Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tailandda daha bir kran qəzası baş verib, ölənlər və yaralananlar var

Tailandda daha bir kran qəzası baş verib, ölənlər və yaralananlar var

15.01.2026 [11:48]

Tailandda daha bir qaldırıcı kran qəzası tələfata səbəb olub.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, ölkənin Samutsakhon şəhərində qaldırıcı kranın avtomobil yoluna aşması nəticəsində azı 2 nəfər ölüb, 5-i xəsarət alıb.

Səhər saatlarında baş verən hadisə zamanı kranın bəzi hissələri yolda hərəkətdə olan 2 avtomobilin üstünə düşüb.

Krandan avtomobil yolunda körpünün inşasında istifadə olunurmuş.

Qeyd edək ki, yanvarın 14-də Tailandda dəmir yolunda inşaat işlərində istifadə edilən qaldırıcı kranın qatarın üzərinə düşməsi nəticəsində 32 nəfər ölüb, 64-ü xəsarət alıb.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30