Dövlət büdcəsindən siyasi partiyalar üçün ayrilan vəsait artırılıb
19.11.2021 [10:25]
Partiyalar bu artımı necə dəyərləndirir?
2022-ci ilin dövlət büdcəsində bir çox sahələr üzrə artım nəzərdə tutulur. Gələn il dövlət büdcəsindən Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsait də artırılıb. Sənədə əsasən, 2022-ci ilin dövlət büdcəsində Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2021-ci illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.
Bəs parlamentdə təmsil olunan siyasi partiyalar bu artımı necə dəyərləndirir? Ümumiyyətlə, həmin vəsaiti necə xərcləməyi düşünürlər?
Mövzu ilə bağlı sualımızı cavablandıran Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitin artırılmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu artım partiyaların öz işini qurması və gücləndirməsi baxımından dövlətin böyük dəstəyidir: “Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində ölkədə fəaliyyət göstərən siyasi partiyaların həyatındakı dirçəliş göz qabağındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin bu məsələlərdə böyük xidməti var. İndi partiyalara daha çox dəyər verilir. Əvvəllər isə bir çox problemləri var idi. Onlar dövlət qeydiyyatına alınmasında çətinliklərlə üzləşirdilər. Artıq bu problemlər həll olunub. Ümumiyyətlə, dövlətin siyasi partiyalara münasibətinin dəyişməsi siyasi həyatda olduqca vacib amillərdən biridir. Büdcədə vəsaitin artırılması da bu amilin göstəricisidir”.
F.Mustafa qanuna əsasən dövlət büdcəsindən pul alan partiyaların Mərkəzi Seçki Komissiyasına rüblük hesabat verdiyini qeyd edib: “Bu hesabat sonra audit rəyi ilə Maliyyə Nazirliyinə göndərilir”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev də hesab edir ki, siyasi partiyalar üçün büdcədə vəsaitin artırılması dövlətin siyasi partiyalara olan növbəti diqqətinin nümunəsidir: “Niyə növbəti deyirəm? Çünki son dövrlər həmin diqqət müxtəlif aspektlərdə, istiqamətlərdə özünü b?ruzə verib. Daha dəqiq desəm, 2 il ərzində 10-a yaxın siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib, 30-a yaxın siyasi partiya ofislə təmin olunub və ümumiyyətlə, siyasi partiyalara münasibət yaxşı mənada həqiqətən çox dəyişib. Maliyyə vəsaitinin hər il daha çox ayrılması da həmin qəbildəndir və bu addım heç şübhəsiz ki, siyasi partiyaların daha da güclənməsinə rəvac verəcək, onların fəaliyyətinin stimullaşması üçün zəmin yaradacaq”.
Partiya sədrinin fikrincə, siyasi sistemdə partiyaların rolu çox böyükdür: “Güclü siyasi partiyaların varlığı və onların proseslərdə aktiv iştirakı siyasi tablonu daha da rəngarəng, maraqlı edir. Eyni zamanda, partiyanın maliyyə imkanları genişləndikcə paralel fonda potensial imkanları da artır. Büdcə sənədində bu məqamın nəzərə alınması gerçəkdən çox sevindiricidir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti dövlətçiliyə bağlı, milli maraqları hər şeydən üstün tutan partiyalardır. Onların güclənməsinin ölkəyə yalnız xeyri ola bilər”.
Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev də gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün vəsaitin artırılmasını yüksək qiymətləndirib: “Bu artım partiyaların maliyyə imkanlarının yaxşılaşmasına kömək edir. Hesab edirəm ki, bu proseslər cənab Prezidentin elan etdiyi yeni siyasi konfiqurasiya çərçivəsində baş verir. Bu da siyasi partiya??rla iqtidar arasında sivil münasibətlərin formalaşmasına gətirib çıxarır. Çox normaldır. Çünki Azərbaycan oturuşmuş bir dövlətdir. Bizi bir-birimizlə görüşdürən, danışdıran, fikirlərimizi çatdıran üçüncü qüvvələrə ehtiyac yoxdur. Biz partiya olaraq birbaşa öz sözümüzü hakimiyyətə deyirik, fikrimizi bildiririk. Fikirlərimiz bəzən qəbul olunur, olunmayanda isə izahı verilir. Ona görə də, münasibətlərin inkişafından razıyam. Partiyaların maliyyə imkanlarının artırılması həm ölkədə siyasi mədəniyyətin formalaşmasına gətirib çıxarır, həm də siyasi partiyaların digər başqa məqsədli qüvvələrdən asılılığını minimuma endirir. Bu da dövlətçiliyimiz üçün vacib məqamlardan biridir”.
Dövlət vəsaitinin necə xərclənməsinə gəlincə, R.Nurullayev deyib ki, ümumilıkdə büdcədən ayrılan vəsait çox olmadığı üçün partiyanın yerli strukturlarının, mərkəzi ofisinin saxlanmasına sərf olunur: “Ayrılan vəsait partiyanın minimal xərclərini ödəmək iqtidarındadır. Əgər bu xərclərdən əlavə vəsait qalarsa, onu insan resurslarının inkişafına yönəltməyin tərəfdarıyam. Xüsusilə, yerlərdə partiya üzvləri üçün təlimlər, seminarlar təşkil olunmalıdır ki, onlar daha keyfiyyətli fəaliyyət göstərsinlər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

