Fransa müstəmləkəçiliyinə son!
24.10.2024 [08:56]
Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın, Niderlandın ağır müstəmləkəçilk siyasətinin ifşasını və Afrikada, dənizaşırı ərazilərdə azadlıq uğrunda mübarizəyə qalxan xalqlara dəstəyini davam etdirir. Qurum bu məqsədlə müxtəlif beynəlxalq platformalarla sıx əməkdaşlıq edir. Oktyabrın 22-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində BTQ-nin təşkilatçılığı ilə “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Fransa və Niderlandın əsarəti altında olan ərazilər - Martinika, Yeni Kaledoniya, Qvadelupa, Boner, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak ediblər.
BTQ-nin davamlı mübarizəsi
Konfransda əvvəlcə müstəmləkəçilik sisteminə qarşı Bakı Təşəbbüs Qrupunun bir neçə ildir başlatdığı mübarizəni, eləcə də BTQ-nin fəaliyyəti, bu istiqamətdə təşkil etdiyi konfransları və tədbirləri əks etdirən videoçarx nümayiş olunub. Bu gün Fransanın, Niderlandın və bir sıra digər Avropa dövlətlərinin neokolonializm siyasətindən əziyyət çəkən ayrı-ayrı müstəmləkə ölkələri Azərbaycana ümid yeri kimi baxırlar ki, bu da təsadüfi deyildir. Ölkəmiz o mövqedən çıxış edir ki, öz sərvətlərinə sahiblənmək, milli kimliyini, ənənələrini, dilini, mədəniyyətini qorumaq hər bir xalqın hüququdur. Azərbaycan üzv olduğu Qoşulmama Hərəkatı (QH) vasitəsilə və müstəqil şəkildə Avropanın müstəmləkəçilk siyasətindən əziyyət çəkən xalqlara mənəvi-siyasi dəstək verir. Müstəmləkəçilik siyasətinin qanlı izlərinin ifşasında Azərbaycanın təklifləri əsasında yaranan Bakı Təşəbbüs Qrupunun aktiv fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Oktyabrın 22-də Cenevrədə baş tutan tədbir BTQ-nin beynəlxalq səviyyədə təşkil etdiyi sayca 17-ci konfransıdır. Konfransın əsas məqsədinin Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduğunu vurğulayan BTQ-nin icraçı direktoru Abbas Abbasov deyib: “Bakı Təşəbbüs Qrupunun əsas fəaliyyəti beynəlxalq əməkdaşlığı beynəlxalq hüquq çərçivəsində təşviq etməkdir. Bəzi Qərb ölkələrinin mediasında Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin sanki hansısa ölkəyə qarşı yönəlməsi kimi yanlış iddialara rast gəlinir. Bu, qətiyyən doğru deyil. BTQ-nin əsas missiyalarından biri kolonializm və onun yeni təzahürləri olan neokolonializmə qarşı mübarizədir. Bakı Təşəbbüs Qrupu bu müstəmləkəçilik siyasətini həyata keçirən ölkələrə qarşı beynəlxalq hüquq çərçivəsində həmin regionların xalqlarına dəstək verir”.
Konfrans iştirakçıları Bakı Təşəbbüs Qrupunun müstəmləkə zorakılığı altında boğulan insanların səsini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib, buna görə təşəkkürlərini bildiriblər. Tədbirin sonunda iştirakçılar üzərində “Fransa müstəmləkəçiliyinə son!” yazılmış köynəklər geyinib və əllərində plakatlarla BMT-nin Cenevrə ofisinin binası qarşısında dinc aksiya keçiriblər.
Kemi Seba yenidən mübarizə meydanında...
Bir neçə gün bundan əvvəl Fransa demokratiyasının gerçək mahiyyətini ortaya qoyan növbəti hadisə dünya gündəminə çevrildi. Söhbət Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınan Kemi Sebanın saxlanılmasından və sonradan azadlığa buraxılmasından gedir. Xatırladaq ki, K.Seba oktyabrın 15-də Fransa xüsusi xidmət orqanları tərəfindən Parisdə həbsə alınmışdı. O, xarici ölkələrlə əməkdaşlıqda ittiham edilib. K.Sebanı bu ittihamla 30 ilədək həbs gözləyirdi. Lakin məhkəmədə bununla bağlı hər hansı fakt sübuta yetirilməyib və o, sərbəst buraxılıb.
K.Seba özünün geniş auditoriyasından istifadə etməklə Fransanın müstəmləkəçilik siyasətini ifşa edirdi. K.Seba Azərbaycanda da səfərdə olub. O, oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib. Tədbirdə çıxış edən Kemi Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə zorla yeridildiyini bildirib. Elə K.Sebanın həbsi də onun Bakı konfransından geri qayıdışından sonra baş verib. Ancaq Fransa siyasi rəhbərliyi Afrika icmalarının, bütövlükdə beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında geri çəkilmək məcburiyyətində qaldı və K.Sebanın sərbəst buraxılmasına qərar verildi.
Artıq K.Seba yenidən mübarizə meydanındadır. O, BTQ-nin Cenevrədə təşkil etdiyi konfransdakı çıxışında bu yaxınlarda Fransa polisi tərəfindən qanunsuz saxlanılması, polisin onunla kobud rəftar etməsi barədə məlumat verib. Bildirib ki, Fransa hökuməti onu 72 saat həbsdə saxlamaqla səsini boğmağa çalışıb. Ancaq o, bu mübarizədə geri çəkilməyəcək və sonadək mübarizə aparacaq.
