Ayasofyanın yenidən məscid kimi fəaliyyətə başlamasından beş il ötür
10.07.2025 [22:25]
Bu gün dünya memarlıq tarixinin günümüzədək gələn ən görkəmli abidələrindən olan Ayasofyanın yenidən məscid kimi fəaliyyətə başlamasından beş il ötür.
AZƏRTAC xəbər verir ki, 86 il muzey olaraq fəaliyyət göstərən məbəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və iştirakı ilə yenidən məscid olaraq istifadəyə verilib. Bu münasibətlə dünyanın müxtəlif bölgələrindən insanlar İstanbula axın etdilər. O gün şəhərin Ayasofyaya yaxın 21 məscidi bura gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub.
Türkiyə Prezidenti tərəfindən “Qurani-Kərim”dən ayələrin oxunması ilə istifadəyə verilən bu məbəd ilk dəfə 1453-cü ildə məscid kimi fəaliyyətə başlayıb.
Memarlığı, möhtəşəmliyi, ölçüsü və funksionallığı ilə dünya sənət aləmində mühüm yer tutan Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda inşa edilən ən böyük memarlıq abidəsidir. Bu bina eyni ərazidə üç dəfə tikilib. İlk dəfə imperator Konstantios tərəfindən 360-cı ildə Böyük Kilsə (Megale Ekklesia) adı ilə tikilən və 415-ci ildə İmperator II Teodoz tərəfindən yenidən inşa edilən Ayasofya (Müqəddəs Hikmət) o zamanlar baş qaldıran xalq üsyanları nəticəsində dağıdılıb.
İstanbulun mərkəzi hissəsində yerləşən və dünyada ən çox ziyarətçi qəbul edən tikililərdən olan Ayasofyanın günümüzədək gələn binası isə İmperator Justinianosun göstərişi ilə üçüncü dəfə dövrün iki məşhur memarı Anthemios və İsidoros tərəfindən yenidən tikilib. Beş il on aya tamamlanan tikintidə 200 fəhlə işləyib və bina 916-cı ildə kilsə olaraq ibadətə açılıb. Tikili 1453-cü ildə Fateh Sultan Mehmed tərəfindən İstanbulun fəthindən sonra məscid kimi fəaliyyət göstərib. Belə ki, şəhərin fəthindən dərhal sonra İstanbul fatehi Ayasofyaya gələrək ilk namazını məhz burada qılıb.
Fəthdən dərhal sonra bina ən yaxşı şəkildə möhkəmləndirilib və Osmanlı dövrünə xas memarıq əlavələri ilə məscid olaraq fəaliyyətini davam etdirib. Sonralar yenə də Osmanlı İmperatorluğu dövründə binanın ətrafında minarələr, mədrəsələr, orta məktəb, fəvvarələr və bir sıra digər tikililər inşa edilib. Osmanlı Sultanı Əbdülməcidin əmri ilə 1847-1849-cu illər arasında isveçrəli Fossati qardaşları tərəfindən aparılan təmir işləri zamanı dövrün ən məşhur xəttatlarından olan Kazasker Mustafa İzzət Əfəndi tərəfindən Ayasofyanın əsas qübbəsinin 11,3 metrlik hissəsində Qurani-Kərimin “Nur” surəsinin 35-ci ayəsi yazılıb.
Tikintisində mərmər, daş və kərpicdən istifadə edilən binanın günbəzinin inşasında zəlzələlərdən qorumaq məqsədilə Rodos torpaqlarında xüsusi hazırlanan yüngül və bərk kərpiclərdən istifadə edilib. Tikilinin əsas xüsusiyyətlərindən biri ölçülərinin bir kilsə üçün daha böyük, mərkəzi qübbəsinin isə daha hündür olmasıdır.
Türkiyə Respublikası qurulduqdan sonra, 1930-1935-ci illər arasında bərpa işləri səbəbi ilə müvəqqəti olaraq bağlanan Ayasofya 1934-cü il noyabrın 24-də türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün və ölkənin Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilib.
2020-ci ildə Türkiyənin Dövlət Şurası tərəfindən bu qərar ləğv edilib və tikili yenidən məscid olaraq ibadətə açılıb.
Qeyd edək ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

