Xəyanət mücəssəməsi Leyla Yunusova yenidən öz ampluasında
27.09.2014 [10:30]
Ermənipərəst “hüquq müdafiəçisi” növbəti dəfə təcavüzkarların xidmətçisi olduğunu sübuta yetirir
Anti-azərbaycançı mərkəzlərin ölkəmizdəki bir sıra yerli “nümayəndələri” gündəmə gəlmək üçün bütün vasitələrə əl atırlar. Məsələn, bir müddət öncə siyasi şoular düzənləyən, xəyanətini bu şouların arxasında gizlətməyə çalışan, amma buna nail ola bilməyən, daha doğrusu qanunlardan qaçmağın mümkünsüzlüyünü əyani şəkildə görən Leyla Yunusova da törətdiyi əməlləri yalanlar danışmaqla, dövlətə, xalqa böhtan atmaqla pərdələmək niyyətindədir. Belə ki, bir sıra qanun pozuntularında təqsirli bilinən və hazırda həbsdə olan ermənipərəst “hüquq müdafiəçisi” L.Yunusova öz əməllərini gizlətmək üçün fərqli yollara əl atır. Amma onun bütün cəhdləri boşa çıxır və Azərbaycan cəmiyyəti növbəti dəfə bu xəyanətkar ailənin əməllərinin canlı şahidinə çevrilir.
Vurğulamaq yerinə düşər ki, L.Yunusova indi də özünü “fağır hüquq müdafiəçisi” qismində təqdim edir, xarici ölkələrə müraciətlər ünvanlayır. Amma ermənilərdən başqa bir kimsənin “hüquqlarını” müdafiə etməyən L.Yunusovanın bu cəhdləri əbəsdir. Çünki bu insanın kimliyi, ermənilərlə qohumluq əlaqələri, Azərbaycanda strateji bir vəzifə daşıdığı dövrdə etdiyi xəyanətlər, düşmənlərlə işbirliyi, xalqın maraqlarına qarşı satqın mövqedə dayanması hər kəsə məlumdur.
L.Yunusovanın kimliyi haqqında o qədər də təfərrüata varmağa ehtiyac yoxdur. Erməni əsilli Arif Yunusov-Barseqyanın həyat yoldaşı olan bu şəxs hələ ötən əsrin sonuncu onilliyində ermənilər ölkəmizə təcavüz edərkən öz qohumlarına qahmar çıxmaq üçün əldən-ayaqdan gedirdi. Eyni zamanda, AXC-”Müsavat” cütlüyünün hakimiyyətə gəlişi ilə o zaman iqtidarda təmsil olunan L.Yunusova və əri erməni əsilli A.Yunusov-Barseqyan Azərbaycanın dövlət sirlərini düşmən tərəfə ötürməklə məşğul idi. AXC-”Müsavat” hakimiyyətindən sonrakı dövrdə isə bu şəxslər, ən əsası L.Yunusova “hüquq müdafiəçisi” cildində yenidən ortaya çıxdı və ermənilərə fərqli yollarla xidmətini davam etdirdi...
“Hüquq müdafiəçisi” cildinə girən Leyla Yunusovanın xəyanət silsiləsi davam etməkdədir
Beləliklə, nəinki yalnız ermənilərin, o cümlədən də anti-azərbaycançı mərkəzlərin, xarici ölkələrdə yaşayan erməni lobbisinin və bir sıra kəşfiyyat xidmətlərinin nökəri funksiyasını yerinə yetirən L.Yunusova adını “Sülh və Demokratiya İnstitutu” qoyduğu QHT pərdəsinin arxasına sığınmaqla əməllərini gizlədə biləcəyini düşünürdü. Guya Dağlıq Qarabağ münaqişəsinin həllinə “töhfə” vermək niyyətini ortaya qoyan bu “hüquq müdafiəçisi”nin yeganə niyyəti isə ermənilərin maraqlarını təmin etmək, təcavüzkar dövlətin işğal siyasəti faktını arxa plana keçirmək, Azərbaycan dövlətini və xalqını “sülh istəməyən” kimi qələmə vermək idi. Təsadüfi deyil ki, Yunusovların Bakıda yerləşən təşkilatının ofisi ermənilərlə işbirliyində olan bir sıra ünsürlərin, o cümlədən, erməni kəşfiyyatına yaxın şəxslərin oylağına çevrilmişdi. Budurmu “hüquq müdafiəçiliyi”? Və ya L.Yunusovanın “QHT fəaliyyəti” ilə bağlı fərqli bir ştrix...
