/ / Zelenski: Rusiya ilə danışıqlar masasına qayıtmaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır
Zelenski: Rusiya ilə danışıqlar masasına qayıtmaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır
16.01.2025 [19:36]
Rusiya ilə danışıqlar masasına qayıtmaq üçün Ukrayna təhlükəsizlik zəmanəti almalıdır. Bu, gələcəkdə Moskvanın təkrar təcavüzünün qarşısını almağa kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində deyib.
“Ukrayna Rusiya ilə heç bir pərdəarxası danışıqlar aparmır. Bu, bizim maraqlarımıza uyğun deyil. Çünki bizim üçün tərəfdaşlarımızın etibarını itirmək böyük riskdir. Tərəfdaşlar arasında müttəfiqliyi qoruyub saxlamaq mənim üçün vacibdir”, -deyə dövlət başçısı qeyd edib.
Onun fikrincə, müharibəni diplomatik vasitələrlə bitirmək olar, çünki bu, “daha az itki və daha az vaxt” deməkdir.
“Əsas odur ki, bu “cəhənnəm hekayəsi”ni dayandıra biləsən. Bunun üçün istək lazımdır. Bir tərəfdaş, məsələn, Rusiya istəməsə belə, ortaqlar birləşib işğalçıları dialoqa vadar edəndə haqqında danışdığımız formuldan - güc yolu ilə sülhdən istifadə etmək olar. Söhbət dialoqdan gedir. Bu, hələ bu gün baş vermir”,-deyə Ukrayna Prezidenti vurğulayıb.
V. Zelenski qeyd edib ki, Ukrayna diplomatiyaya keçməzdən əvvəl təhlükəsizlik zəmanətinə ehtiyac duyur.
Prezident qeyd edib: “Siz sadəcə atəşkəs haqqında danışa və ruslara 2014-2022-ci illərdə olduğu kimi işğala hazırlaşmaq üçün vaxt verə bilərsiniz. Ona görə də Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının olacağı, NATO-nun mövqeyi, silahlarımız, dəstəyimizlə bağlı məsələlər və sairə vacibdir. Çox sadə sualım var: məsələn, tutalım ki, biz hələ NATO-da deyilik və diplomatiya başlayıb, Ukraynada olan milyonluq ordunu (indi tərəfdaşlar kömək edir) saxlamaq üçün pulu sonra haradan tapacağıq? Bu bir həqiqətdir ki, əgər siz NATO-nun üzvü deyilsiniz və dəstəyiniz, hava hücumundan müdafiəniz, ümumi donanmanız yoxdursa, yalnız özünüzə güvənməli olacaqsınız”.
V. Zelenski vurğulayıb ki, Ukraynanın bu il genişmiqyaslı müharibəyə son qoymaq imkanı var. ABŞ-ın 47-ci Prezidenti Donald Tramp da münaqişənin bitməsini istəyir.
“Bəli, 2025-ci ildə müharibənin bitməsi ehtimalı var. Tramp müharibəni bitirmək istəyir. Bunlar onun mesajlarıdır, açıq və özəldir. O, Rusiyaya təzyiq göstərməyə qadirdir. Əminəm ki, Rusiya Amerika və Çindən qorxur. Həm də o, vahid Avropadan qorxur”, -deyə Ukraynanın dövlət başçısı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

