Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ sakinlərinin yarısı Baydenin Ukrayna siyasətini dəstəkləmir

ABŞ sakinlərinin yarısı Baydenin Ukrayna siyasətini dəstəkləmir

29.10.2024 [13:13]

ABŞ sakinlərinin təxminən yarısı Prezident Cozef Baydenin Ukrayna münaqişəsi ilə bağlı yürütdüyü siyasəti dəstəkləmir.

AZƏRTAC xəbər verir ki, bunu Britaniyanın Deltapoll tədqiqat kompaniyasının Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti üçün keçirdiyi rəy sorğusunun nəticələri göstərib.

Araşdırmaya görə, sorğu iştirakçılarının 46 faizi Baydenin Ukraynaya dair qərarları ilə razılaşmır, 39 faizi isə əks fikirdədir. Donald Tramp tərəfdarlarının 80 faizi ABŞ-ın hazırkı rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyindən narazı olduğunu bildirib. Eyni zamanda, Kamala Harrisi dəstəkləyən sakinlərin 68 faizi hazırkı administrasiyanın siyasətini bəyənir.

Sorğu oktyabrın 17-dən 24-dək 3 mindən çox amerikalı arasında keçirilib. Ekspertlərin fikrincə, Kiyevə silah tədarükünün davam etdirilməsi və Ukrayna münaqişəsinə son qoyulması perspektivləri birbaşa ABŞ-ın gələcək prezidentindən asılıdır. Çünki Harris və Trampın Ukraynaya dəstək göstərilməsi ilə bağlı baxışları bir-birindən tamamilə fərqlənir.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30