Gürcüstanın avtomobil idxalçıları çətin vəziyyətdədir
04.12.2025 [12:10]
Gürcüstanda avtomobil idxalçıları çətin vəziyyətdədir. Sahibkarlar avtomobilləri maya dəyərindən aşağı satırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Avtomobil İdxalçılar Assosiasiyasının sədri Laşa Darbaiseli məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanda avtomobil idxalçıları bazardakı vəziyyətin ağırlaşdığını və avtomobilləri artıq maya dəyərindən aşağı qiymətə satmağa məcbur olduqlarını bildirirlər.
O deyib ki, Mərkəzi Asiyadan olan miqrantların Gürcüstanda yaratdığı yeni rəqabət idxalçıları çətin duruma salıb.
“Əvvəllər Mərkəzi Asiyadan gələnlər avtomobilləri idxalçılardan alırdılar. İndi isə birbaşa özləri maşın alır və ixrac edirlər. Bu isə yerli idxalçıların satış imkanlarını daraldır. Təkrar ixrac bazarı da tam olaraq satışları kompensasiya etmir. Yerli bazar isə idxal etdiyimiz avtomobillər üçün o qədər də geniş deyil” – deyə, Darbaiseli bildirib.
Sədrin sözlərinə görə, Yeni il ərəfəsində əvvəlki illərlə müqayisədə daha çox avtomobil satılsa da, ümumi mənzərə yenə də narahatlıq doğurur: "Statistikaya baxdıqda rəqəmlər yaxşı görünə bilər, amma real vəziyyət fərqlidir. Avtomobil idxalçıları doğrudan da çətinliklərlə üz-üzədirlər”.
Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstandan minik avtomobillərinin təkrar ixracı 2025-ci ilin yanvar–oktyabr aylarında tarixi maksimuma yüksəlib. Bu dövrdə ölkədən ümumi dəyəri 2,287 milyard dollar olan 92 713 minik avtomobili reeksport edilib. Bu göstərici 2014-cü ildən bəri qeydə alınmış ən yüksək rəqəmdir.
Müqayisə üçün bildirilir ki, 2024-cü ilin eyni dövründə Gürcüstan 88 235 avtomobil reeksport edib ki, bu, cari ilin nəticələrindən 14 faiz azdır.
Bununla belə, idxalçılar bildirirlər ki, statistikanın yüksək olması real satış gəlirlərinə eyni şəkildə təsir etmir və sektor ciddi rəqabət təzyiqi ilə üz-üzədir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

