Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır
13.07.2025 [14:22]
Cənubi Koreyada həkim-interna və tibb üzrə təhsil alan tələbələrin hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq ötən ilin fevralında başlatdığı boykot aksiyası başa çatır.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreya Tibb Tələbələri Assosiasiyası parlamentin təhsil və rifah komitəsinin iyulun 12-də keçirilən iclasında həkim-internaların boykot aksiyasını dayandıraraq dərsə qatılacaqlarını açıqlayıb. “Biz Milli Assambleyaya və hökumətə güvənərək dərslərə qayıdacaq, tibb təhsilinin və səhiyyə sisteminin normallaşmasına çalışacağıq”, - deyə assosiasiyanın bəyanatında deyilir. Qurumun açıqlamasında tələbələrin dərsə qatılacağı gün barədə məlumat yoxdur.
Boykot aksiyasının iştirakçıları hökuməti akademik cədvəlləri bərpa etmək üçün tədbirlər görməyə və uzunmüddətli perspektivdə tibb təhsili mühitini yaxşılaşdırmaq üçün məsləhətçi orqan formalaşdırmağa çağırdılar.
Qeyd edək ki, ötən il fevralın 20-də Cənubi Koreyada həkim-interna, rezident həkim və tibb tələbələri hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq boykot aksiyasına başlayıb. Tətil edən həkim-internalar akademik məzuniyyət və ya işdən çıxmaq üçün ərizə yazıblar. Etirazçılar ölkə üzrə ümumi həkim-internaların 93 faizini təşkil edib. Cənubi Koreya hökuməti əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırkı 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırmışıdı. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim azlığının aradan qaldırılması ilə əlaqələndirir. Lakin həkimlər layihənin əleyhinə çıxırlar, çünki onlar hesab edirlər ki, tibb universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması peşəkarlıq səviyyəsinin aşağı düşməsinə və tibbi xidmətin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.
İyunda keçirilmiş prezident seçkisindən sonra formalaşmış yeni hökumət kvotanı artırmaq planını dayandırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