Məlum olduğu kimi, L.Yunusova ermənilərlə birgə bir sıra layihələr həyata keçirirdi. Maraqlıdır ki, bu “müştərək və sülhpərvər” layihələrdə hər zaman hədəf Azərbaycan seçilirdi. Həmin layihələrin iştirakçıları ya ermənilər, ya da Qarabağdakı separatçı daşnak qruplaşmasının rəhbərləri olurdu. L.Yunusova isə bunu özünün “tolerantlığının” ayağına yazmağa çalışırdı. Amma onun Laura Baqdasaryanla birgə yaratdığı internet resurslarına diqqət yetirdikdə L.Yunusovanın QHT adı altında birmənalı şəkildə Azərbaycana qarşı fəaliyyət nümayiş etdirdiyinin şahidi olmaq mümkündür. Başqa sözlə desək, L.Yunusovanın QHT fəaliyyəti ermənilərin və ermənipərəst anti-azərbaycançı dairələrin maliyyəsi qarşılığında Azərbaycanın dövlət maraqlarını satmaqdan ibarət olub. Təbii ki, bu fəaliyyətində “biznes şəriki” Laura Baqdasaryanın ona kifayət qədər köməyi olub. Amma bu “hüquq müdafiəçisi” Azərbaycan həqiqətlərinin yayılması istiqamətində hər hansı addım atmağı belə lüzum görməyib.
L.Yunusova erməni təcavüzünə haqq qazandırmaq yolunda Serj Sarkisyanla “çiyin-çiyinə mübarizə aparır”...
Bir sözlə, beynəlxalq aləmdə terrorçu kimi ifşa edilən erməniləri qorumaq üçün Ermənistan prezidenti Serj Sarkisyanla demək olar ki, “çiyin-çiyinə” vuruşan L.Yunusova işğala məruz qalmış Azərbaycan xalqının haqq səsini, torpaqlarımızın işğal faktını özünün şəxsi maraqlarının arxa planına keçirib. Yeri gəlmişkən, onun bu günlərdə Fransa prezidenti Fransua Ollanda göndərdiyi məktub da eyni ruhludur. Belə ki, Azərbaycan dövlətinin illərdir bölgədə sülhün bərqərar olması, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulan hüquqlarının bərpası, torpaqlarımızın işğaldan, məhz sülh yolu ilə azad olunması səylərini yenə də öz yalanlarına “qurban verən” ermənipərəst “hüquq müdafiəçisi” erməni təbliğatının dəyirmanına su töküb. Axı, L.Yunusova niyə məktubunda qeyd etmir ki, onun qohumları olan ermənilər Xocalıda dünyanın ən dəhşətli soyqırımlarından birini həyata keçirib? Adını “hüquq müdafiəçisi” qoymuş bu şəxs nə üçün həmin məktuda hüquqları pozulan bir milyona yaxın azərbaycanlının haqq səsini qeyd etmir? Və ya L.Yunusova ermənilərin illərdir ki, sülh danışıqlarından boyun qaçırmasını, Azərbaycanın isə səbrlə bölgədə münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışdığını niyə “unudur”?
Əlbəttə ki, L.Yunusova bu faktları bilir. Sadəcə, onun erməni sevgisi, ermənilərə xidmət istəyi bu həqiqətləri səsləndirməsinə imkan vermir. Belə demək mümkündürsə, adını “hüquq müdafiəçisi” qoymuş bu şəxs illərdir ki, dayanmadan təcavüzkara, işğalçıya, terrorçuya dəstək verir.
Leyla Yunusova hər zaman ermənilərdən daha artıq erməni, ən qatı daşnaklardan daha artıq daşnak olmaq istəyib
Bu birmənalıdır ki, L.Yunusova bütün fəaliyyəti dövründə ermənilərdən daha çox ermənilik nümayiş etdirməyi ilə yadda qalıb. Hətta ən ifrat daşnaklardan belə qatı ermənilik nümayiş etdirən L.Yunusova açıq şəkildə Azərbaycan xalqını, dövlətini, dilini təhqir etməkdən belə çəkinməyib. Bunun sübutudur ki, “hüquq müdafiəçisi” Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə etdiyini deyib.
