Artıq dozadan ölüm hallarının qarşısını alacaq implant hazırlanıb
29.10.2024 [10:11]
Son dövrlərdə opioidlərin artıq dozada qəbulu səbəbindən yaranan ölüm hallarının qarşısını almaq üçün innovativ implant hazırlanıb. Bu cihaz, dərinin altına yerləşdirilərək, bədənə dərman çatdırma funksiyasını avtomatik şəkildə yerinə yetirir və tibb işçilərini dərhal məlumatlandırır.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ABŞ-də opioidlərin istifadəsi epidemiyaya çevrilib və hər il on minlərlə insanın həyatına son qoyur. 2023-cü ildə ABŞ-də opioidlərin artıq dozasda istifadəsi səbəbindən azı 80 min insanın öldüyü ehtimal olunur. Bu halların qarşısını almaq məqsədilə istifadə edilən nalokson dərmanı, vaxtında tətbiq edildikdə, tənəffüs problemlərini aradan qaldırır və insanın nəfəs almasına imkan yaradır. Lakin tədqiqatçılar bildirirlər ki, həddindən artıq dozada opioid qəbul edənlər adətən təkdir və onlara yardıma çatmaq üçün müxtəlif üsullar axtarılır.
“Science Advances” jurnalında dərc edilən araşdırmaya əsasən, naloksonu bədənə avtomatik ötürən implant hazırlanıb. Bu cihaz, dərinin altına yerləşdirilir və orqanizmdə oksigenin azalmasını müəyyən edir. Oksigen səviyyəsinin azalmasını izləyən cihaz istifadəçinin telefonuna bildiriş göndərir. Əgər 30 saniyə ərzində istifadəçi telefona daxil olmazsa, nalokson bədənə buraxılır. Bununla yanaşı, cihazın ilk cavab verənlərə xəbərdarlıq göndərməsi üçün proqramlaşdırılması mümkündür.
Naloksonun təsiri keçdikdən sonra doza həddinin aşılması simptomlarının yenidən baş vermə ehtimalı olduğu üçün, implantın tibbi qruplara xəbər verməsi də mühüm xüsusiyyətdir. Yeni texnologiya artıq siçovul və donuzlar üzərində sınaqdan keçirilib və dərman vaxtında buraxılaraq, heyvanların 5 dəqiqə ərzində normal vəziyyətə qayıtması ilə nəticələnib.
Vaşinqton Universitetinin Ağrı İdarəetmə Mərkəzinin direktoru və tədqiqatın həmmüəllifi Robert Gero insanların əksər hallarda həddindən artıq doza qəbulu zamanı tək olduqlarını və vəziyyəti qavramadıqlarını vurğulayıb: “Naloksonun istifadəsi üçün imkan olmalıdır və insanlar onu necə istifadə edəcəklərini bilməlidirlər”.
Mütəxəssislər hesab edirlər ki, bu yeni üsul, xüsusilə narkotiki yeni tərgitmiş şəxslərə kömək edə bilər. İfrat dozadan ölüm riski, maddənin istifadəsini dayandırdıqdan sonra ilk aylarda 10-16 dəfə yüksəkdir. Bununla yanaşı, mütəxəssislər bu addımın həyəcanverici olmasına baxmayaraq, dərinin altına implantın yerləşdirilməsi ehtiyacının istifadənin yayılmasına təsir göstərəcəyini düşünürlər. Bundan əlavə, maddə asılılığı olan insanların bu cihazdan istifadə etmək istəməməsi də problemin bir hissəsi ola bilər.
Yeni implantın insanlarda istifadəsi üçün hələ vaxt var, lakin onun mövcudluğu, bir çox insanın həyatını xilas etmək potensialını göstərir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

