Haqlı mövqe, obyektiv baxış...
21.09.2024 [06:18]
Devid Lemmi niyə erməni lobbisinin hədəfinə tuş gəlib?
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bugünlərdə “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı pozitiv fikirlərə yer verib. Devid Lemmi Ukraynaya səfəri zamanı gördüklərindən və müşahidələrindən yazıb, bəzi məqamlarda Rusiyanı tənqid edib. Nazir yazısında Azərbaycandan da bəhs edib və deyib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib.
Beynəlxalq hüquqa əsaslanan fikirlər
Əlbəttə ki, Britaniya XİN rəhbərinin ölkəmiz haqqında pozitiv fikirləri təsadüfi deyil və bu fikirlərin ciddi əsasları var. Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 1990-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. Bütün bunların fonunda Britaniyanın xarici işlər naziri Devid Lemminin ölkəmizin işğal altında olmuş ərazilərinin geri qaytarılması ilə bağlı fikirləri beynəlxalq hüququn təsbiti ilə yanaşı, iki dövlət arasında yüksək münasibətlərin göstəricisidir.
Lakin bu fikirlərindən sonra Devid Lemmi əsassız olaraq Britaniyadakı erməni lobbisinin hədəfinə tuş gəlib. Belə ki, erməni diasporu və lobbisi həmin obyektiv fikirlər səsləndirdiyi üçün Devid Lemmiyə qarşı “qara piara” başlayıblar. Hətta Mühafizəkar hökumət dövründə Britaniya parlamentinin İcmalar Palatasında xarici əlaqələr komitəsinin sədri olmuş, hazırda isə kölgə Avropa naziri Alicia Körns də Devid Lemmiyə qarşı əsassız ittihamlarla çıxış edib.
Elin Süleymanov: Beynəlxalq ictimaiyyətin mövqeyi belədir...
Məsələyə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da münasibət bildirib. Səfir Britaniyanın “GB News” kanalına açıqlamasında deyib ki, xarici işlər naziri Devid Lemminin Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı səsləndirdiyi fikirlər tamamilə doğrudur. Bu, yalnız xarici işlər nazirinin deyil, beynəlxalq ictimaiyyətin də mövqeyidir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsi var: “İşğaldan azad olunan torpaqların Azərbaycan ərazisi olmasını Ermənistanın baş naziri də təsdiqləyib. Devid Lemmi tamamilə haqlıdır. Torpaqlarımız işğaldan azad edilib, insanlar indi öz doğma yurdlarına geri qayıdırlar”.
Azərbaycan nə ilə fərqlənir?
Elin Süleymanov, Alicia Körnsün David Lemminin mövqeyini tənqid etməsinə də münasibət bildirərək deyib ki, Alicia Körns erməni lobbi qruplarının təzyiqinə məruz qalır: “Alicia Körns Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyir. Bəs Azərbaycan nə ilə fərqlənir? Azərbaycanın Birləşmiş Krallığın tanıdığı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməsi niyə mübahisə doğurur?”.
Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edib. Bu baxımdan, Böyük Britaniyanın XİN başçısının mövqeyi də məhz BMT Nizamnaməsinə əsaslanır. Digər tərəfdən, iki ölkənin inkişaf edən münasibətləri kontekstində bu mövqe məmnunluq doğurur. Bu gün Londonla Bakı beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər. Bununla yanaşı, Böyük Britaniya özünün xarici siyasət strategiyasında, xüsusilə, beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq aləmdə etibarlı strateji tərəfdaş kimi qəbul edilməkdədir. Hazırda, Azərbaycan regionda yaratdığı yeni reallıqlarla dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Bunun da məntiqi nəticəsi kimi, dünya siyasətinin aparıcı nüfuzlu aktorlarından biri olan Böyük Britaniya Azərbaycanı regional və qlobal təhükəsizliyə fundamental töhfələr bəxş edən suveren milli aktor kimi qəbul edir və ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xüsusi önəm verir. Bu baxımdan, Britaniyanın XİN başçısının fikirləri Azərbaycana verilən önəmin və marağın bariz göstəricisidir. Bu amil həmçinin, ölkəmizdə həyata keçirilən siyasətə dünyada söz sahibi olan dövlətlərdən birinin dəstəyinin ifadəsi kimi də dəyərləndirilməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20

