Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Tramp Ukrayna münaqişəsini 100 günə həll etməyi tapşırıb

Media: Tramp Ukrayna münaqişəsini 100 günə həll etməyi tapşırıb

22.01.2025 [14:40]

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.

AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşrinin mənbələrinin məlumatına görə, ABŞ-ın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətindədir.

Yanvarın 7-də Donald Tramp etiraf edib ki, Ukrayna münaqişəsinin həlli seçki kampaniyası zamanı elan etdiyi 24 saatdan çox çəkə bilər. Eyni zamanda, Kiyevə ABŞ silahlarının tədarükünün tam dayandırılması imkanını istisna etməyən Ağ evin rəhbəri Rusiya Prezidenti ilə görüşməyə hazır olduğunu bildirib.

ABŞ-ın yeni lideri, həmçinin Ukrayna ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə Moskvanı daha sərt sanksiyalarla hədələyib.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30