Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Estoniyada bəzi deputatların dövlət sirlərinə çıxışı məhdudlaşdırıla bilər

Estoniyada bəzi deputatların dövlət sirlərinə çıxışı məhdudlaşdırıla bilər

10.06.2025 [20:34]

Estoniya parlamentinin Sosial Demokrat Partiyasından olan deputatları Rusiya yönümlü baxışlara malik qanunvericilərin dövlət sirlərinə çıxışının məhdudlaşdırılması təşəbbüsünü irəli sürüblər.

AZƏRTAC xəbər verir ki, “Postimees” nəşri bu barədə Sosial Demokratlar fraksiyasının üzvü Raymond Kalyulayda istinadla məlumat yayıb.

“Mövcud qanunlar parlamentin bütün üzvlərinə dövlət sirri ilə tanış olmaq hüququnu təmin edir. Gələcəkdə deputatlar bunun üçün bioqrafik yoxlamadan keçməlidirlər”, - deyə Kalyulayd bildirib. Onun sözlərinə görə, təşəbbüs təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi və Rusiya yönümlü deputatların parlamentdə olması ilə bağlıdır.

Qeyd edək ki, bir müddət öncə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Estoniya, Latviya və Litvanın siyasi müstəqilliyinin olmadığını və onların Avropa nəhənglərinin əlində oyuncağa çevrildiyini iddia etmişdi.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31