Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Sosial şəbəkədə Roma Papası ilə bağlı 83,4 milyon paylaşım edilib

Sosial şəbəkədə Roma Papası ilə bağlı 83,4 milyon paylaşım edilib

09.03.2025 [09:53]

Fevralın 14-dən etibarən xəstəxanada müalicə alan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı sosial media platformalarında bu vaxtadək 83,4 milyon paylaşım edilib.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif yerlərindən olan insanlar paylaşımlarında pontifikin tez bir zamanda sağlamlığına qovuşmasına dair xoş diləklərini və həmrəylik ifadə ediblər, dualar olunub. Paylaşımlar Roma Papasının tənəffüs böhranı keçirdiyi 22-23 fevral tarixlərində daha çoxluq təşkil edib.

Bu müddət ərzində pontifikin “Instagram” və “X” sosial şəbəkələrində izləyicilərinin sayı ümumilikdə 127 min artıb. Roma, Mexiko və Buenos-Ayres kimi şəhərlərdən paylaşımlar üstünlük təşkil edib.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Papa Fransiskin səhhətinin əvvəlki günlərlə müqayisədə yaxşılaşdığını açıqlayıb. 88 yaşlı papaya polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31