Fransanın və Niderlandın çoxsaylı müstəmləkə cinayətləri
Konfransda Fransanın, Niderlandın hələ də öz nəzarətlərində saxladıqları ərazilərdə törətdikləri saysız-hesabsız müstəmləkə cinayətlərindən geniş bəhs olunub. Yeni Kaledoniyanın FLNKS partiyasını təmsil edən müstəqil deputat Mlin Sakilia çıxışında Kaledoniyada dinc nümayişlərin işgəncəyə çevrildiyini, bütün ictimai fəalların Fransa polisi tərəfindən həbs olunduğunu deyib. Qeyd edib ki, sərbəst ifadəni və siyasi fikirləri boğmaq məqsədilə Fransanın milli, xüsusi və hərbi hüquq-mühafizə qüvvələrinin böyük qrupu Kaledoniyada yerləşdirilib. O, kanakların həbs olunduğunu, döyüldüyünü, ciddi sorğu-suala məruz qaldıqlarını, həbs olunanların qeyri-insani şəraitdə saxlanıldığını, ləyaqətlərinin tapdandığını vurğulayıb. Kemi Seba bu günədək 500-dən çox kanakın itkin düşdüyünü, 2800 nəfərin həbs edildiyi, 11 nəfərin öldürüldüyünü bildirib.
Niderland Krallığının müstəmləkəsi olan Boner adasının İnsan hüquqları təşkilatının prezidenti Davika Bissessar-Sau adada baş verən ciddi insan hüquqları pozuntularından danışıb. Diqqətə çatdırıb ki, adada gənc qızlar doğuma nəzarət inyeksiyalarına məruz qoyulur, bu zaman həddindən artıq dozadan istifadə edilir. Bu, yerli əhalinin sayının azalması üçün planlı şəkildə aparılır. “Həmçinin bu kiçik ada dünyanın adambaşına düşən ən böyük həbsxanalarından birinə çevrilib. Kiçik uşaqlar öz ailələrindən alınaraq niderlandlı baxıcılara verilir. Bu isə cəmiyyətimizin gələcəyinə hücum, onun məhv olunmasına yönəlib. Niderland bu müstəmləkə adasında yerli insanların tamamilə məhv olmaları üçün bütün vasitələrdən istifadə edir”, - deyə o vurğulayıb.
Fransa Avropa sosial hüquqlar xartiyasını pozur
Yelisey Sarayı özünün siyasətində üzv olduğu beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Tədbirdə artıq müstəmləkəçilik vəziyyətində yaşamağın mümkün olmadığı, digər ölkələrdə insan haqlarına hörmət axtaran Avropa dövlətlərinin özlərinin müstəmləkə altında saxladıqları ərazilərdə bu hüquqlara riayət etmədikləri diqqətə çatdırılıb. Müstəmləkə altında olan ölkələrdəki ağır vəziyyət, yerli əhalinin səsinin boğulması, törədilən müstəmləkə cinayətləri ilə bağlı susqunluğa kəskin etiraz bildirilib. İştirakçılar BMT-ni və beynəlxalq ictimaiyyəti müstəmləkə haqsızlıqlarına qarşı mübarizəyə çağırıblar.
Konfransda söz alan Qviananın “Dekolonizasiya və sosial emansipasiya” partiyasının nümayəndəsi Sindi Polü Fransanın Avropa sosial hüquqlar xartiyasının müddəalarını müstəmləkəyə çevirdiyi ərazilərdə tətbiq etmədiyini bildirib. O, ölkəsində həyat şəraitinin çox acınacaqlı olduğunu vurğulayıb. Hər tərəfdən su ilə əhatə olunan Qvianada sakinlərin içməli suya çıxışının olmadığını, suyun civə ilə çirkləndirildiyini diqqətə çatdırıb. “Bu platforma vasitəsilə özünü “insan hüquqlarının qoruyucusu” adlandıran və dəyərlərindən biri “Azadlıq, bərabərlik və qardaşlıq” olan ölkənin - Fransanın fundamental hüquqlarımıza hörmət etməməsini qətiyyətlə pisləyirik”, - deyə S.Polü diqqətə çatdırıb.
Ağlasığmaz özbaşınalıqlara səhnə olan Martinika və Qvadelupa
Suveren Martinika uğrunda Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMS) üzvü Müryel Danyel müstəmləkəçiliyin bəşəriyyət tarixində dərin yara, milyonlarla insanın həyatını darmadağın edən və sivilizasiya adı altında sərvətləri talayan hökmranlıq sistemi olduğunu, təəssüf ki, hələ də davam etdiyini vurğulayıb. Bildirilib ki, digər müstəmləkə ölkələri kimi, Martinika da ICCPR prinsipləri ilə yerdəki reallıqlar arasında uyğunsuzluğun bariz nümunəsidir. Martinika iqtisadiyyatı hələ də Fransa əsarətindədir.
Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi (UPLG) Jan-Jakob Bisep Fransanın müstəmləkə ərazilərində, eləcə də Qvadelupada törətdiyi müstəmləkə cinayətlərindən danışıb, ölkəsinin ağlasığmaz cinayətlərə səhnə olduğunu qeyd edib. Deyib ki, quldarlığın ləğv edilməsinə baxmayaraq, müstəmləkə hakimiyyəti insanlarla hələ də qul kimi rəftar edir. O, eyni zamanda, Fransanın uzun illər boyu Madaqaskarda, Əlcəzairdə, Qvadelupada və digər ərazilərdə dəfələrlə törətdiyi kütləvi qırğınlardan danışıb.
MÜBARİZ ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

