Gürcüstan üçün seçim anı
26.10.2024 [11:18]
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Bu, qonşu və dost ölkə üçün sıradan bir seçki yox, sözün əsl mənasında seçim anıdır. Məsələ burasındadır ki, Gürcüstan bu seçkilərə Qərbin artan təzyiqləri və təhdidləri şəraitində gedir. Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa İttifaqı (Aİ) ölkəni Cənubi Qafqazda Rusiyaya qarşı Ermənistandan sonra ikinci plasdarm dövlətə çevirməyə, burada öz mövcudluğunu maksimum səviyyədə gücləndirməyə çalışır. Gürcüstan hakimiyyəti isə belə təzyiqləri qəbul etməyərək milli maraqları və suverenlik prinsiplərini önə çəkir. Bu reallıq fonundda parlament seçkilərinin də sərt rəqabət şəraitində keçəcəyi gözlənilir.
19 partiyanın qatıldığı seçkilər
Budəfəki parlament seçkisinə 19 partiya qatılıb.150 yerlik parlament proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Qanunverici orqana düşmək üçün etibarlı səslərin azı 5 faizini toplamaq tələb olunur. Hökuməti qanunverici orqanda azı 76 mandata malik partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası qalib gələrək hökumət qurub.
Növbəti seçkilərin favoriti də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası hesab olunur. Bunu seçkiöncəsi keçirilən rəy sorğularının nəticələri də təsdiqləyir. Ölkədə seçkiöncəsi aparılan rəy sorğularına əsasən, hakim komanda ictimai rəydə daha çox üstünlüyə malikdir. Bir qədər bundan əvvəl ictimai rəy üzrə ixtisaslaşan GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb. Hesabata görə, 18-30 sentyabr arası 1700 nəfər arasında aparılmış sorğuda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası önə çıxıb: Respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində bu partiaya səs verəcəyini bəyan edib.Vurğulayaq ki, “Gürcü Arzusu” seçki marafonuna “Xalqın Gücü” Partiyası ilə birlikdə qatılıb.
Üç müxalifət partiyasını birləşdirən “Birlik - Milli Hərəkat” koalisiyası 13,6 faiz səslə göstərilir. Bu koalisiyada əsas qurum sabiq prezident Mixail Saakaşviliyə bağlı “Vahid Milli Hərəkat” Partiyasıdır.
“Yeniliklər” koalisiyasına respondentlərin 10,3 faizi dəstək ifadə edib. Bu koalisiyaya “Vahid Milli Hərəkat” Partiyasının sabiq üzvlərinin yaratdığı üç müxalif partiya daxildir.
Qalan seçki iştirakçılarının heç birinin 5 faizlik baryeri aşmadığı bildirilir.
Seçkiöncəsi mərhələdə ictimai rəydə üstünlük qazanan hakim partiyanın təmsilçiləri qələbə çalacaqlarına dərin inam ifadə edirlər. “Bu gün Qərbin və xüsusən də Qlobal Müharibə Partiyasının Gürcüstana qarşı şantajı heç bir nəticə vermədi. Onların yalan və obyektivlikdən uzaq bəyanatları xalqda onlara qarşı qıcıq yaratdı. Vəziyyət onların əleyhinə dəyişdi”. Bu sözləri “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili qərbli tərəfdaşların Gürcüstanda demokratiyanın geri çəkilməsi barədə bəyanatlarını şərh edərkən söyləyib.
“Cəmiyyət düzgün olmayan və çox vaxt obyektivlik çərçivəsindən kənara çıxan bu cür bəyanatlardan daha da qıcıqlanır. Bizdə əsl demokratiya var”, - deyə B.İvanişvili vurğulayıb.
O deyib: “Mən “Gürcü Arzusu”nun parlament seçkilərində uğur qazanacağına əminəm. Lakin, bu seçkilərdən sonra ölkəni çətin günlər gözləyir. Çünki Qərbdən olan tərəfdaşlar “ikinci cəbhə” açmaq üçün yenidən Gürcüstanı müharibəyə sürükləməyə çalışacaqlar”.
2020-ci il ssenarisi təkrarlana bilərmi?
“Parlament seçkilərindən bir gün sonra 2020-ci il ssenarisi təkrarlana bilər. Aparılan müşahidələr belə deməyə əsas verir”.
Bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili dünən “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının mərkəzi qərargahında keçirdiyi brifinqdə söyləyib.
Spikerin 2020-ci il ssenarisini xatırlatması təsadüfi deyil. Onun sözlərinə görə, o zaman QHT-lərin və müxalifətin birgə fəaliyyəti ilə qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə cəhd olunmuşdu: “Biz bu gün 27 oktyabr üçün hazırlıqların olduğunu göstərən əlamətləri görürük. Buna, bir tərəfdən, qeyri-hökumət təşkilatlarının partiyalaşması, digər tərəfdən isə müxalifətin seçki kampaniyası aparmaması ilə bağlı faktlar işarə edir”.
Parlamentin sədri əlavə edib ki, 2020-ci il ssenarisinin təkrarı hazırlanır: “Buna görə də sabah (bu gün - red.) hər kəsin seçkilərə gəlməsi və bu xəyanət ssenarisinə yox deməsi vacibdir. Bizim əsas gücümüz xalqdadır. Hər kəs “Gürcü Arzusu-Demokratik Gürcüstan”a dəstək olmalı və bununla da bizim təmin etdiyimiz sülhə dəstək verməlidir. Müxalifət, bir qrup qeyri-hökumət təşkilatı və bəzi xarici qüvvələr bizi ölkənin dağıdılmasına yönəltməyə çalışsalar da, bu istiqamətdə bir santimetr belə geri çəkilmədik. Biz həm sülhü, həm də iqtisadi artımı qoruyub saxladıq”.
Seçkilərin nəticələri noyabrın 21-də açıqlanacaq
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin yekun nəticələrini noyabrın 21-də açıqlayacaq.
Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, MSK seçkilərdən ən geci 26 gün sonra dairə və məntəqə komissiyalarının protokolları və məhkəmənin yekun qərarları əsasında özünün yekun protokolunu dərc edəcək. Seçkilərin yekunu elan olunduqdan iki gün sonra MSK seçilmiş deputatları qeydiyyata alacaq və onlara müvəqqəti vəsiqə verəcək.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

