Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyanın Baş naziri İordaniyaya və Livana səfər edib

İtaliyanın Baş naziri İordaniyaya və Livana səfər edib

18.10.2024 [20:38]

İtaliyanın Baş naziri Ciorcia Meloni İordaniya Haşimilər Krallığına və Livana səfər edib.

AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni Aqaba şəhərində İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynlə görüşüb. İki lider Yaxın Şərqdəki mövcud vəziyyəti, Qəzzada atəşkəsin təmin olunması və girovların azad edilməsi üçün birgə səyləri müzakirə edib, iki dövlətli həllə aparan siyasi prosesin zəruriliyini bildiriblər.

İtaliyanın Baş naziri daha sonra Livana gedib. Ciorcia Meloni Beyrutda livanlı həmkarı Nəcib Mikati ilə görüş keçirib. Görüşdə son dövrlərdə İsrailin BMT-nin Livandakı sülhməramlı missiyasına (UNIFIL) hücumları, missiyada iştirak edən İtaliya hərbi kontingentinin təhlükəsizliyi əsas müzakirə mövzusu olub.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30