Ermənipərəst “hüquq müdafiəçi”sinin ziddiyyətli təfəkkürü və gerçək siması
01.08.2014 [09:44]
Leyla Yunusova kimilərinin fəaliyyətinin məqsədi dövlətçilik əleyhinə çalışan şəxslərin siyasi mövqeyini, peşəsini bəhanə etməklə onları məsuliyyətdən yayındırmaq, anti-Azərbaycan dairələrlə, o cümlədən ermənilərlə sinxron fəaliyyət nəticəsində xaos və qarşıdurma yaratmaqdır
Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaşın dövlət qarşısında müvafiq öhdəlikləri, vəzifələri var
Ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib. Bu siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər hüquqi dövlət quruculuğu prosesini şərtləndirən amillərdəndir. Ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair Dövlət proqramları və digər sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir.
Leyla Yunusova qanun pozuntusu və cinayət əməllərinə haqq qazandırmağa çalışır
Amma təəssüflər olsun ki, bəzən ölkəmizdə yaradılmış bu şəraitdən sui-istifadə cəhdləri də müşahidə edilir. Hüquqi dövlətdə bütün vətəndaşlar qanun qarşısında bərabər olsalar da, bəziləri özlərini xüsusi təbəqə hesab edir, qanundankənar hərəkətlərə yol verməli olduqlarını düşünürlər. Bu sırada “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri ermənipərəst Leyla Yunusova xüsusilə seçilir. Onun “Azadlıq” qəzetinin son saylarında işıq üzü görən müraciətlərində bu istək daha aydın şəkildə müşahidə olunur. Leyla Yunusovanın sözügedən müraciətlərində “Nida”çılar, bloggerlər haqqında fikirlərində də bu işarələri görməkdəyik. Əlbəttə ki, bütün digər vətəndaşlar kimi bloggerlər də qanun qarşısında cavabdehdir. Əgər hansısa blogger qanunu pozursa, təbii ki, ona qarşı hüquqi addımlar atılmalıdır. Bloggerlərin siyasi fəaliyyətlə məşğul olması, hakimiyyəti tənqid etməsi və s. amillər onların qanunları pozmasına, cinayət işlətməsinə heç bir halda əsas verə bilməz. L.Yunusova isə, az qala, həmin bloggerləri “güc” kimi təqdim etməyə, hətta bu cür vasitələrlə dövləti, hakimiyyəti şantaj etməyə çalışır.
L.Yunusova qanunsuz əməllər törədən və buna görə də hüquqi müstəvidə cəzalandırılan şəxslərdən bloggerlərin timsalında “qəhrəman” düzəltməyə cəhd göstərir. Amma qeyd etdiymiz kimi, bu cür sui-istifadələr yolverilməzdir. Dövlət vətəndaşların hüquq və azadlıqlarını tam təmin etsə də, bu hüquqlardan sui-istifadəni qadağan edir və müvafiq məsuliyyət müəyyənləşdirib. Dövlət öz vətəndaşlarının yüksək təhlükəsizliyini təmin etmək məqsədilə qanunlardan və yaradılan hüquqi azadlıqdan sui - istifadə etmək istəyənlərə qarşı ən sərt tədbirləri görmək haqqına da sahibdir. Əlbəttə ki, hansısa bloggerlik pərdəsi altında siyasi məqsədlər naminə “beşinci kolon”un üzvü olan və qanunları pozmağa vərdiş edən həmin şəxslərə də müəyyən cəza tədbirlərinin tətbiq olunması tam təbiidir. Ona görə də, qanunların tələbini pozaraq qeyri-qanuni əməllər törədənlər məsuliyyətə cəlb olunmalıdır. Bu mənada, dövlət və hakimiyyət qanunun tələbinə uyğun addımlar atır.
Ümumiyyətlə, bütün vətəndaşların dövlət qarşısında öhdəliyi və vəzifələri var. Buna əməl etməyənlər isə cəmiyyət və dövlət üçün təhlükəli ünsürlərə çevrilə bilər. Bu halda onların hansısa qanunsuz hərəkətlər törətməsi qaçılmaz olur ki, belə hallara qarşı müvafiq addımların atılması hüquq sisteminin tələbləridir.
Leyla Yunusovanın “ziyalı” anlayışı, yaxud Yadigar Sadıqlı və Həsən Hüseynli nə vaxtdan ziyalı olub?
