Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp Karakası ABŞ-dan qovulan Venesuela vətəndaşlarını qəbul etməyə çağırıb

Tramp Karakası ABŞ-dan qovulan Venesuela vətəndaşlarını qəbul etməyə çağırıb

21.09.2025 [15:29]

ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətini ABŞ-dan deportasiya edilən venesuelalı cinayətkarları geri almağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb: “Biz Venesuela hakimiyyətinin qəsdən ABŞ-a göndərdiyi bütün məhbusları və psixiatriya müəssisələrindən insanları dərhal qəbul etməsini istəyirik”.

Tramp iddia edib ki, bu Venesuela vətəndaşları minlərlə amerikalını öldürüb və ya onlara zərər verib.

ABŞ Prezidenti qeyd edib ki, əgər Karakas onun çağırışlarına məhəl qoymasa, o, “ağılasığmaz dərəcədə yüksək bədəl ödəyəcək".

Paylaş:
Baxılıb: 395 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30