Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində uçan avtomobil zavodunun tikintisinə başlanılıb

Çində uçan avtomobil zavodunun tikintisinə başlanılıb

28.10.2024 [12:02]

Çinin “XPeng” şirkəti ölkənin cənubundakı Quançjou əyalətində uçan avtomobil istehsal edəcək zavodun tikintisinə başlayıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu, dünyada ilk irimiqyaslı istehsala malik zavod olacaq. Birinci mərhələdə “Land Aircraft Carrier” (LAC) avtomobilləri üçün uçan modul istehsal olunacaq. Zavod ildə təxminən 10 min belə modul istehsal edə biləcək.

LAC modulu “Airshow China” sərgisində nümayiş etdiriləcək. Tədbir noyabrın 12-dən 17-dək baş tutacaq. Uçan modulun ilk ictimai uçuşunu orada edəcəyi gözlənilir.

Quançjou şəhərinin hakimiyyəti 2027-ci ilədək uçan avtomobillər üçün infrastrukturun inkişafına 10 milyard yuan (1,4 milyard dollar) investisiya qoymağı planlaşdırır.

Paylaş:
Baxılıb: 313 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30