Siyasi partiyalar yeni qanunda nələri görmək istəyir?
13.09.2022 [10:25]
Layihənin hazırlanmasında bir sıra ölkələrin təcrübəsi və müvafiq beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınır
Nardar BAYRAMLI
Hazırda Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində işlər davam edir. Sənədin hazırlanması prosesində ölkədə fəaliyyət göstərən partiyalardan da təkliflər daxil olur. Bir neçə gün öncə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi dövlət qeydiyyatına alınmış 39 siyasi partiyanın yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etməsi barədə məlumat yaydı. Layihənin hazırlanmasında bir sıra ölkələrin təcrübəsi və müvafiq beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınır.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev rəhbərlik etdiyi partiya tərəfindən müvafiq təkliflərin parlamentə təqdim olunduğunu bildirib. Onun fikrincə, siyasi partiyalar haqqında yeni qanunun hazırlanması bütünlükdə siyasi sistemin inkişafı üçün müsbət təsir göstərəcək. Çünki təkmilləşməyə, mövcud reallığa uyğunlaşmağa, daha mükəmməl hüquqi sənədin qəbuluna ehtiyac var. “Əslində, məlum mövzu ilə bağlı müzakirələr xeyli əvvəl başlamışdı. Bir neçə ildir ki, yeni qanuna ehtiyacın olduğunu vurğulayırdıq. Sonra isə siyasi partiyalar prosesi rəsmi müraciət səviyyəsinə qədər çatdırdı və həmin müraciətə Milli Məclisin sədri səviyyəsində müsbət reaksiya bildirildi. Üstəlik, xüsusi olaraq qeyd etmək istəyirəm ki, məsələnin aktiv formada gündəmə gəlməsi və yeni qanunun hazırlanması ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların hamısı yekdil təşəbbüslə çıxış edib”, -deyən E.Musayevin fikrincə, bu faktın özü ümumi rəyin və arzunun mövcudluğundan xəbər verir.
Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas istiqamətlərdən biri siyasi partiyaların verəcəyi təklifləri dəyərləndirmək olacaq: “Rəhbərlik etdiyim partiya öz təkliflərini təqdim edib. Ümid edirəm ki, yeni qanun layihəsi bütün tələblərə cavab verəcək və öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq”.
“Siyasi partiyalar haqqında” qanun ölkədə fəaliyyət göstərən partiyaların siyasi proseslərdəki iştirakını tənzimləyən, onların cəmiyyətdəki yerini və rolunu müəyyənləşdirən, hüquq və vəzifələrini özündə əks etdirən qaydalar, prinsiplər və normalar məcmusudur. Lakin hazırda mövcud olan qanun günümüzün tələblərinə tam şəkildə cavab vermir. Çünki Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı parlaq Zəfərdən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra ölkədə yeni reallıqlar, yeni münasibətlər, yeni mühit formalaşıb. Bütün bunlar isə heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” qanunun da yenilənməsini tələb edir. Yeni çağırışlara uyğun qanun qəbul edilməlidir”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, yeni qanunun hazırlanması olduqca əhəmiyyətli məsələdir. Nəzərə almalıyıq ki, Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsinin nəticəsində ölkədə yeni siyasi konfiqurasiya formalaşıb, iqtidar-müxalifət dialoqu real məzmun almağa başlayıb, cəmiyyətdə siyasi konsensus və milli birlik, həmrəylik mühiti formalaşıb, yeni siyasi açılımlar və islahatlar üçün əlverişli zəmin yaranıb. Siyasi partiyalar üçün normal mühit və imkanlar yaradılmaqdadır. Məsələn, siyasi partiyaların qeydiyyatının asanlaşdırılması və fəaliyyətlərinin yaxşılaşdırılması üçün bir sıra praktik addımlar atılıb. Partiyaların bir çoxu dövlət tərəfindən yeni mənzil-qərargahlarla təmin edilib. Partiya sədrləri dövlətin və hakim partiyanın təşkil etdiyi tədbirlərə dəvət edilir. İqtidar və müxalifət partiyalarının onlayn və real formatda görüşləri keçirilir, işğaldan azad edilmiş ərazilərə birgə səfərləri təşkil olunur.
Bir sözlə, siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı rolu, çəkisi get-gedə artmaqdadır və bu istiqamətdə növbəti addımların da atılacağı gözlənilir. Bütün bunlar isə heç şübhəsiz ki, yeni qanun layihəsində ehtiva olunmalı, bu və ya digər aktual məsələlər ölkənin siyasi sisteminin gələcək perspektivləri nəzərə alınaraq tənzimlənməlidir. Ona görə də “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması və qəbul edilməsinə hava-su kimi ehtiyac var.
Ə.Hüseynov qeyd edib ki, Milli Həmrəylik Partiyası da yeni qanun layihəsi ilə bağlı təkliflər hazırlayıb: “Təklifləri yazılı şəkildə təqdim etmişik. Bəzi təklif və rəylərimizi isə mətbuatda da səsləndirmişik. Biz hesab edirik ki, siyasi partiyaların tam şəkildə institutlaşması üçün proporsional seçki sistemi də gündəmə gətirilməli və bundan sonra ölkədə seçkilər qarışıq sistem əsasında keçirilməlidir. Eləcə də partiyaların dövlət qeydiyyatına alınması prosesi həm sadələşdirilməli, həm də təkmilləşdirilməlidir. Siyasi partiyaların maliyyələşdirilməsi məsələsi də diqqət mərkəzində saxlanılmalıdır. Zənnimcə, bütün bunlar siyasi sistemin daha da təkmilləşməsinə və optimallaşmasına gətirib çıxara bilər”.
“Hesab edirik ki, siyasi partiyalar haqqında yeni qanunvericilik bazasının yaradılması Azərbaycanda siyasi fəaliyyətin yenidən və daha yaxşı təşkili üçün əlverişli zəmin yaradacaq və cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin tam olaraq oturuşmasına xidmət edəcək. Siyasi partiyalar vətəndaşlarımızın milli maraqlar ətrafında birləşməsində, konsolidasiya olunmasında və demokratik cəmiyyətin təşəkkülündə daha fəal iştirak etmək imkanı qazanacaq. Bu mənada, biz Siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını müsbət qarşılayırıq”, -deyə partiya sədri vurğulayıb.
Xəbər lenti
Hamısına bax
Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45

İqtisadiyyat
11 Sentyabr 19:31

İqtisadiyyat
11 Sentyabr 19:17

Dünya
11 Sentyabr 18:25

Analitik
11 Sentyabr 17:32

Dünya
11 Sentyabr 17:26

Dünya
11 Sentyabr 17:10

YAP xəbərləri
11 Sentyabr 17:09

Siyasət
11 Sentyabr 17:08

İdman
11 Sentyabr 16:34

YAP xəbərləri
11 Sentyabr 16:11

YAP xəbərləri
11 Sentyabr 16:07

YAP xəbərləri
11 Sentyabr 15:35

Sosial
11 Sentyabr 15:26

Sosial
11 Sentyabr 13:37
