vermə mərhələsi! Leyla Yunus bu dövlətin və bu millətin adına o ləkələrdəndir ki, bütün yaşamı və fəaliyyəti boyu sahib olduğu kimliyin özünüdərk mərhələsinə, səviyyəsinə çatmayıb, uyğun bildiyi, nümayiş etdirdiyi, sərgilədiyi hər şey Azərbaycan və azərbaycanlı əleyhinə yönəlib. Bununla bağlı onlarla, yüzlərlə sübut var. Hansı ki, vətənə, dövlətə xəyanət ittihamında həmin sübutlar və faktlar yenidən istintaq orqanlarının araşdırma predmetinə çevrilməlidir.
Məsələn, 1992-ci ildə Müdafiə Nazirliyində İnformatika və Analitika şöbəsinin rəisi işləyərkən yenicə baş vermiş Xocalı soyqırımı haqqında informasiyaları təkzib edən, eyni zamanda, həlak olan insanların sayını dəfələrlə azaltmağa cəhd edən və nəhayət, həmin dövrün qaynar informasiya müharibəsində erməniyə açıqca və birmənalı dəstək verən insan məhz Leyla Yunus olub! Və ya o dönəmdə Qarabağda keçirilən tədbirlərin birində ermənicə son dərəcə sərbəst danışmasına rəğmən, Azərbaycan dilinə gəldiyində “mən bu dildə yalnız söyüş söyə bilirəm” - ifadəsini işlədən insan da Leyla Yunus olub!
Eyni zamanda, yaratmış olduğu “İctimai dialoqlar” saytının təqdimatını Bakıda yox, İrəvanda keçirən, həmin saytda işğal olunmuş ərazilərimizi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edən və nəhayət, Azərbaycanın qan yaddaşını erməni gerçəkliyi olaraq bütün dünyaya bəyan edib, həmin şərəfsiz erməninin müdafiəsinə ermənilərin özündən çox qalxan naxələf də Leyla Yunus olub! Və... Bunca ard-arda misallar çəkmək olar... Hələ, üstəlik bu nankor azərbaycanlı törətdiyi cinayətlərə cavab vermək və abrına kor olmaq əvəzinə, beynəlxalq təşkilatları, səfirlikləri və diplomatik korpusları öz oyununa alət eləməyə çalışır...
Təbii, məqsədyönlü və planlı şəkildə. Eyni zamanda, tam da absurd bir təxəyyül nümunəsi ilə. Niyə absurd? Çünki Azərbaycanın daxili işlərinə nəinki diplomatik korpus nümayəndələrinin, ümumiyyətlə, kimsənin qarışma ixtiyarı yoxdur. Bu, geniş mənada ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa, dövlətlərin öz üzərində daşıdığı öhdəliklərə, səfir və səfirliklər haqqında qanuna, müvafiq Beynəlxalq Konvensiyalara - konkret olaraq “Diplomatik Xidmət Haqqında” - 1961-ci il Vyana Konvensiyasının müddəalarına türklər demiş “hayqırı”dır. Oysa, olmamalıdır belə şeylər! Ələlxüsus da ətraf dövlətlərə illərdir demokratiya və hüquq dərsi keçmə çabasında olan birilərinin timsalında. Çünki bu gedişlə onların səmimiyyətinə artıq kimsə inanmayacaq.
Və... Əgər xatırlayırsınızsa, bir müddət öncə Yunus ailəsinin hövlənk şəkildə ölkədən qaçırılmasına cəhd göstərildi... Təbii bu da sıradan bir hadisə deyildi. Üstəlik həmin vaxt, yəni prosesin icrası zamanı səfirlik nümayəndələri də hava limanına səbəbsiz gəlməmişdilər. Ələlxüsus da Fransa səfirliyinin bu məsələdə canfəşanlığını xüsusi olaraq vurğulamaq yerinə düşər. Fəqət, heç də təəccüblənmədən. Niyə?
Ona görə ki, ermənilərin bir nömrəli dostu olan fransızlar çox güman ermənipərəst Leylanı da qorumağı özləri üçün mənəvi borc bilmişdilər.
Ən azından bu məsələdə əllərindən gələni əsirgəmədilər. Və ya yəqin elə bu səbəbdən idi ki, sıravi vətəndaşı 5 illik deyil, elə sadəcə 1 illik viza üçün ən az 20-25 gün get-gələ salan bir səfirliyin Yunus ailəsinə tanımış olduğu bu ayrıcalıq, yəni onlara 10 dəqiqə müddətinə 5 illik viza verilməsi çox ciddi müzakirə mövzusu olaraq gündəmi zəbt edə bilmişdi. Amma yenə də məqsədlərinə, niyyətlərinə vara bilmədilər.
Niyə? Çünki Yunus və onun himayədarları Azərbaycanı başqa dövlətlərlə səhv salmışdılar. Bu dövlətin gücünü, müstəqilliyini, iradəsini görməzdən gəlmişdilər...
Və son olaraq bir məqama toxunum: radikal müxalifətin mövzu ətrafındakı spekulyasiyalarına.
Ən çox da ortalıqda bərq vuran şəxs kimdir? - Ehtimal olunan biri - yəni Əli Kərimli. Maraqlı, eyni zamanda, gözlənilən idi, deyilmi?
Və ya “tay-tayını tapmasa, günah vayla keçər” - misalı sanki bu məqam üçün deyilib. Onlar həqiqətən bir-birinə çox bənzəyirlər. Hətta lap çox.
Həm ağıl, həm vicdan, həm xislət, həm də fəaliyyət baxımından. Belə olan halda isə düşünürəm, Əli Kərimli Leyla Yunusu deyil, Leyla Yunus Əli Kərimlini gözləməlidir. Öz yanında! Vətənə xəyanət bağışlanmır. Hər kəs öz cəzasını almalıdır və alacaq!
Elşən Musayev
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

