Prezident Ərdoğan: Türkiyə iqtisadiyyatı 21 rübdür fasiləsiz böyüyür
03.01.2026 [21:35]
2025-ci ilin üçüncü rübündə Türkiyə iqtisadiyyatında 3,7 faiz artım qeydə alınıb. Artıq 21 rübdür bu rəqəm artımını fasiləsiz davam etdirir. 2024-cü ildə 1 trilyon 260 milyard dollar olan iqtisadiyyat həcmini 2025-ci ilin üçüncü rübündə 1 trilyon 538 milyard dollara çatdıraraq daha yeni bir rekorda imza atdıq. Dekabr ayında 26,4 milyard dollarla aylıq əsasda yeni ixrac rekorduna nail olunub. Əvvəlki illə müqayisədə 4,5 faiz artan mal ixracımız ümumilikdə 273,4 milyard dollara çatıb. 2025-ci ildə Türkiyənin respublika tarixinin ən yüksək ixracat göstəriciləri qeydə alınıb. Mal və xidmət ixracının da 396,5 milyard dollara çatacağını təxmin edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan illik ixracat hesabatını açıqlayarkən bildirib.
O deyib ki, qlobal dalğalanmalar iqtisadiyyatlara təsir göstərir. Xarici ticarət də daxil olmaqla, iqtisadiyyatın bütün sahələrində müəyyən edilən hədəflərin qlobal proseslərdən asılı olmayaraq qiymətləndirilməsi mümkün deyil.
Qeyd edilib ki, ölkə üzrə 2002-ci ildə təxminən 50 faiz olan ixracatın idxalı ödəmə nisbəti 2025-ci ildə 74,8 faizə yüksəlib. Türkiyə üzrə ən çox ixrac həyata keçirən 5 vilayət isə İstanbul, Kocaeli, İzmir, Bursa və Tekirdağ olub.
Türkiyə Prezidenti bildirib ki, yerli brend olan “Togg”un yeni modelləri ilə Avropa bazarında yer alması ölkənin mühəndislik və dizayn gücünü nümayiş etdirir. Avtomatlaşdırma sektorunda illik 1,5 milyon istehsal və 41 milyard dolları aşan ixracatla Türkiyə Avropanın 4-cü, dünyanın isə 12-ci ən böyük istehsal mərkəzi mövqeyindədir. 2002-ci ildə 248 milyon dollar olan müdafiə sənayesi ixracı ötən müddətdə 40 dəfə artaraq 2025-ci ildə 9 milyard 870 milyon dollara yüksəlib.
“Türkiyə Avropa İttifaqının ən böyük 5-ci ticarət tərəfdaşı halına gəlib və ölkənin 2025-ci ildə ticarət dövriyyəsi 232,7 milyard dollar səviyyəsinə çatıb. Ötən il üçün hədəf olaraq 390 milyard dollar açıqlanmışdı. Mal və xidmət ixracatı 396,5 milyard dollarla bu hədəfi aşıb.
2026-cı il üçün hədəfimiz 282 milyard dollar mal və 128 milyard dollar xidmət olmaqla, ümumilikdə 410 milyard dollar ixracat rəqəminə çatmaqdır”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

