/ / Sahibə Qafarova: Münaqişənin həllinə vasitəçilik edən ABŞ və Fransanın belə ədalətsiz münasibəti qəbuledilməzdir
Sahibə Qafarova: Münaqişənin həllinə vasitəçilik edən ABŞ və Fransanın belə ədalətsiz münasibəti qəbuledilməzdir
26.08.2014 [09:29]
“ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar açıqlamaları bir daha ikili standartların bariz nümunəsidir”. Bu fikirləri www.yap.org.az saytına açıqlamasında Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin sədri, Milli Məclisin üzvü Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, bu, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır öz həllini tapmamasının səbəblərini də ortaya qoyur.
Millət vəkili deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır və tam ədalətli olaraq, müxtəlif vaxtlarda münaqişənin həllinə vasitəçlik formatının dəyişdirilməsi ilə bağlı çağırışlar, təkliflər gündəmə gəlir: “Ermənistan işğalçı, Azərbaycan işğala məruz qalan dövlətdir. Dünyanın bütün nüfuzlu təşkilatları, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT, NATO və digərləri öz sənədlərində Ermənistanın işğalçı dövlət olduğunu təsdiq ediblər. Amma həmsədrlər işğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik qoyur, hətta bir sıra hallarda işğalçının dəstəklənməsi halları da müşahidə olunur. Elə sonuncu bəyanat da bu reallığı təsdiq edir. Azərbaycan ictimaiyyəti sual edir: nəyə görə, Fransa və ABŞ Azərbaycan ərazisində müəyyən təxribatlar törətmək məqsədilə sərhədlərimizi pozan bir erməni terrorçunun, diversiya qrupunun üzvünün ölməsindən bu qədər narahat olurlar? Yenə xalqımız bilmək istəyir ki, ABŞ və Fransanı Kəlbəcərdə öz dədə baba torpaqlarında işğalçı erməni silahlı birləşmələri tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin taleyi niyə narahat etmir? Nə üçün ABŞ və Fransa öz torpaqlarında erməni hərbçiləri tərəfindən öldürülən Cəbrayıl sakini Həsən Həsənovun meyidinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistan hakimiyyətini tənqid edən belə bəyanatlar vermirlər?”.
S.Qafarova deyib ki, münaqişənin həllinə vasitəçilik edən həmsədr dövlətlərin belə ədalətsiz münasibəti qəbuledilməzdir. Millət vəkilinin sözlərinə görə, bu kimi ucuz siyasi manevrlərlə Azərbaycana təzyiq göstərmək, onu öz müstəqil siyasi kursundan döndərmək mümkün deyil.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