Görünən odur ki, Leyla Yunusovanın son olaraq səsləndirdiyi fikirlərin, demək olar ki, hər cümləsi manipulyasiya xarakteri daşıyır. Adı konkret cinayət işində keçən “hüquq müdafiəçisi”nin növbəti manipulyasiya predmeti isə onun “ziyalı” anlayışı ilə bağlıdır. İndiyədək işi-gücü Azərbaycana qara yaxmaqdan, xaricdəki antimilli dairələrə ölkəmizlə əlaqədar donos xarakterli “hesabatlar” ötürməkdən, milli-mənəvi dəyərlərimizlə bağlı hədyanlar danışmaqdan ibarət olan “Sülh və Demokratiya İnstitutu”nun rəhbərinə qədər absurd görünsə də, bu dəfə həbsdə olan Müsavat Partiyasının təmsilçisi Yadigar Sadıqlını və “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini “parlaq ziyalı” qismində təqdim edir.
Ziyalılığın necə bir sanballı məna yükü daşıdığı, ziyalının cəmiyyətdə çox mühüm missiya yerinə yetirdiyi barədə geniş polemika açmağa lüzum yoxdur. Qısaca onu vurğulayaq ki, “işıq” sözünün sinonimi kimi işlənən “ziyalı” kəlməsi dedikdə qeyri-iradi olaraq göz önündə mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinin təəssübünü çəkən, fəaliyyətini Vətənin, vətəndaşı olduğu dövlətin inkişafına həsr edən və həm də bu zaman heç bir təmənna güdməyən parlaq simalar canlanır. Azərbaycan tarixi belə işıqlı simalarla zəngindir.
Bəs Leyla Yunusovanın “ziyalı” kimi təqdim etdiyi Yadigar Sadıqlı və Həsən Hüseynli kimdir və nə üçün həbs olunublar? Sualı başqa cür də qoymaq mümkündür: Onları Azərbaycan cəmiyyətində ziyalı kimi tanıyan varmı?
Qeyd edək ki, “hüquq müdafiəçisi”nin “ziyalı” kimi təqdim etdiyi hər iki şəxs hansısa siyasi fəaliyyətlərinə və yaxud hansısa “ziyalı missiyası” yerinə yetirdiklərinə görə deyil, məhz konkret cinayət əməlinə görə həbs olunublar. Yadigar Sadıqov II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etdiyi üçün həbs olunub və Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib. “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli isə öz həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyinə görə məhkəmənin qərarı ilə həbs edilib.
Leyla Yunusovanın “müdafiə”sinə qalxdığı şəxslərin konkret cinayət əməlləri ortada ikən burada hansı ziyalılıqdan söhbət gedə bilər? Əlbəttə ki, Yadigar Sadıqovun Müsavat Partiyasını və yaxud Həsən Hüseynlinin QHT sektorunu təmsil etmələri onların özlərini cəmiyyətdə “seçilmişlər” kimi aparmalarına heç bir əsas vermir. Leyla Yunusovanın həmin şəxslərdən “ziyalı” obrazı düzəltməsi heç nəyə yaramır. “Hüquq müdafiəçisi”nin təqdimatında “ziyalı” anlayışı, sadəcə onun məhdud, konyuktur maraqlarını təmin etmək alətinə çevrilib. Suda batan saman çöpündən yapışdığı kimi, əməllərinin faş olduğunu, xarici dairələrə təmənnalı xidmətlərinin üstünün açıldığını, bir sözlə, ətrafında halqanın daraldığını görən “hüquq müdafiəçisi” Azərbaycanda həmişə uca tutulan, dərin hörmət bəslənilən “ziyalı” sözünü başı üstünə çətir etmək istəyib. Leyla Yunusovanın “ziyalı təəssübkeşliyi” birmənalı şəkildə onun öz bəd əməllərinə bəraət donu geydirmək istəyindən qaynaqlanır. Bu isə, təbii ki, əks-təsir yaradaraq cəmiyyətdə ona qarşı olan ikrah hissini daha da gücləndirir.
Dostunu göstər, deyim sən kimsən
Leyla Yunusovanın ziddiyyətli təfəkkürü və məntiqsizliyi, demək olar ki, bütün məsələlərdə özünü göstərir. O, özünü həm də “dost aşiqi” kimi təqdim edir.
Yaxşı deyiblər ki, taylı tayını tapar. Görünür, Leyla Yunusova da dost sorağında “çox əziyyətlərə qatlaşıb”, necə deyərlər, yeri-göyü ələk-vələk edib, axırda da, məhz erməniləri özünə, ailəsinə əbədi “dost” seçib. Əslində, başqa cür olsaydı, yəni Leyla Yunusova başqa bir xalqın nümayəndələrini özünə “dost” seçsəydi, daha artıq təəccübə səbəb olardı. Bunun səbəbi ondadır ki, Leyla Yunusovanı ermənilərlə xislət, xarakter ilə yanaşı, həm də qohumluq telləri bağlayır.
