Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Moskvada partlayış: 2 polis həlak olub, 2-si yaralanıb

Moskvada partlayış: 2 polis həlak olub, 2-si yaralanıb

24.12.2025 [12:01]

Dekabrın 23-dən 24-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin cənubundakı Orexovo-Borisovo rayonundakı Yeletskaya küçəsindəki polis bölməsinin yaxınlığında ölümlə nəticələnən partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, yol-patrul xidməti avtomobilində əldəqayırma partlayıcı qurğu partlayıb.

İlkin məlumatlara görə, həmin qurğu sərnişin oturacağı tərəfdən avtomobilin altında yerləşdirilib. Partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 2-si ağır yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Rusiya İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi açıb. Hadisə ilə əlaqədar şübhəlilərin axtarışı aparılır, kamera görüntüləri araşdırılır və şahidlər dindirilir.

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30