Bundan başqa, Bakıda keçirilən NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarında da min bir yalanlarla dövlətimizə və xalqımıza qarşı şantaj kampaniyası aparan L.Yunusova “ermənilərin vəkilliyini” öz öhdəsinə götürdü. Həmin vaxt yenidən Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyasına başlayan bu şəxs, hətta ölkəmizin haqlı mövqeyini müdafiə edən xarici nümayəndələrin də üzərinə “hücuma” keçdi. Bununla da, “kifayətlənməyən” ermənipərəst Yunusova yenidən öz ampluasına sadiq qalaraq Azərbaycan dövlətinə qarşı əsl “erməni yanaşması” nümayiş etdirərək bildirdi ki, Azərbaycanda ermənilərin əleyhinə pis təbliğat aparılır və bu, guya münaqişənin sülh yolu ilə tənzimlənməsinə “mane olur”. Onun adıçəkilən NATO tədbirində yerini dəyişərək erməni deputat Tevan Poqosyanla yanaşı oturması da təsadüfi deyildi. Leyla Yunusova bununla əsl mənsubiyyətini bir daha hər kəsə göstərir.
Yuxarıda da qeyd etdiyimiz kimi, L.Yunusova vaxtilə - Müdafiə Nazirliyində çalışdığı dövrlərdə belə ermənilərlə işbirliyində olub. Bu isə Azərbaycan xalqına baha başa gəlib. Çünki Müdafiə Nazirliyinin analitik şöbəsinə rəhbərlik edən L.Yunusova burada da öz qohumlarını yaddan çıxarmamışdı. L.Yunusova Azərbaycan qoşunlarının Ağdərədə (keçmiş Mardakertdə-red) necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərdikdən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi.
Göründüyü kimi, Leyla Yunusova fəaliyyətinin bütün dövrlərində Azərbaycana qarşı ən ifrat və aktiv daşnakdan belə daha çox ermənilik nümayiş etdirib. Bu gün də analoji fəaliyyətini “məktublar” vasitəsilə davam etdirməyə çalışır...
Milli maraqlarımıza xəyanət edənlər qanun qarşısında cavab verməyə məhkumdurlar
Bəli, L.Yunusova indi də öz erməni qohumlarına yeni bir cilddə “hərəkat” başçısı qismində qulluq göstərməyə cəhd edir. Amma onun bu cəhdi də baş tutmayacaq. Çünki hər zaman ayıq-sayıqlığı ilə seçilən, düşmənlərinin planlarını fiaskoya uğradan Azərbaycan xalqı L.Yunusova və onun başına cəm olmuş radikal müxalifət rəhbərlərinin kimliyini bilir. Bu həmin qüvvələrdir ki, 21 il öncə Azərbaycanın müstəqilliyini təhlükə qarşısına gətirib çıxarmışdılar. Həmin radikal müxalifət partiyalarının səyi ilə o dövrdə Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında dayanmışdı. Bu gün “vətəndaş həmrəyliyindən” dəm vuran Leyla Yunusova və digərləri bir zamanlar vətəndaşları qarşı-qarşıya qoyanlardır. Bu dəfə də onların planları “suya düşür”. Azərbaycan xalqı 1993-cü ildən bu yana əldə etdiyi həmrəyliyini hər zaman nümayiş etdirir, L.Yunusova və ətrafındakıların bu həmrəyliyə xələl gətirməsinə imkan vermir...
Bəli, Azərbaycan dövlətinin qanunlarını, ən əsası isə vətəndaşlıq məsuliyyətini heçə sayan bu “hüquq müdafiəçisi” bu gün qanun qarşısında cavab verir. Bu isə təbii bir haldır. Hüquqi dövlət olan Azərbaycanda hər zaman qanunun aliliyi təmin edilib. Bu baxımdan L.Yunusovanın qanunla təsbit olunan qeyri-qanuni əməllərinə adekvat cavab verilir. Ermənilərin dəstəkçisi olması, xarici ermənipərəst dairələrin qulluqçuluğunu etməsi isə L.Yunusovanı qanun qarşısında cavab verməkdən xilas etmir.
Bir sözlə, hər zaman ermənilərə dərin məhəbbətini ifadə edən bu “hüquq müdafiəçisi” dərk etməlidirlər ki, Azərbaycan qanunlarını pozan, xalqın və dövlətin milli maraqlarını tapdayaraq düşmənlərlə işbirliyində olanlar hər zaman elə qanun qarşısında cavab verməyə məhkumdurlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