Bəli, bu yaxınlarda bir jurnalist araşdırması nəticəsində “hüquq müdafiəçisi”nin “böyük sirrinin” üstü açılıb. Bəlli olub ki, bütün fəaliyyəti boyu daim özünü ermənipərəst mövqedən təsdiqləyən Leyla Yunusovanın ermənilərlə yaxın qohumluq əlaqələri var - o, erməni ailəsinin gəlinidir, əri Arif Yunusov erməni ailəsində böyüyüb, tərbiyə alıb. Sonradan bu amil onun özünün və həyat yoldaşının həyat yolunun müəyyənləşməsində əsas amil olub. Yunusovlar ailəsi öz missiyalarını Azərbaycanla düşmən münasibətlərində olan ermənilərə “ayı xidməti” göstərməkdə görüblər. Qeyd edək ki, onlar Rusiyanın müxtəlif şəhərlərinə səpələnən, Xankəndidə yaşayan erməni qohumları ilə müntəzəm əlaqə saxlayırlar və onları Azərbaycanla bağlı daim məlumatlandırırlar.
Bir qədər bundan əvvəl isə “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri “xalq diplomatiyası” adı altında Ermənistandakı “Region” araşdırmalar mərkəzi ilə əlaqələr qurduğunu və birgə sayt yaratdıqlarını bəyan etdi. Leyla Yunusova saytın təqdimatında bildirirdi ki, ermənilərlə birgə fəaliyyət Dağlıq Qarabağla bağlı həqiqətlərin təbliğinə, eləcə də, ermənilərlə azərbaycanlıların yaxınlaşmasına xidmət edəcək. Lakin birgə sayt elə ilk gündən etibarən erməni təbliğat maşınının ruporuna çevrildi...
Əlbəttə, Leyla Yunusovanın ermənilərlə dostluğunu da heç bir halda “təmənnasız dostluq” adlandırmaq mümkün deyil. Ermənilərə “ayı xidməti” Yunusovlar ailəsinə əməlli-başlı sərvət qazandırıb. Banklardakı avro, dollar, manat hesabları, xarici ölkələrdə daşınmaz əmlaklar... Bunlar Yunusovlar ailəsinin ermənilərlə dostluqdan qazandıqlarının tam olmayan siyahısıdır.
Bütün bunlardan sonra Leyla Yunusovanın dostluqdan dəm vurması başadüşüləndir. Arzuolunmaz “hüquq müdafiəçisi” üçün dostluq elə ermənilərə xidmətdir, bunun qarşılığında pul qazanmaqdır.
Azərbaycan hakimiyyətində təmsil olunanlar dövlətçilik ənənələrini mənimsəmiş, milli-mənəvi dəyərlərə və maraqlara uyğun fəaliyyət göstərən şəxslərdir
Ermənipərəst Leyla Yunusovanın qərəzli və anti-Azərbaycan dairələr qarşısındakı xidmətlərindən biri də, heç şübhəsiz, Azərbaycan dövləti və hakimiyyətinə qarşı qara piar kampaniyasının aparılmasıdır. O, səsləndirdiyi fikirlərdə Azərbaycan hökumətini, ölkəni idarə edən vahid komandanı təndiq hədəfinə çevirir, guya hökumətin monolit olmadığını deməyə çalışır. Halbuki Azərbaycan hökumətinin monolit olması onun müstəqil daxili və xarici siyasət kursu həyata keçirməsindən bəlli olur. Digər tərəfdən, ölkəmizdə xalq-hakimiyyət birliyi təmin olunub ki, bu da monolitliyi əks etdirən əsas faktlardandır. Bununla yanaşı, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı-mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib ki, Azərbaycan hökumətinin monolitliyindən bəhs edərkən bu məqama da, xüsusilə toxunmaq gərəkdir. Azərbaycanda əsaslı ictimai-siyasi sabitliyin hökm sürməsi də hökumətin monolitliyini göstərir.
Bundan başqa, L.Yunusova anlamalıdır ki, Azərbaycan hakimiyyəti öz monolitliyini, qətiyyətli fəaliyyətini həm də ölkəni sabit və inkişaf tempinə malik olan dövlət kimi irəli aparmaqla sübuta yetirib. Hakimiyyətin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan bir çox ölkələri cənginə almış xaos və qarşıdurmaların məngənəsinə düşməyib, ölkəmiz hansısa qüvvələrin inqilab ssenarilərinin hədəfi olmayıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyətində təmsil olunanlar dövlətçilik ənənələrini mənimsəmiş, milli-mənəvi dəyərlərə və maraqlara uyğun fəaliyyət göstərən şəxslərdir.
İnkişaf edən, güclü Azərbaycan reallığı - Leyla Yunusovanın kabusu
Qeyd etdiyimiz kimi, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə bütün fundamental hüquq və azadlıqlar, fikir plüralizmi, söz və ifadə azadlığı təmin olunub. Özünü “hüquq müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışan Leyla Yunusova da bunu çox yaxşı bilir. Onun məqsədi heç də Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələlərinə yardım göstərmək deyil, əksinə, mövcud azadlıqlardan sui-istifadə edərək Azərbaycanın bugünkü uğurlarına, bu uğurların əldə edilməsində xidmətləri olan insanların əməyinə kölgə salmaqdır. Leyla Yunusova indiyədək Azərbaycanda olan söz, ifadə azadlığından antimilli təbliğat aparmaq, dezinformasiya həyata keçirmək, ictimai rəyin yanlış formalaşmasına cəhd göstərmək üçün istifadə edib. O, özünün son müraciətində də söz azadlığından yararlanaraq milli maraqlara, xalqın rifahına xidmət edən hakimiyyətə, ölkə rəhbərliyinə patoloji nifrətini ifadə edib. Leyla Yunusovanın Azərbaycan iqtidarına qarşı yönəltdiyi fikirlərin alt qatında, əslində onun Azərbaycan xalqına, ölkəmizə qarşı dərin nifrəti dayanır. Leyla Yunusovanın Azərbaycana olan nifrəti onun hər sözündə, əməlində özünü göstərir. Bu da təəccüblü deyil, çünki bəlli olduğu kimi, o, ermənidir, Azərbaycana nifrət Leyla Yunusovanın qanındadır. Ona görə də, o, ölkəmizin uğurlarını, inkişafını heç cür həzm edə bilmir.
Yaşadığımız dövrün Azərbaycan tarixinə şanlı səhifələr kimi daxil olması Leyla Yunusovanı narahat edir. Leyla Yunusovanın istəyindən asılı olmayaraq, tarix öz qərarını verib - Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqın əbədi Ümummilli lideri kimi tarixdə silinməz iz qoyub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev müstəqil Azərbaycanı güclü dövlətə çevirən, hər sahədə əsaslı quruculuq işləri həyata keçirən, ölkəmizdə sabitlik, əmin-amanlıq mühitini möhkəmləndirən, Azərbaycanı Yaxın Şərqə, Şimali Afrikaya, Suriyaya, Liviyaya çevrilməkdən qoruyan, eyni zamanda, qurucu lider kimi qəbul olunur.
Əlbəttə ki, bütün bunlar Leyla Yunusova kimi ermənipərəst bir insan üçün qəbul etmək istəmədiyi həqiqətlər, görmək istəmədiyi reallıqlardır.
Azərbaycan qanunlarını pozanlara, qanunun aliliyinə hörmət etməyənlərə qarşı daim müvafiq hüquqi tədbirlər görüləcək
Vurğuladıq ki, Azərbaycanda təkmilləşmiş hüquq sistemi mövcuddur. Hüquqi dövlət olaraq respublikamızda qanunun aliliyi, əqidəsindən, siyasi düşüncələrindən, statusundan asılı olmayaraq, hər kəsin qanun qarşısında bərabərliyi təmin olunub. Bu səbəbdən də, yaxşı olar ki, həbs olunan insanlar başqalarını ittiham etməzdən əvvəl öz əməllərini götür-qoy etsinlər, müəyyən nəticə çıxarsınlar. Erməni lobbisinin göstərişləri, maliyyə dəstəyi ilə dövlətçilik əleyhinə fəaliyyət göstərənlərə, Ermənistan dövlətinin maraqlarını güdənlərə, Dağlıq Qarabağ və ətraf rayonların daimi olaraq Ermənistanın işğalı altında saxlanmasına çalışan ermənilərin qulluqçularına qarşı qanun çərçivəsində sərt tədbirlər görülməlidir. Çünki hüquqi dövlətin vəzifəsi fərdlərin, cəmiyyətin mənafelərini qanunlar əsasında, ədalətlə qorumaqdır. Məhz qanunun işlədiyi cəmiyyətlərdə antimilli fəaliyyət göstərənlər, ictimai və dövlət mənafelərinə zərbə vurmağa çalışanlar layiq olduqları cəzanı alırlar. Məhz qanunun aliliyinin təmin olunduğu mühitdə siyasi mövqeyindən, peşəsindən asılı olmayaraq, hər kəs eyni hüquqlara malikdir. Leyla Yunusova kimilərin fəaliyyətinin məqsədi isə dövlətçilik əleyhinə çalışan şəxslərin siyasi mövqeyini, peşəsini bəhanə etməklə onları məsuliyyətdən yayındırmaqdır. Əlbəttə ki, bu, yolverilməzdir. Azərbaycan qanunlarını pozanlar, qanunun aliliyinə hörmət etməyənlərə qarşı mövcud hüquqi tələblər çərçivəsində tədbirlər indiyədək görülüb və bundan sonra da görüləcəkdir.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

